Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 29-07-2017, 18:22
Qərəzyaləddinin Babilabad kəndinin kəndxudasını “Pejak” terrorçuları oğurlayıb

Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Qərbi Azərbaycan Əyalətinin Qərəzyaləddin məntəqəsində yerləşən Babilabad kəndinin dehyarı (kəndxuda) PKK terror qruplaşmasının İran qolu adlanan “Pejak” terrorçuları tərəfindən oğurlanıb.

Terrorçuların oğurladığı dehyarın adının Məsud Əminipur olduğu bildirilir.

Kürd terror qruplaşmaları onların icazəsi olmadan hökumət işində işləyən və dövlət orqanları ilə əməkdaşlıq edən kürdləri xain adlandıraraq onlara müxtəlif formalarda təzyiq edirlər.

İran rəsmiləri hələlik yayılan xəbərlə bağlı heç bir açıqlama verməyib.

Son aylarda kürd terror qruplaşmaları Azərbaycanın qərb bölgəsində terror aktları törədərək bir neçə soydaşımızın ölümünə səbəb olub. İran rejimi isə həmin terrorçuları əhaliyə tanıtdırma yerinə onları “silahlı quldurlar” adlandırır. Rejimi kontroldan çıxmamaq şərti ilə qruplaşmaların bölgənin kürdləşdirilməsi uğrunda apardıqları fəaliyyətlərinə göz yumur, bununla da Qərbi Azərbaycan Əyalətində planlaşdırdığı demoqrafik tərkibin dəyişdirilməsinə şərait yaradır.

İyulun 18-də Xoy şəhərinin Qotur məntəqəsində yerləşən Kəfçerin kəndində Əjdər Qurbani adlı bir kürd, ailəsi ilə birlikdə “Pejak” terrorçularının hücumuna məruz qalıb. 4 nəfərdən ibarət olan terrorçu qrup adını çəkdiyimiz kənd sakininin evinə hücum edərək onun ailə üzvləri, xüsusi ilə də həyat yoldaşını şiddətlə döyüb, bir miqdar nağd pul və qızıl boyunbağı götürdükdən sonra evi tərk ediblər.

Terrorçular törətdiyi cinayəti Əjdər Qurbaninin qruplaşma ilə əməkdaşlıq etmədiyi və onlara maddi yardım göstərmədiyi ilə izah ediblər.

Həmçinin İyunun 25-i yerli vaxtla gecə saat 2 radələrində Qərbi Azərbaycan Əyalətinin Poldəşt məntəqəsində yerləşən Zəkirli kəndində 8 “Pejak” terrorçusu Mustafa Firdosi adlı bir sərhədçinin evinə hücum edib, onu həyat yoldaşı və qızının gözü qarşısında gülləliyərək qətlə yetiriblər.

Kürd terror qruplaşmaları ilə hökumət qüvvələri arasında müxtəlif səbəblərə görə vaxtaşırı silahlı atışmalar olur.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!