Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 24-07-2017, 14:23
İranın pul vahidi “rial” rəsmən ləğv olunub, onun yerinə “Tümən” işlənə bilər


Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, İranın milli pul vahidi rəsmən ləğv edilib. Bu barədə İran prezidentinin başçılığı ilə iyulun 23-də keçirilən Nazirlər Kabinetinin iclasında qərar layihəsi qəbul olunub. Milli valyutanın dəyişdirilməsinin vacibliyi ilə bağlı təklif, 2016-cı ilin oktyabr ayında İranın Mərkəzi Bankından gəlmişdi.

Nazirlər Kabinetinin iclasında ölkənin pul və bank qanununun islah olunması layihəsi ilə bağlı hökumətin iqtisadiyyat komissiyasının hesababatı dinlənilib araşdırıldıqdan sonra milli pul vahidinin dəyişdirilməsinə qərar verilib.

Hazırlanan layihəyə əsasən İranın yeni pul vahidi “tümən”, 10 “rial”a bərabər təyin edilib.

İranın pul vahidi “rial” rəsmən ləğv olunub, onun yerinə “Tümən” işlənə bilər


Bildirilir ki, həmin qərar layihəsinin qəbul olunmasında məqsəd, ölkənin pul və bank sistemində sabitliyi qoruyub saxlamaqdır. Qeyd olunur ki, İran hökumətinin milli valyutanın dəyişdirilməsi ilə bağlı təklifi əvvəlcə İran parlamentinə təqdim ediləcək. Təklif, iranlı deputatlar tərəfindən qəbul ediləcəyi təqdirdə, Konstitusiyaya Nəzarət Şurasının razılığı ilə qanuna çevrilərək İranın pul vahidi rəsmən “tümən” olacaq.
Xatırladaq ki, İranda əhali arasında gündəlik alış-veriş zamanı qeyri-rəsmi olaraq daha çox “tümən”dən istifadə edilir. Alış-veriş mübadilələrində isə “rial” sözündən istifadə olunması hesablamalarda ciddi çətinliklər yaradır, vətəndaşları cürbəcür problemlərlə üz-üzə qoyur.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!