20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 20-05-2016, 13:27
Qaçaq Süleyman

Vaqif Rüstəmov


Xanlar ağa:
- Kəndin camaatı gecə-gündüz bu təpəliklərdə əlində silah sərvaxt dayanıblar. Ətrafımızı möhkəm qoruyuruq, hər tərəf qaçaq-quldur dəstələri ilə doludur. Marığa yatmış erməni dığaları kimi sahibsiz heyvanlara hücum çəkirlər.
- Hərdən məni də o quldurlara oxşadırlar. Ancaq bir olan allah şahiddir ki, mən elin malına xor baxan deyiləm, - deyə Süleyman qamçının ucu ilə gümüşü papağını alnından geriyə itələdi.
- Süleyman, qoy nə deyirlər, desinlər! Yel qayadan nə aparıb, səni ki bütün camaat yaxşı tanıyır! Quldurdan qaçaq olmaz. Onların nə hünəri, nə də qeyrəti çatmaz ki, qaçaqlıq etsinlər. Ancaq, kasıb-kusubun malını çapıb-talamaqdan savayı bir peşələri yoxdur.
VIII
- Çox rastlaşıram onlarla, hamısı bir bezin qırağıdır. Çoxusu da yaraq-yasağını
qoyub qaçır, - deyə Süleyman təəssüflə dedi.
- Təkləli Saday bəyin sözü olmasın. Deyir, “Süleymanın səsi gələndə Araz da sükutla axır! Allah tala onun kimi beş-on oğul yetirsə, vallahi bu həndəvərə heç “çaqqal sürüsü” də keçə bilməz”, - deyə Kərbəlayı Behbud əlindəki aynalı ilə Araz səmtini göstərdi.
- Saday bəy qeyrətli kişidir! Bir yol onunla Haramıda görüşdük. Gülə-gülə dedi ki: “ Kür mənim, Araz sənin !” Dedim, bəy, hər ikisi sənin olsun! O, əlini çiynimə qoyub yumuşaq səslə dedi ki, Süleyman, mən allahdan başqa bilmərrə heç nədən, heç kimdən qorxum yoxdur, nə də ki, çəkinən deyiləm! Dünya ölüm-itim dünyasıdır. Amma ondan ehtiyat edirəm ki, özümünkilər, bir gün boğazıma kəndiri keçiirib atın quyruğunda sürütləyələr. Dedim ki, ay bəy, elə danışma. Biz ki, camaatın, kasıbların halına acıyıb çöl-biyabanda həmdərd olmuşuq. Elin yolunda özümüzü güllə qabağına atmışıq ki, onlara zülm olunmasın. O isə dərindən ah çəkib, sakitcə Arazın sakit axan sularına baxıb, nigarançılıqla dedi:
“Bir sözdür də dedim...”.
Bəyin sözü məni yaman tutmuşdu. Soruşdum ki, bəy bu fikir hardan sənin ağlına gəlib? Dedi ki, Süleyman, insanlar dəyişib, baxırsan, işi düşəndə üzünə gülür, qabağında tülkü tək quyruq bulayır. Elə ki, quyruğu qapı arasından çıxdı, beş addım aralanan kimi başlayır səndən hədyan danışmağa. Adam olan kəs nə qədər dünya malına görə yaltaq olar. Vallah, desəm ki, çobanlarım onlardan qat-qat əməlisaleh, qeyrətli adamlardır inanmazsan. Belələri elə bil ki, şeytan xislətini pulla satın alıb, çuğulluqdan başqa bir işə yaramır. Qayğısına qalırsan, kömək durursan, di gəl ki, gedib “sarı qulaq”lılara o ki var bizdən çuğulluq edir. Qınayan olmasa dədəsini qoyub onların canına and içər. İllah da əllərinə bir balaca qulluq, qazanc yeri keçəndə, ədaları yerə-göyə sığmır. Piylənmiş tülkünün quyruğu tək dik durub yeriyirlər...
Bəyin son sözü eynimi açdı, o ki var güldüm... Hərdən görüşürük. El dağdan qayıdanda Əliqullara, tərəkəmə toyuna getmişdim. Saday bəy də başının dəstəsi ilə toya gəlmişdi. Hal-əhvaldan sonra bir tikə allah rizasından yeyib xeyli ötüb-keçənləri yada saldıq, söhbət etdik. Ancaq onu yenə də qayğılı, pərişan gördüm...
