Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü .....                        "Neftçi"dən növbəti qələbə .....                        İtaliyadan Ukraynaya hərbi yardım .....                        İsrail genişmiqyaslı quru əməliyyatına başladı .....                        Nigeriyada bərə qəzası - 37 nəfər öldü .....                        Hindistanda yanğın - 17 ölü .....                        Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir .....                        Prezidentin nəvəsi dünya çempionu oldu .....                        Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var .....                       
Tarix : 14-12-2015, 08:34
Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib


Dekabrın 12-də Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib . Müxtəlif ictimai - siyasi qurumların , elm adamlarının, aydınların, xaricdə yaşayan güneyli mühacirlərin iştirakıyla baş tutan konfrans Beynəlxalq Mətbuat Mərkəzinin böyük akt zalında keçirilib.

Güney Azərbaycan Milli Hökumətinin himni ilə başlayan tədbir Milli Hökümət qurucularının və şəhidlərin xatirəsinə sayğı duruşundan sonra öz işinə keçid alıb. Tədbiri giriş sözü ilə açan DAK həmsədri Sabir Rüstəmxanlı milli mübarizənin mahiyyətindən, millət olaraq bu yolda verdiyimiz mücadilələrdən danışaraq Dünya Azərbaycanlıları Konresinin belə əlamətdar günləri hər zaman diqqətdə saxladığını bildirib. Bununla bağlı uğurlu sonluğun əldə ediləcəyinə xüsusi inamını bildirən S. Rüstəmxanlı bu baxımdan cəmiyyətimiz, dövlətimiz tərəfindən müəyyən addımların vaxtında atılmasının gərəkliyini vurğulayıb. Tanınmış alim , DAK Məşvərət Məclisinin üzvü , AMEA - nın Z. Bünyadov adına Şərqşünaslıq institunun elmi əməkdaşı , Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsinin sabiq sədri Əkrəm Rəhimli isə "21Azər" hərakatının tarixindən , Milli Hökümətin fəaliyyətindən danışıb məsələ ilə bağlı son dövrlər hallandırılan bəzi nüanslara aydınlıq gətirmişdir.
Çıxış edənlərdən şair Musa Yaqub, görkəmli türkoloq alim professor Firudun Ağasıoğlu , AMEA Şərqşünaslıq insitutunun əməkdaşı , Güney Azərbaycan Şöbəsinin rəhbəri Sənəd Bayramzadə Milli Strateji Düşüncə mərkəzinin başqanı İsa Qəmbər , Milli Demokrat Partiyasının sədri İsgəndər Həmid , Müsavat başqanı Arif Hacılı ,Böyük Quruluş Partiyasının sədri millət vəkili Fazil Mustafa , Azadlıq radiosunun Azərbaycan şöbəsinin rəhbəri Əhməd Oruc mövzu ətrafında danışaraq öz fikir və düşüncələrini bildiriblər. Bakıda səfərdə olan , Türkiyədə fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə ocağının üzvlərindən Məmməd Düşbər isə Güney Azərbaycandakı hərakatın bu günkü , vəziyyətindən danışaraq məsələ ilə bağlı bəzi irad və həyəcanlarını səsləndirib.
Konfransın sonunda Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycan türklərinə və bütün İran türklərinə müraciəti qəbul edib.

Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Güney Azərbaycan Milli Hökumətinin 70 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!