Hacı Oruc Quliyevin həyat hekayəti .....                        Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                       
Tarix : 4-01-2016, 13:25
DOĞULUŞUN MÜBARƏK, ELXAN MƏMMƏDLİ!


Elxan müəllim ruhumca şairdir!
Elxan Məmmədli adlı ruh adamının şərəfli bir yubiley yaşının astanasında olduğunu lap bugünlərdə öyrəndim. Düzü, məni onun neçə yaşının olması o qədər də maraqlandırmır, çünki ən əvvəl insanın keyfiyyətidir məni ilgiləndirən. Adam var, 80-i, 90-ı adlayıb, amma dünyaya necə gəlib, necə yaşayıb, vətəninə, millətinə, el-obasına hansı faydanı verib, deyə sual etsən, barmağını qatlamağa bir xeyirxah əməlini tapa bilməzsən. Çünki keyfiyyətsiz adamdır, əqidəsi, amalı bir qara qəpiyə dəyməz. Beləsini görəndə gözünü qaçırırsan ki, birdən gözün gözünə sataşar...

Adam da var, adı çəkiləndə çöhrəmizə təbəssüm qonur, gözlərimiz qarşısında boyundan asılı olmayaraq, bir boy ağacı pöhrələnib budaqlanır, əzəmətlə ətrafına boylanır... Kölgəsini səxavətlə paylayanlardandı bu cür adamlar. Onlarla qarşılaşanda salam verməyi, əlini sıxmağı özünə borc bilirsən, hətta bu sayğıdan qürurlanırsan da!...

Elxan Məmmədli ikinci qisim kimsələrdəndi ki, ağır-ağayana yerişi-duruşu, salğarlı-səbatlı danışığı, doğruluğu-dürüstlüyü ilə hər kəsə nümunə, örnək ola biləcək halaldan-halal bir ömür yaşayıb. 15-20 il qabaq onu necə görmüş, necə tanımışamsa, bu gün də həmin xislətdə, həmin sanbalda, həmin insanlıq pilləsində qərarlaşıb. Yolunu həmişə düz gedib: hər cür pisliklərdən, xəbisliklərdən uzaq, müdrik, nurani-pirani bir dərviş ömrünü davam etdirməkdədir. Yorulub-usandığını görmədim əsla! Yaxşılıqdan, halallıqdan usanılarmı heç?! Çünki bu cür Tanrı övladları yalnız xeyirxahlıq missiyasını həyata keçirmək üçün göndəriliblər Yer üzünə. Həmişə... kimə görəsə narahat, nigaran, sevgili, sayğılı... – belə bir missiyanın daşıyıcısıdır bizim Elxan Məmmədli! Dəyərli və həm də dəyər verəndir, çünki dəyərin nə olduğunu yaxşı bilir. Dilindən bal kimi süzülən “bacı” kəlməsini hər eşidəndə, əsil Türk kişisinin ləyaqət timsalına sarılmağım gəlir. Təpədən-dırnağacan Türk oğlu Türk, Adam oğlu Adamdır Elxan Məmmədli... Adamlığına, Türklüyünə min alqış, qardaşım!!!

Elxan müəllim ruhumca şairdir! Elxan müəllim çox böyük tədqiqatçıdır! Elxan müəllim gözəl musiqi bilicisidir! Aşıq-ozan sənətinin son dövrlərdə bəlkə də barmaqla sayıla biləcək arif bilicisi! Aparıcılığı təkcə televiziya verilişləri ilə ölçülməz onun... Aparıcılığını birgə səfər yolçuluğumuzda da aydınca gördüm, neçə illər ərzində birgə yürüdüyümüz Haqq yolu yolçuluğunda da! Borçalı vurğunu – Haqq dəlisidir Elxan Məmmədli! Dəliliyi mübarək Elxan qardaşımın! Adında əzəmət, yerişində əzəmət, yaşadığı ömür payında özü boyda əzəmət daşıyan kişi! DOĞULUŞUN MÜBARƏK!

Sayğılarımla: Qiymət MƏHƏRRƏMLİ
31.12.2015


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!