Kərbəlayı Behbud:
- Əliqullar camaatı dosdluqda etibarlı, arxa dayaqdırlar. Kəsdiyi çörəyin qədrini bilirlər! Kürəyini onlara dayasan sənə zaval yoxdur. Saday bəy bilir, kimin süfrəsində əyləşib çörək kəsmək olar. Özü də hünərli, qeyrətli kişidir, onun əməllərini, kasıb-kusuba əl tutub arxa durmağını sadalasam, bir dastan bağlamaq olar. Danışmaqla qurtaran deyil. Yaz-payız köçü burdan gəlib keçir, səxavətli, sözü bütövdür. Hər dəfə dağa gedib-gələndə məni ğörməsə olmaz. Bir gün yayın tüğyanında Xudafərini keçib bizə gəlmişdi. Soruşdum ki, bəy sən indi yaylaqda olmalısan axı, nə əcəb? Dedi ki, Behbud, Təbrizdən gəlirəm, bir az uşaqlara, çobanlara bazarlıq edib, xurd-xuruş almışam. Yanımdakıları Xudafərindən yuxarı, yaylağa yola saldım getdilər. Ürəyim istədi gəldim ki, səni bir yoxlayım, görüm nə var, nə yox. Onun gəlişi həmişəki kimi məni sevindirdi. Hacıkəndi, bağ-bağatı gəzdik. Hacıkənddən aşağı, Heydər bulağında kənd ağsaqqalları ilə bir yerdə çörək kəsdik. Məclisimiz gün batana qədər davam etdi. Axşamı bizdə qaldı. Səhər ertədən, yanına da bir iki silahlı atlı qoşub daş yoldan Ziyarətə tərəf yola saldım, getdi...
- Bəy çobanlarına yaxşı baxır, bir əli onların üstündədir. Heç vaxt qayğısını onlardan əsirgəmir. Elə ona görə də ona böyük hörmətim var. Hardansa eşidib ki, Qızıl təpədən yuxarı Qalaça tərəfdə Hacı Rüstəm ağanın qoyun yatağına göz dikənlər kişiyə sataşırlar. Bəy eləmə tənbəllik, get onların “aşını-duzunu” qoy qabaqlarına... Ondan sonra bir də o tərəflərə heç kim ayaq basmır, – deyə Süleyman Saday bəyi xatırladı.
- Rəhmətliyin sağlığında, Saday bəy kəndə gələndə mütləq onun qonağı olardı. Elə dosdluğumuz da ordan başladı.
- Saday bəyin gücü, qüvvəti onun dosdluqda möhkəm, sədaqətli olmasındadır. Sözü bütöv adamlara həmişə hörmətlə yanaşar.
- Elədir ki, var, Süleyman, – Kərbəlayı Süleymanın dediklərini təsdiq etdi. Bu an cavan bir
IX
oğlan Kərbəlayıya yaxınlaşıb ona nəsə dedi. O, sakitcə:
- Hə yaxşı gəlirik! – deyə üzünü Süleymana tutub:
- Süleyman, evə qalxıb bir loxma çörək yeyək.
- Kərbəlayı, yemişkən varıq, qalsın başqa bir vaxta...
- Ay Süleyman, səhərdən evdə tədarük görülüb, belə getmək yaxşı deyil axı! Sizi heç yerə buraxan deyiləm...
- Kərbəlayı, uşaqlara əziyyət vermə, obaya ertədən çatmalıyıq. Mehtigildən çox nigaranam, indilərdə Arazı keçməlidirlər! Narahat olma, camaatı yerbəyer edin, indi yemək vaxtı deyil. Yaxşı ki, bizim tərəfdən ölüm-itim olmadı, yaralılardan muğayat olun. O, binəvaları da ötürün getsinlər obalarına. Yazığım gəlir onlara. Onlar quldura bənzəmirlər, zənnim məni aldatmaz. Mən buranı həmişə öz elim, öz obam bilmişəm.Vallah, Alı bəyin kəhrizindən bir ovuc su içməyim nəyə desən dəyər. O, kəhrizi də, sizi də heç vaxt unuda bilmərəm...!
Kərbəlayı Behbud:
Süleyman, ötən günləri yada salma, Sənin yolunda biz həmişə ölümə hazırıq. Bunu ki, sən yaxşı bilirsən...
Süleyman sadiq dostunu, xilaskarı Kərbəlayı Behbudu qucaqlayıb ərklə dedi:
- Yaxşı deyiblər ey, hər şeyin təzəsi, dostun köhnəsi!
