Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                        İlham Əliyevlə Ərdoğan Naxçıvana hücumu müzakirə etdilər .....                        Paşinyan üçüncü dəfə Təhlükəsizlik Şurasını topladı .....                        Azərbaycan və İsrail XİN başçıları Naxçıvana hücumu müzakirə etdi .....                        İsrailli politoloq: İran Azərbaycanı regional münaqişəyə cəlb etmək istəyir .....                        Çin dünyaya dizel və benzin satışını dayandırdı .....                        Rusiyada general saxlanıldı .....                       
Tarix : 26-09-2016, 12:48
Soydaşlarımız sudan korluq çəkirlər


Azərbaycanlı millət vəkili: Xudabəndə kəndlərinin 50 faizində içməli su şəbəkəsi yoxdur

“Xudabəndə kəndlərinin 50 faizində içməli su şəbəkəsi yoxdur, bu kəndlər içməli su ilə təmin olunmalıdır.”
Bu sözləri Zəncan Vilayətinin Xudabəndə şəhərinin İran parlamentindəki millət vəkili “Mehr” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib.
“Xudabəndə kəndlərinin yarısında içməli su şəbəkəsi yoxdur. Səlahiyyətli orqanlar bu problemi aradan qaldırmaq üçün lazımi tədbirləri almalıdır. Xudabəndə kənlərinin 52 faizi təbii qaz və 50 faizi içməli su şəbəkəsindən məhrumdur. Bu məntəqənin yolları da pis vəziyyətdədir”- deyə Əhməd Beyqdeli bildirib.
Millət vəkili Xudabəndə məntəqəsindəki məktəblərin bərbad vəziyyətdə olduğunu və səhiyyə müəssisələri ilə bağlı yaşanan problemləri də diqqətə çatdırıb. “Xudabəndə şəhərində məktəblərin 43 faizi sökülüb yenidən tikilməlidir. Bu vəziyyət, şəhərin Təhsil Şöbəsi üçün heç də yaxşı hal deyil, ona görə ki, təhsilin inkişafı üçün lazımi imkanların mövcud olması vacib məsələdir. Xudabəndə şəhərində əsas problemlərdən biri də səhiyyə xidmətləri ilə bağlıdır. Şəhərdə mövcud olan yeganə xəstəxana əhalinin ehtiyaclarına cavab verə bilmir. Hesab edirəm ki, Tibbi Mərkəzlər inkişaf etdirilməlidir. Bu şəhərin xəstəxanasında tibbi avadanlıqlar çox aşağı səviyyədədir və xəstəxanada yataqların sayının az olması əsas problemlərdən biridir”- deyə o vurğulayıb


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!