Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 8-01-2016, 16:49
Qərbi Azərbaycan hadisələri ilə bağlı Bəyanat yayılıb


GünAz TV xəbər verir ki, Bir qrup Azərbaycan Milli Hərəkat fəalı bölgə və Qərbi Azərbaycan hadisələri ilə bağlı Bəyanat yayıb.

Xəbərdarlıq xarakteri daşıyan Bəyanatın bir hissəsində Güney Azərbaycanın qərb bölgəsinə kürd terror qruplaşmalarının göz tikməsi, mühacir kürdlərin terrorçu qruplar tərəfindən dəstəklənməsi, Qərbi Azərbaycanda demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri, İraqın şimalı və Kandil dağında terrorçu qrupların Tehran və Moskvanın dəstəyi ilə regionu təhdid etməsi, PKK və PYD terror qruplaşmalarının Türkiyə, Suriya və İraqda qardaş türklərin qanını tökməsi və s. kimi mövzular barədə məlumat verilib və İran mərkəzi dövlətinin dəstəyi ilə kürd terror qruplarının Qərbi Azərbaycanda aktivləşməsindən xüsusi nigaranlıq bildirilib.

Urmiyə, Sulduz, Salmas, Xoy və Makı şəhərinin fəalları PKK və PYD-nin Türkiyə və Suriyada etdikləri cinayətləri məhkum edərək terror qruplaşması əlaltılarının Urmiyənin mərkəzində Baqir Nimr əl-Nimrin edamı bəhanəsi ilə silahlı aksiya keçirmələri barədə xəbərdarlıq edib və dövlət rəsmilərini belə bir aksiyanın keçirilməsi ilə bağlı cavabdehlik daşıdığını bildiriblər.

Bəyanatda ötən əsrin əvvəllərində Azərbaycan türklərinin kütləvi qətliamına fərman verən talançı İsmail Simitqonun nəvəsinin parlament seçkilərinə namzədliyi məsələsinə də kəskin reaksiya verilib. Bildirilib ki, “Arman Simitqonun soyadı azərbaycanlıların qətliamı ilə eyni məna daşıyır. Narkotik qaçaqmalçısının seçkilərə namzədliyini irəli sürməsi və onun islahatçılar tərəfindən dəstəklənməsi gizli bir projedən xəbər verir və biz bu addımı Tehranla Moskvanın planı kimi qiymətləndiririk.”

Bəyanatın davamında qeyd olunub ki, “biz Azərbaycan türk milləti, xüsusi ilə də Qərbi Azərbaycan şəhərlərinin əhalisi bu projeyə qarşı var gücümuzlə mübarizə aparıb və öz etirazımızı ən kəskin şəkildə bildirəcəyik. Rəsmi dövlət orqanlarında işləyən qardaşlarımızdan da PKK və PYD-nin Türkiyə, İraq və Suriyada etdiklərindən dərs almalarını və bu etirazlara qoşulmalarını istəyirik. Biz İsmail Simitqonun cinayətlərini xatırlatmaqla rəsmi orqanlarda işləyən qardaşlarımıza bildiririk ki, tarixi torpaqlarımızın yumşaq şəkildə işğal edilməsi planına qarşı çıxıb və bu mübarizədə doğma millətlərinin yanında olsunlar.”

Bəyanatın sonunda Qərbi Azərbaycanda rejimin bəzi əlaltılarına da ciddi mesaj verilib: “Biz Qərbi Azərbaycan və Urmiyə şəhərində sözdə islahatçı olan Abbas Xurşidi, Doktor Feyzi və Mirzayi kimi şəxslərə Tehranın siyasi cərəyanları və terror yandaşı mafiya qruplarının dəyirmanına su tökməkdən uzaq olmaları barədə xəbərdarlıq edirik. Ona görə ki, Azərbaycan türk millətinin onlara qarşı cavabı çox sərt olacaq.”


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!