Kərbəlayı Behdud Süleymanın qoluna girib, üzü aşağı - Üç qoza tərəf piyada söhbət edə-edə gedirdilər. Kənd camaatı da onların ardınca gəlirdi. O, üzünü kənd cavanlarına tərəf tutub:
- Mal-qaranı yerbəyer edin. İmkan verməyin ki, dağılışsınlar! Onların binəva sahibləri indi nigarandır.
- Yaxşı, Kərbəlayı, hamısını toplayıb Aydolanmaza yığarıq, - deyə cavanlardan Rzivan cavab verdi.
- Baxın ha, it bata düşməsin, sahibləri yazıqdır...

***
Aydolanmazda saysız - hesabsız mal-qara göy təpəliklərə səpələnmişdi. Aşağı obalardan gəlib öz heyvanlarını ayırd edən adamların üz-gözündən yağan sevinc təbəssümləri, xeyir-dualı alqışlarla əvəz olunurdu. Hamının nəzərləri Qara Molla pirindən, onlara tərəf gələn adamlara dikilmişdi.
Onlardan yaşca böyük olan ağmirçək bir qadın əlindəki çatını, yanı balalı inəyin boğazına bağlayaraq razılıqla alqış edirdi:
- Allah canlarını sağ eləsin. Nə yaxşı ki, Daşkəsənlilər duyuq düşüb qansızların “payını” verdilər. Yoxsa köpək uşağı ağına-bozuna baxmadan olan-qalan bir inəyimi də yağmalayıb aparmışdı.
Yanındakı qadın:
Ay bajı, deyirlər Qaçaq Süleyman da haya gəlib, odur ey, Qara Molla ocağından üzü bəri, bizə sarı adamlarla danışa-danışa gəlir.
- Hə, onun Daşkəsənlilərlə beyni xoşdur, məmə deyəndən, pəpə yeyənə hamısı
onun xətrini istəyir.
- Elə Daşkəsənlilər də ondan geri qalmırlar!
- Alı bəy kimi dünya malına susamayıblar. Rəhmətlik aclıq vaxtı taxıl anbarlarının ağzını açdırıb yetim-yesirə payladı, bizi də o ağır günlərdən qurtardı.
- Düz deyirsən ay bajı. Üç qozdan üzü bəri əkin yerlərini rəncbərləri ilə birlikdə qızına görə bizə bağışladı.
- Kaş, elə bizimkilər də onun kimi mərd, hünərli ola idi.
- Allah rəhmət eləsin. O qədər səxavətli, əliaçıq adam olub ki, güvənib yanına gələni boş qaytarmazdı. Yadımdadır, bir dəfə başının dəstəsi ilə Xudafərindən qayıdanda görür ki, su arxının üstündə dava-dalaş düşüb. O, adamlardan soruşur ki:
- Nədir, nə səs küydür?
- Bizimkilərdən biri cavab verir ki, ağa dirriyimizi suvarmaq istəyirik, bu “cuvar” da deyir ki,
X
pul verməsəniz arxdan su apardı yoxdur.
Bəy soruşur :
- Pul nədir? Cuvar kimdir?
Həmin adam:
- Bəy, deyir ki, sizin mənə ötən dəfəki suvarmadan borcunuz qalıb. Ona görə də su vermiyəcəm.
Bəy bu sözə məhəttəl qalır, atdan düşüb “cuvar” dan soruşur:
- Ayə! Ay gədə, səni bura kim su cuvarı qoyub?
Su cuvarı ərklə:
- Buraları mənə tapşırıblar, ona görə də bu arxa mən baxıram.
Bəy cuvarın yaxasından tutub onu möhkəm silkələyir:
- Ay qanmaz, mən mənəmsə, səni bura su cuvarı qoymamışam! Bizlərdə cuvar olmur. Heç olmasa, bir, kəndə tərəf qalx, soraqlaş gör camaat sudan necə istifadə edir? Bizlər suya pul vermirik, nə də sudan pul almırıq. Kəhrizləri, gölləri camaata görə qazdırmışıq ki, əkin-biçində korluq çəkməsinlər. Su dəyirmanları gecə gündüz işləsin, indi qandın? Bəlkə elə suyu da sələmlə verəsən...? Burdan elə itilirsən ki, gözüm səni bir də görməsin! Axmaq adam, elə bircə cuvarımız çatmırdı...
