Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 11-11-2014, 10:43

 

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığıyla “Bayraq Günü” ilə əlaqədar Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı adlanan ərazidə itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə önündə anım mərasimi keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, itkin düşmüş şəxslərin ailə üzvləri, QHT və KİV nümayəndələri iştirak edib. İlk olaraq Azərbaycanın milli himni səsləndirildikdən sonra tədbiri açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının

(AVCİYA) vitse – prezidenti Vəli əlibəyov gələn qonaqları salamlayaraq, “Bayraq Günü”nün əhəmiyyətindən danışdı. Sözü davam etdirən “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” sədri Şahin Camalov “Bayraq Günü”nün ölkəmiz və vətəndaşlarımız üçün daşıdığı önəmdən bəhs edərək dövlətimizin vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş, şəhid olmuş, əsir və itkin düşmüş şəxslərin xatirəsini daima əziz tutduğunu və onların ailələrini daima diqqətdə saxladığını vurğulayıb. Daha sonra çıxış üçün ardıcıl olaraq qonaqlara söz verilib. Tədbirdə iştirak edən qonaqlar belə bir tədbir təşkil etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib. Həmçinin tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinə təşkilatçılar tərəfindən ərzaq və “AZ-GRANATA” MMC- nin təqdim etdiyi meyvə şirələrindən ibarət sovqat paylanılıb.

Onu da qeyd edək ki, sözügedən abidənin ucaldılması “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili cənab Elxan Süleymanovun birgə fəaliyyəti nəticəsində 24 yanvar 2014-cü il tarixində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilmişdir.

 

 

Rəqsanə İntiqamqızı



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!