Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 13-03-2014, 18:46

 

 

 Ölkə başçısı Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planında sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması ilə bağlı sərəncam imzalayıb. Bu, prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi bağlı tədbirlər planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Tələbələr və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsinin keçirilməsi, sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi, elmi tədqiqat işləri nəticələrinin təsdiqi və kommersiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində sənaye və texniki sahələr üzrə tədris aparan elmi-pedaqoji və mühəndis-pedaqoji kadrların xaricdə ixtisasartırma kurslarında iştirakının təşkili ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulub. 

Tədbirlər planında Gəncə və Mingəçevirdə sənaye parkı yaradılması, “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin təqdim olunması və Azərbaycanda sənayenin inkişafı mövzusunda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulub.

 

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!