- Bəy, baş qoşma, görmürsən, mərifətini, - deyə atın belində ki, Məşədi Mahmud ağa səsləndi:
- Əşi, bu haradan azıb gəlib bura, belə də mürvətsizlik olar? Bulaqların, kəhrizlərin suyunu bir arxa yığıb, Araza tərəf yönəltmişik ki, heç olmasa hamı istifadə etsin. Bu da şümür kimi suyun qabağını kəsib. Mən qızıma görə yox, el-obaya görə bu əkin yerlərini, toxmaçarları, Quycaq yatağında köç salanlara vermişəm ki, təki güzəranları yaxşı olsun. Bu şümürdə bilmirəm kimin saqqalının altından keçib burda darğalıq edir, düşüb yetim-yesirin üstünə. Şümür oğlu şümür, sudan da vergi alarlar, suya da sələm qoyarlar? Vallah, görəcək günlərimiz var bizim...
Alı bəyin bu hərəkətinə sevinən adamlar ona razılqlarını bildirirlər. Su cuvarı da o gedən gedir, bir də geri qayıtmır...
- Bajı, bax ona görə də Quycaqlılar həmişə ona rəhmət oxuyur. Allah ona rəhmət eləsin.
- Bilirəm, bilirəm, o kişinin haqqı- sayı üstümüzdə çoxdur, danışmaqla qurtarmaz...
Kənd adamları ilə Üç qoza yaxınlaşan Süleymanı görənlər ona yaxınlaşıb əl verib görüşür, sevinclə razılıqlarını bildirirdilər. Yamaca yayılmış heyvanların sahibləri bilmirdilər ki, necə alqış etsinlər. İnəyin çatısından möhkəm yapışan qadın yanından keçən kişiləri görüb tez yaşmaqlandı.
O, Süleymanı görcək :
- Allah, köməyin olsun, ay qağa, yaxşı karımıza çatdın. Qudurmuş köpək oğlu bir inəyi də bizə çox görmüşdü.
Süleyman:
- Bajı, salam! Allah razı olsun! Tay bir də onlar, bu həndəvərə dolanmazlar! Gün batır, yəqin uşaqların da evdə nigarandır, yolundan qalma.
- Yox qadam, biz bu yaxınlıqda – Quycaqda yaşayırıq.
- Nə olar, lap yaxşı. Heç qorxub eləməyin! Arxayınlıqla yaşayın!
Elə bu an iki-üç kişi Süleymana yaxınlaşıb ağız dolusu razılıq etdilər. Onlardan yaşlı, nurani kişi udquna-udquna dedi:
- Süleyman, Allah səni qorusun. Biz bir iki kişi səhər-səhər Quycağın, aşağı başında tut ağacının kölgəsində dayanıb keçənlərdən söhbət edib, deyib gülürdük.Vallah, doğrusu, bilmirdik ki, başımıza belə bir müsibət gələcək. Qəfil o uşaq kəhəri ilə yanımızdan ley kimi çapıb getdi. Hələ bir üstəlik onun bu hərəkətini biz qınamışdıq. Sən demə o sizə xəbərə gedirmiş. – deyə yaşlı kişi Misiri göstərdi.
Süleyman, çönüb Misirə tərəf baxıb gülə-gülə:
- Tay denən, camaatı toza basıb, qorxutmusan ki.
Misir, Süleymanın zarafatla dediyi sözə cavab vermədi. Başını aşağı dikib gülümsündü.
XI
- Süleyman, mən tapşıranda at qarışıq elə götürüldü ki, dedim bəlkə o buralarda bənd olmayacaq,- deyə Kərbəlayi Behbud Misirə baxa- baxa zarafatla dedi.. Hamı bu şirin söhbətə görə güldü.
Süleyman Alı bəyin kəhrizinin gözünə tərəf əyilib, əl-üzünü buz kimi suda yuyandan sonra bir-iki ovuc içərək razılıq hissi ilə:
- Elə bil ki, buzdur, yayın qızmarında adamın canını sərinlədir. İçməklə doymaq olmur.
- Ay, Süleyman, bizim kəndin suları həmişə belə buz kimi sərindir, - deyən Ağalar kişi əlindəki dəyənəklə kəndin bağ-bağatını göstərdi.
- Elə, ona görə də biləyinin yoğunluğu dəyənəyindən seçilmir. Vurduğun adam iki həftə xamralı təpitməni özünə yorğan elətdirir!
Süleymanın bu sözünə kəhrizin başına yığılan adamlar bərkdən qəh-qəhə çəkib gülüşdülər.
- Ay qağa, Məşədi Cəfərsiz, mənim işim keçmir. Gərək o, mənim kürəyimi arxadan qoruya! Cəfər, nənəm qurban Ağalar, möhkəm vur deməsə, qolum qalxmır!
