İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 5-08-2014, 17:29

 

 

"Cəbhə xəttində Ermənistan qoşunları tərəfindən bu cür zorakılıq halları daimi xarakter daşıyır və çoxlu sayda itkilərə səbəb olur". Bunu ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Azay Quliyev Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribatlarla bağlı ATƏT PA Prezidentinə və onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suaresə ünvanladığı müraciətdə bildirib.

Müraciətdə ermənilər tərəfindən törədilən son təxribatlar zamanı 13 Azərbaycan hərbçisinin həlak olduğu və onlarla hərbçinin və dinc vətəndaşın yaralanması Joao Suaresin diqqətinə çatdırılır.

Müraciətdə o da qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini hər gün pozması səbəbindən, cəbhə xəttinə yaxın kəndlərdə yaşayan dinc sakinlər daim öz həyatlarını itirmək təhlükəsi və qorxusu ilə yaşayır. Bu səbəbdən, kəndlərdə yaşayan insanlar gündəlik fəaliyyətləri ilə məşğul ola bilmirlər.

Müraciətdə onların diqqətinə çatdırılır ki, Ermənistan qüvvələrinin bu cür destruktiv əməlləri Helsinki Yekun Aktının bütün prinsiplərinə, həmçinin "münaqişə zonasının həllində gücün tətbiq edilməməsi prinsip"inə tamamilə ziddir. Ermənistanın bu cür davranışı regionda onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirir və əgər Ermənistan bu aqressiv davranışını davam etdirərsə, bütün danışıqların dalana dirənməsinə səbəb olacaq: "Mən ATƏT PA-nı Ermənistanın bu cür davranışlarını pisləməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs rejiminə əməl etməsinə məcbur etməyə çağırıram".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan SQ postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.(Trend)

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!