“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım .....                        BMT iki ölkəyə çağırış etdi .....                        PSJ Qitələrarası Kubokun qalibi oldu .....                        Dünya çempionatı üçün rekord mükafat .....                        Məktəblilər arasında “snus” təhlükəsi - Polisdən açıqlama .....                        Qadın deputatlar arasında dava düşdü - VİDEO .....                        Məşhur aparıcı həbs edildi .....                        Ağdamda mina partladı - YARALI VAR .....                        Meyiti tapılan gənc Mirmahmud Mirəlioğlunun nəvəsi imiş .....                       
Tarix : 13-09-2013, 12:01
İranda 5 nəfər edam edilib


İranda 5 nəfər edam edilib. APA-nın məlumatına görə, bu edamlardan 3-ü əhalinin gözü qarşısında olmaqla İranın Kohgiluyə və Boyer-Əhməd vilayətində icra edilib.

Təcavüzdə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş Hüseyn Xodadadi, Sadiq Sal Əfzun, Mehdi Abbasizadə və Bəhram Hüseyniyan adlı məhbuslardan üçü dara çəkiliblər. Digər məhbusun isə edam cəzası hələlik icra edilməyib və hazırda Yəsuc həbsxanasında saxlanılır. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 12-də səhər saatlarında Dehdəşt şəhərinin mərkəzi meydanında icra edilib.

İranın Əlborz vilayətində də bir nəfər gizli şəkildə edam edilib. Rza Səlimani adlı məhbus da təcavüzdə günahlandırılaraq dara çəkilib. Bu edamla bağlı heç bir rəsmi məlumat verilməyib. Ölüm hökmü sentyabrın 9-da səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

İranın Fars vilayətində də bir nəfər edam edilib. Ad və soyadının baş hərfləri açıqlanan məhbus qətldə günahlandırılaraq dara çəkilib. Müttəhim şəxsi ailə münaqişəsi zəminində öz qayınatasını və qayınanasını öldürdüyünə görə Fars vilayətinin Cəza Məhkəməsinin ikinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsinin 6-cı şöbəsi tərəfindən də təsdiqləndikdən sonra Darab rayonunda əhalinin gözü qarşısında icra edilib.

Qeyd edək ki, son günlər İranın Qərbi Azərbaycan vilayətində 6, Gilan vilayətində 3, Simnan vilayətində 2, Kirmanşah vilayətində 2, Xuzistan vilayətində 1, Kohgiluyə və Boyer-Əhməd vilayətlərində də 1 nəfər edam edilib.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!