Süleyman gülə-gülə:
- Dərədə görürdüm, atın belindəki oğrunu dəyənəklə necə vurdunsa at qarışıq Muğum bulağının xəzinəsinə kəllə mayallaq aşdı.
Deyib-gülən adamlar kəhrizin soyuq suyunda yuyunub, bir iki ovuc içdikdən sonra yola düşmək üçün vidalaşdılar.
- Qağa sağ ol, həmişə səsin gəlsin! - deyən Kərbəlayı Behbud Süleymanı bərk-bərk qucaqlayıb bağrına basdı.
- Kərbəlayı biz birik! Özündən muğayat ol!
- Allah səni qorusun, ay Süleyman ! - deyən kəndin ağsaqqalı Mirzə Mehti Süleymana xeyir dua verdi.
- Mirzə, sizlər olmasanız dinimiz də, dilimiz də əldən gedər, - deyən Süleyman ağ köhlənin belinə sıçradı. O, kənd camaatı ilə mehribancasına vidalaşaraq, dəstəsi ilə Alı bəyin kəhrizindən üzü aşağı, Quycaq yatağına doğru atlarını yorğa sürüb uzaqlaşdı...
Qaçaq Süleyman[/center] ***
Günortanın istisinə sərinlik gətirən meh Aydolanmazın çəmənliklərində ətir saçan çiçəklərin füsunkar mənzərəsini təbiətin gözəlliyinə qovuşdurmuşdu. Süleymanı ötürməyə gələn adamlar kəhrizin yanında mehribancasına ayrılıb uzaqlaşan qaçaqların dalınca nigaran-nigaran baxırdı. Uzaqdan Arazın bərq vuran suları aydın görünürdü. Şırıltısı ilə adamın ruhunu oxşayan kəhrizin billur suları Araza doğru uzanıb gedən arxa qovuşurdu...
Atın cilovunu əlində saxlayan Kərbalayı Behbud Kərbəlayı Cavada ərklə:
- Gör indi nə qədər adam zillətlə saxladığı mal-qarasına sahib duracaq! Biz, heç vaxt azğın quldurlara, düşmənə baş əymədik! Yan-yörəmizdə olan kəndlərə də həyan olduq! Qoymadıq onları tapdaq altında qalsınlar.
Elədir, Kərbəlayı! Daşkəsən kəndi, bəndsiz-bərəsiz bir qaladır! Nə qədər ki, canımızda təpər, qolumuzda güc var, gözümüz el-obanın üstündə olacaq. Dörd biryanımız meşəlik, bağ-bağatdır! Hər addımbaşı axan kəhrizin, bulaqların şəfalı suları bizi həmişə gümrah saxlayır. Bunu da əlimizdən versək day onda heç nə! Gərək imkan verməyək ki, ismətimizlə-qismətimiz gözümüzün önündə qəhətə çıxsın!
- Elədir, bizdən əvvəlkilər əkib, becərib, min bir əzabla o bağ-bağatı göyərdib, kəhrizləri qazıb ərsəyə gətirib. İndiyə qədər eşitməmişəm ki, kəndin camaatı sudan korluq çəksin.
- Seyid İbrahimin haqqı-sayı, əməyi kəndimizdə çoxdur. Onun əlinin zəhmətidir ki, kəndin aşağı başından yuxarı başına kimi kəhrizlər gurha-gur axır. Bu yamacların hər qatına bələddir. İndi də öz peşəsini, kənkanlığı nəvəsi İbrahimə öyrədir...
Kərbəlayı Behbud Kərbəlayı Cavadın sözlərini başının hərəkəti ilə asta-asta təstiqləyirdi. Kənd camaatı yavaş-yavaş geriyə qayıdırdı. Adamların arxasınca söhbət edə-edə yanaşı gedən hər iki ağsaqqal Qara Molla pirinə tərəf üzü-yuxarı qalxırdı. Pirə yaxın barama fabrikinin yanında əli-qolu bağlı on bir nəfər quldurun görkəminə nəzər yetirən Kərbəlayi bir anlıq dayandı. O, üzünü quldurlara tutub:
XII
- Heç əməlinizdən peşmansınız?
Qaçaqlardan qısa boylusu:
- Vallah bəy, Şirxanın feilinə düşüb bura gəlmişik. Gördüyünüz qolları bağlı
adamların hamısı dədə-baba əkinçidir. O, silah gücünə bizi bu işə qoşdu. İki gündən bir zəmimizi yandırmaqla hədə qorxu gəlirdi. Deyirdi ki, bizə qoşulmasanız zəminizə od vurub külə döndərəcəm! Biz də naçar qalıb ona qoşulduq. Onsuz da günümüz itin günüdür, nə gecəmiz var, nə də ki gündüzümüz...
