AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : Bu gün, 07:14
Oleq Babak, Azərbaycan səni unutmayacaq!


Oleq Babak,

Azərbaycan

səni unutmayacaq!


7 aprel SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı ukraynalı leytenant Oleq Babakın anım günüdür. O, 1991-ci ildə erməni terror dəstəsinin Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə hücumunun qarşısını alarkən həlak olmuş, hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O, 1941-1945-ci il Böyük Vətən Müharibəsindən sonra bu adı alan ilk milis-polis və SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olmuşdur.

“Bütöv Azərbaycan” qəzeti xəbər verir ki, publisist Hacı Nərimanoğlunun ukraynalı qəhrəmanın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının yaxın günlərdə Azərbaycanda və Ukraynada təqdimatı keçiriləcək. Hər iki dildə nəşrə hazırlanmış kitablar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında işıq üzü görür.
Xatırladaq ki, həmin gün 70-80 erməni terrorçusu hücuma keçib kəndin iki gənc sakinini öldürür, 7 nəfəri yaralayır, mülki əhalini qırmaq, əsir, girov götürmək, strateji əhəmiyyətli ərazisini ələ keçirmək məqsədilə kəndi mühasirəyə alır. Yaxınlıqdakı postun komandiri 24 yaşlı Oleq atışma səslərini eşidib tabeliyindəki iki milis serjantı ilə köməyə gəlir, onların patron daraqlarını da alıb mühasirədə olan yaralı sakinlərin təhlükəsiz əraziyə çıxarılması barədə tapşırıq verir, özü isə çoxu həbsdən buraxılmış cinayətkar residivistlərlə döyüşə girir. Peşəkar atıcı olan Oleq 3 saata yaxın davam edən döyüşdə 20-dən çox terrorçunu məhv edir, təslim olacağı təqdirdə sağ buraxılacağına dair çağırışlara baxmayaraq banditlərlə son gülləsinə qədər savaşır, mülki əhalidən bir nəfərin də əsir düşməsinə imkan vermədən onların təhlükəsiz əraziyə çıxarılmasına imkan yaradır, ağır yaralı halda erməni terrorçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilir. 24 yaşlı zabitin həyatla əbədi vidalaşdığı 7 aprel günü pravoslav xristianlarının Pasxa və Müqəddəs Müjdə bayramları nadir hal olaraq bir günə təsadüf etmişdi.

Oleq 385-ci gün idi ki, qaynar nöqtələrdə SSRİ Daxili İşlər Nazirliyinin Sofrin briqadasının zabiti kimi xidmət keçirdi, bir neçə gün sonra məzuniyyətə buraxılıb Poltavanın Viktoriya kəndində yeganə övladlarına toy hazırlığı görən, intizarla onun yolunu gözləyən əzizlərinə qovuşacaqdı. O, valideynərinə, nişanlısına, dostlarına hər məktubunda cibiklilərin onu “Babək” deyə çağırmaqlarından, bu müharibəyə zorla cəlb olunan azərbaycanlıların mehriban, qonaqsevər insanlar olmalarından, erməni banditlərinin törətdiyi vəhşiliklərdən, doğmaları üçün çox darıxdığından yazırdı. Poltavada Oleq Babakın adına məktəb, muzey, küçələr var, parklar salınıb, abidələri ucaldılıb.

Kitaba daxil edilən çox sayda sənəd, foto, xatirələrdə qəhrəmanın ömür, döyüş yolu əks olunur, Oleqin valideynləri Nadya və Yakov Babakların dövlətimiz və diasporumuz tərəfindən ömrün ahıl çağlarını yaşayan ailəyə hər cür maddi, mənəvi qayğı göstərilməsi barədə şəxsən tapşırıq vermiş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edən məktublarından, Ukraynada dövlətimizin başçısına və xalqımıza xüsusi sevgi, ehtiramdan bəhs edilir.


Paylaş



Bölmə: Şəhidlər / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!