Kərbəlayı gözaltı onların bağlı qollarına baxırdı! Xışın dəstəyini tutmaqdan qabarlı əlləri dəyənək olmuş qaçaqlar quldura bənzəmirdilər. Kərbəlayı Behbud
üzünü Talıba tutub:
- Açın onların qollarını, bir səhəng də su gətirin! Bəs sizin silahlarıınız hanı? – deyə Kərbəlayı ciddiyətlə soruşdu.
- Bəy, cəmisi iki tüfəngimiz olub, onu da Şirxan bizə vermişdi. Silahları dərədə daşlığa atdıq. Vallah, biz heç güllə atmağı da bacarmırıq. Yerdə qalanlarımız Arazı keçəndə çinar ağacından özümüzə əl ağacı düzəltmişdik ki, heyvanları bir təhər qova bilək.
- Kərbəlayı, yazıq düz deyir. Daşlıqdan iki tüfəng tapıb gətirmişik. Baxıram bizimkilərin tüfənginə oxşamır. – deyə Savalan kişi tüfəngləri Kərbəlayiyə göstərib yerə qoydu.
Hamı diqqətlə bu mənzərəni seyr edirdi. Suyu gətirən oğlan səhəngi mis parçla bərabər qaçaqlara yaxın, sal daşın üstünə qoydu.
Kərbəlayı qaçaqlara:
- Götürün suyu, dəstnamaz alın, elə burda - Qara Molla ocağında tövbə edin. Bir də o nanəciblərə qoşulub belə iş tutmayın!
Kərbəlayının bu qərarı hamının ürəyincə oldu. Qaçaqlar, arxalıqlarının qollarını çırmalayaraq əl-üzlərinin yuyaraq, pirin qarşısında dua etməyə başladılar. Onlar bir olan allahdan günahlarının bağışlanmasını təvəqqə edirdilər. Sonra, Kərbəlayı Behbuda öz razılıqlarını bildirdilər. Kərbəlayı Behbud məmunluqla onlara yaxınlaşaraq qayğıkeşliklə:
- İndi isə mənim qonağımsınız. Geriyə qayıtmağınız artıq gecdir, axşamı bizim evdə qalıb dincəlin, sübh ertədən hamınızı obanıza yola salarıq.
Kərbəlayı qabağa düşüb əkinçilər və kənd camaatı ilə birlikdə yaxınlıqdakı evinə yollandı. Həyətdə qol budaqlı tut ağacının altında qonaqların əyləşməsi üçün xalçalar döşənmişdi. Kərbəlayı tut ağacından bir az aralı, qoşa qaya daşın üstündə qoyulmuş içi su ilə dolu iri daş təhnəni qonaqlara göstərərək:
- Rahat yuyunun, - deyə əli ilə təhnəni göstərdi. İmarətin xidmətçiləri dərhal təhnəyə yaxınlaşıb mis parçla onların əllərinə su tökməyə başladı.
Yuyunub qurtardıqdan sonra hamı ayaqlarını soyunaraq xalça üzərində sərilmiş süfrənin ətrafında sıra ilə əyləşdilər. Xidmətçilər candillə nemətləri süfrəyə düzürdülər. Bir azdan Kərbəlayi “bismillah” deyərək hamını yeməyə başlamasını buyurdu. Əkinçilərin sıxıntı içində, kirimişçə dayandığını görən Kərbəlayı onlarara müraciətlə:
- Elin o başı, bu başı olmaz. Siz bu kəndin qonağısınız. Arxayınlıqla nuş edin, - deyə qayğı ilə onlara eşitdirdi.
Bu sözdən sonra, əkinçilər əlini süfrəyə uzadaraq təamlardan yeməyə başladılar. Kərbəlayı başını qaldırmadan sakitcə nahar edirdi. Bir azdan hamı əlini süfrədən çəkdi. Kərbəlayı şükranlıq edərək süfrəni yığışdırmağı və çay gətirilməsini tapşırdı. Xidmətçilər öz işinin pərgarı kimi içi qənd, noğulla doldurulmuş gümüş qabları süfəyə düzməyə başladılar. Aralıda zümzümə ilə
qaynayan iri “pataşov” samovarından, xidmətçilər gümüş məcməyidəki piyalələrə süzülmüş çayları süfrəyə düzdülər. Hamı sakitcə çayını içirdi. Sükutu pozan Kərbəlayi əkinçilərə müraciətlə:
- Bu il məhsulunuz bol olar. Dəmyə yerlərdə yağıntının çox olması taxılın bolluğuna dəlalət edib,- deyə astaca söhbətə başladı.
- Hə ağa, məhsulumuz həmişə bol olur, axır vaxtlar quraqlıq olmur. Ancaq nə fayda. Məhsul yetişir, biçin qurtaran kimi qaçaq-quldur başımızın üstünü kəsdirir. İstədiklərini almasa əl
XIII
çəkmirlər,- deyə qısa boylu, yaşlı əkinçi cavab verdi.
- Belə ki, zəhmətlə çörək qazanırsınız, onda niyə Şirxana qoşulmusunuz? – deyə Kərbəlayi soruşdu.
- Şirxanın nə gözü doyur, nə də ki nəfsi. Haq-nahaq düşür üstümüzə. Dediyinə də əməl etməyəndə ziyankarlıq edir. Onda da qalırıq çar-naçar əlində. Süb tezdən bizi silah gücünə Arazın dayaz yerinə gətirdib məcbur etdi ki, keçin. Biz də çarıqlarımızı çıxardıb, çırmanıb keçdik bu taya. Dəstəsi böyükdür. Bizim işimiz heyvanları yığıb qovmaq onun dediklərinə əməl etmək idi.
- Bəs o tülkü Zəki hardan tapıb onu? – deyə Kərbəlayi sakitcə soruşdu.
- Tülkü Zəkini aldilnən qoşmuşdu dəstəsinə. Demişdi ki, mal-qara sürülərini yağmalayandan sonra ona da pay verəcək. O da dərədə vəziyyəti belə görüb adamları ilə aradan çıxdı.
- Rəhim ağa nə əcəb ona qoşulmayıb? Onlar kı hər vaxt bir yerdə olurlar? –deyə Kərbəlayı təəccüblə soruşdu.
- Axır vaxtlar onların sözləri düz gəlmir. Bu gün sübhdən Şirxan onun dalınca asıb-kəsirdi. Vallah, doğrusu, səbəbini bilmirik.
- Rəhim ağa ona baxanda toya getməlidir. Heç olmasa, az da olsa, insafı var. Quldurluğu da kişi kimi edir. Yoxsa Şirxan kimi? Əlinə nə keçdi süpürüb aparmır!
- Rəhim ağanın bizlərlə o qədər də işi olmaz. İldə bir-iki dəfə məhsul yığımında yaxınlaşıb, arpa “payını” götürüb sakitcə gedir.
- Bunlar hamısı aydındır. O qoşa atlı faytonu hardan ələ keçirmişdiniz?- deyə Kərbəlayı maraqla soruşdu.
- Biz Arazı keçib Maralyana tərəf gedirdik. Kəndə xeylaq qalmış qabağımıza fayton çıxdı. Faytonun arxa oturacağında əyləşən iki ahıl kişini, bir də qoca faytonçunu görən Şirxan, hikkə ilə onların aşağı düşməsini tələb etdi. Ancaq faytonda əyləşən kişilərdən biri ötkəm səslə Şirxana:
- Niyə düşməliyik, nədir günahımız bizim? - deyə yerindən qalxıb cavab verdi. Kişinin cavabı Şirxanı hövsələdən çıxartdı, o qəzəblə bağıraraq:
- Mənimlə söz güləşdirməyin! Deyirəm düşün, yoxsa bu dünya ilə viidalaşmalı
olacaqsınız, - deyib tüfəngi ilə göyə bir-iki atəş açdı. Şirxanın bu hərəkətini görən faytondakılar, kirimişcə aşağı düşüb, kənəra çəkildilər. Bayaqkı kişi yenidən Şirxana müraciət edərək: - Yolumuz uzaqdır, qalan yolu biz necə getməliyik? - deyəndə o, hırıldaya-hırıldaya:
- Nə bilim, necə getməlisiniz? Bura qədər faytonla gəlmisiniz, burdan da belə pay-piyada sürüşüb gedərsiniz, - deyib qəh-qəhə çəkdi. Onun bu şit və qəddar zarafatına dəstəsində olan quldurlar da güldülər. Sonra quldurlardan bir-iki nəfəri atlarından birbaşa faytona atıldılar. Onlar atların başını gün batan səmtinə döndərib təlxəklik edə-edə, şənlənərək təpəliyə sürdülər... O gecə Kərbəlayı Behbudla əkinçilərin söhbəti tut ağacından asılmış otuzluq lampanın işığında xeyli çəkdi. Sonra Kərbəlayı onları imarətin ikinci mərtəbəsində ayrılmış otağa dəvət edərək yatıb dincəlmələrini bildirdi...
Təzəcə boylanan günəşin şəfəq saçan parıltısı Daşkəsən bağlarının şehli yamaclarını nura boyamışdı. Həmişəki kimi sübh ertədən oyanan kənd camaatı mal-qarasını naxıra qoşur, əkin-biçində, bağ-bağatda işləmək üçün hazırlıq görürdü...
Axşamdan tut ağacının altında sərili qalmış xalçaların üzərində böyük süfrə açılmışdır. Xidmətçilər süfrəyə səhər yeməyini düzürdü. İmarətdə gecələyən əkinçilər ertədən oyandıqları üçün yuyunub sakitcə dayandıqları yerdə mərmər pilləkənlə aşağı düşən Kərbəlayıya baxırdı. O, asta addımlarla yaxınlaşıb qonaqlarla əllə görüşdü, onları süfrə arxasına dəvət etdi. Hamı ayaqlarını soyunub süfrə arxasına keçdi, “bismillah”, - deyib səhər yeməyinə başladılar. Kərbəlayı başını qaldırmadan aramla nahar edirdi. Bir azdan əlini süfrədən çəkərək, şükranlıq etdi. Bunu görən qonaqlar da şükranlıq edərək bəyə diqqətlə baxırdılar. Sükutu pozan Kərbəlayı süfrəni yığışdırmağı tapşırdı. O, təmkinlə bildirdi:
- Uşaqlar sizi Arazdan keçirəcək. Axşamkı söhbətlər məndə arxayınlıq yaratdı ki, bir daha belə bəd əməllərə qoşulmayacaqsınız. Siz, özünüz necə, alın tərinizlə əkib-becərir, mal-qara
XIV
saxlayırsınızsa, bizimkilər də o cür min bir əzab-əziyyəti çəkirlər. Lazım deyil kiməsə qoşulub oğurluqla haram mala sahib olmaq. Soyğunçuluqla, quldurluqla qazanıb yemək bir kimsəyə başucalığı gətirməyib, onun da xeyir-bərəkəti olmaz, - deyə Kərbəlayı əyləşdiyi yerdən ayağa qalxdı.
Süfrədə əyləşənlər bir nəfər kimi yerindən durub, onun qarşısında təzim etdilər. Sonra Kərbəlayı əkinçilərlə bir yerdə Qara Molla pirinə tərəf yollandı. Orada toplaşan adamlar, Kərbəlayı Behbudun imarətində gecələyənləri yola salmağa gəlmişdilər. Kəndin cavan oğlanlarından bir neçəsi qonaqlar üçün ayrılmış atların yüyənlərini əllərində möhkəm saxlayıb onlara tərəf baxırdılar. Kərbəlayının əhatəsində dayanan əkinçilər bilmirdilər ki, ona necə alqış etsinlər. Heç nə olmamış kimi qayğı ilə danışan Kərbəlayı:
- Şirxan rastınıza gəlsə, mənim ismarıcımı ona çatdırın. Ona deyin ki, birinci kərə “təşrif” buyuranda Kərbəlayının gülləsinə tuş gəlmədin. Dünən isə o səni özü vurmadı. Onu qurban etdim qardaşım Şirxanın adına. Qıymadım. Ancaq üçüncü kərə əlimə keçsə dərisini, çəpişin dərisi kimi çəkib boğazından çıxardacam. İndi isə atlanın arxayınlıqla obanıza qayıdın. Sizin hamınıza yaxşı yol, yolçu yolda gərək. Atların tərkində uşaqlarınız üçün bir az sovqat qoyulub, di salamat qalın, - deyə, onlarla bir daha əl verib görüşdü.
Pörtmüş qonaqlar bilmirdilər ki, nə cavab versinlər. Onlar atlanıb, pərt halda başlarını aşağı dikmişdilər. Kərbəlayı Behbud:
- Talıb, qonaqlarımıza Arazın dayaz yerini göstərin, keçsinlər. Sonra atları da özünüzlə gətirin kəndə.
- Yaxşı, Kərbəlayı, siz necə buyurursunuz elə də olacaq, - deyə Talıbgil atlarını qonaqlarla yanaşı yorğa yerişlə sürərək uzaqlaşdı. Aydolanmazın gədiyindən Araza doğru, üzüaşağı yenən atlılar bir azdan görünməz oldu...
Davamı var


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!