Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 24-06-2015, 17:59
DAİM ZİRVƏLƏRDƏ , AZƏRBAYCAN !

Yaqut Aslanova

"Bir kərə yüksələn bayraq bir daha enməz"- Məhəmməd Əmin Rəsulzadənin istiqlal şüarı idi. 1918-ci ildən bu hər bir Azərbaycan vətəndaşının istiqlal şüarı oldu. Doğrudur artıq 97 il keçib. Azadlığa, müstəqilliyə, zəfərə gedən yolumuzda enişdə oldu, yoxuşda oldu. Amma odlar yurdunun övladları geri çəkilmədi əksinə güc toplayaraq daha böyük zirvələri məqsəd seçdi. Bu məqsədlərdən biri də İlk Avropa Oyunları idi. Birinci Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012 -ci ildə Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılıb, növbəti oyunlar isə 2019 -cu ildə baş tutacaq. Baş Assambleyada keçirilən səsvermədə 48 səsdən 38 səs İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etdi. Bakı 2015 Avropa Oyunlarının rəsmi loqosu 16 iyun 2014 -cü il tarixində müəyyən olundu. Adəm Yunisovun tərtib etdiyi loqo Alov, Su, Simurq quşu, Xalı və Nar da daxil olmaqla, bu beş element ev sahibi ölkənin qədim və müasir tarix və mədəniyyətini özündə birləşdirirdi bu beş element. Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının rəsmi simvolu elan edildi. Bu simvollar Bakı 2015- in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada Avropa Oyunlarının simvoluna çevriləcək. Ceyran Azərbaycanın zəngin irsinin, qədim tarixinin, dəyərli mədəniyyətinin elçisi olacaq. Nar isə Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir. Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş 6 müvəqqəti idman obyekti də yaradılmışdır. İdman obyektlərindən beşi-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdman Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionu. Bakıda keçirilən Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə qurulmuşdur. Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdı. Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş içraçı direktoru Gənclər və İdman Naziri cənab Azad Rəhimov, baş əməliyyat direktoru cənab Saymon Kleqdir. Bakı Avropa Oyunlarına 12,000 könüllü cəlb olunub. 14 yanvar 2015 -ci ildə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İlk Avropa Oyunlarında könüllüləri "Alov Qoruyanlar" kimi elan edib. Bu ad oyunların ruhunun təbliğində və uğurlu keçirilməsində könüllülərin əsas rol oynadığını əks etdirir. Könüllülər idmançılara və rəsmi şəxslərə kömək edir, tamaşaçılara və media nümayəndələrinə dəstək göstərir. "Alov Qoruyanlar" idman yarışlarına göstərdiyi xidmət əvəzində pulsuz nəqliyyat xidməti, uniforma, qida və Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olan Nar Mobile tərəfindən verilən Sim kartdan yararlanırlar. Bax bu tədbirdə də Odlar Yurdunun övladları bir daha əsl vətənpərvərliklərini sübut etdilər. Bilirəmki Oyunlarda əziyyət çəkən hər bir könüllü heç bir qarşılıq, mənfəət güdmədən öz işlərini icra edirlər. Könüllülər əməklərinə qarşılıq idmançılarımızdan qızıl medal, böyük zəfərlər gözləyir. Bunun üçün də həm işlərini icra edirlər, həm də idmançılarımıza dəstək olurlar. Bax budur Azərbaycan övladlarının həmrəyliyi. Biz birik, həmrəyik bunu indi bütün dünya görür.
Biz 31 dekabr tarixini bayram olsun deyə qeyd etmirik. Hər il qeyd etdiyimiz bu həmrəyliyi bu gün Avropa Oyunlarında göstəririk. Təkcə könüllülər deyil, xalqımız da həmrəy olub bu müddətdə bir-birinə və ən əsası da MÜSTƏQİL AZƏRBAYCANA dəstək olurlar. Azərbaycan tarixinə daha bir günü yazdı 12 iyun 2015 -ci il. Həmin gün təkcə Azərbaycan deyil bütün dünya Bakını izləyirdi. Açılış mərasimini Bakı Olimpiya Stadionunda 68000 insan izlədi. Mərasim xoreoqraf Dimitris Papaioannounun ideya rəhbərliyi ilə keçirildi. Açılış mərasimində Azərbaycan mədəniyyətinin, tarixinin, musiqisinin, irsinin, ədəbiyyatının inciləri birləşərək yeni bir əsər yaratdı. O əsər ki, hələ uzun müddət bütün dünya ondan danışacaq, ondan yazacaq. Avropa oyunlarının açılış mərasimi Azərbaycanı dünyaya bir daha nümayiş etdirmək üçün möhtəşəm imkan idi. 12 iyunda hər kəs Bakını izləyirdi. Tədbir maraqlı məqamları və sürprizləri ilə yaddaşlara yazıldı. Dəyərli sənətkarımız Alim Qasımovun ifa etdiyi muğamın səsi Olimpiya Stadionuna yayıldı . Ritmik nağara sədaları altında 24-dən sıfıra geriyə sayım başladı. Rəqəmin 24 seçilməsi isə təsadüfi deyildi. Bu Azərbaycanın müstəqilliyinin 24 illiyini əks etdirirdi. Rəqqasələr ətəkləri ilə səhnənin əsas hissəsini örtürdü. Onların ətəkləri Azərbaycan xalılarındakı həndəsi fiqurlar və dekorativ naxışlarla işlənmişdir. Rəqqasələr ətəkləri ilə sonda Azərbaycan bayrağının obrazını yaratdılar. Simfonik orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirildi. Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini Mərasim İştirakçıları salamladılar. Bakı Olimpiya Stadionundakı elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. İki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev və Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev Avropa Oyunlarının məşəlini stadiona gətirdi. Nizami Gəncəvinin tutduğu tərəziyə hər kəsin diqqəti yönəldi. Tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru vardı. Leyli və Məcnun rəmzləri olan kişi və qadın dövrə vura -vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirdilər. Sonra stadionun mərkəzinə doğru uçan bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan böyük nar gəldi. Nar bölündü və içindən qırmızı rəngli yüzlərlə şar uçmağa başladı. O an Olimpiya Stadionunda heç vaxt yaddan çıxmayacaq xüsusi və füsunkar görünüş canlandı. Möhtəşəm idi. Ardınca isə ilk olaraq Yunanıstan idmançıları səhnəyə gəldilər. İdmançıların keçidini əlifba sırası ilə digər ölkələr davam etdirdi. Bu ardıcıllığı ev sahibi Azərbaycan idmançıları tamamladılar. Azərbaycan Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunur. Açılış mərasiminin sürprizlərindən biri də müğənni Ledi Qaqanın piano arxasındaki ifası idi . İrəliləyən dəqiqələrdə stadiona Avropa olimpiya Komitəsinin bayrağı gətirildi. Stadionda iri ağ buğa və qız göründü. Bakı səmasında ulduzlar parlayır. Bu Avropanın gecə görüntüsü idi ki, Bakıda canlandırıldı. Daha sonra İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi.
çıxış etdi. Patrik Hikki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi “Bakı-2015” ilk Avropa Oyunlarını açıq elan etməyə dəvət etdi. Odun, suyun, Qobustanın qayaüstü təsvirlərinin rəmzi olaraq Olimpiya Stadionunda canlandarılması həmən günü daha da əfsanəvi edirdi. Azərbaycan xalq mahnısı “Sarı gəlin”in səsləndirilməsi də rəmzi məna daşıyırdı. Həmin gün Azərbaycan tarix kitabına daha bir səhifə əlavə etdi. Səhnədə canlandırılan hər bir təsvir Azərbaycanındır. Bunu biz bilirik, siz də bilin. Qoy hər kəs bütün dünya bizim musiqilərimizi eşitsin, rəqslərimizi görsün, tariximizi bilsin, bizi tanısın. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın təkcə adını deyil, yerini, insanlarını, tarixini, mədəniyyətini, musiqisini, gücünü görmüş oldular. Ölkəmizə gələn kiçikdən böyüyə hər kəsə qayğı, diqqət, hörmət var. Avropa oyunlarının həm idmançıları həm azərkəşləri üçün Bakıda hər cür şərait yaradılıb. Hər şey müasir standartlara cavab verir. Bakıya baxan birdə baxmaq istəyir. Şəhərin gözəlliyi və özəlliyi hər kəsi valeh edir. Məhz bu gün Azərbaycanın əsl gücünü ,hünərini hər kəs gördü. Avropa oyunlarının keçirilməsi böyük tarixi hadisədir. İlk dəfədir ki, Avropa Oyunları keçirildi. İlk oyunların Bkıda keçirilməsi Azərbaycanın tarixində uğurlu səhifədir. İlk oyunlara ev sahibliyi edəcək Azərbaycanın uğuru və xüsusi rolu Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 1997-ci il tarixində Milli Olimpiya Komitəsinin prezidenti kimi seçilməsindən sonra düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan dünya və Avropa səviyyələrində çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilib. Burada 2012-ci ildə keçirilmiş Avropa Ağır Atletika Ustaları Çempionatı, Avroviziya Mahnı Müsabiqəsi və FİFA-nın 17 yaşlı Qızlar arasında Dünya Kuboku kimi mühüm silsilə tədbirləri qeyd etmək olar. 2013-cü ildə ölkə, həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və F2 Bakı Qran Pri tədbirlərini qəbul etmişdir. Gələn illərdə Azərbaycan bir sıra yüksək səviyyəli çempionat və yarışları, o cümlədən 2015-ci il üzrə Dünya Kuboku, Beynəlxalq Şahmat Olimpiadası 2016 keçirməyi planlaşdırır. Bununla belə, ən vacib fakt ondan ibarətdir ki, Bakıya 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ verilmişdir. Bakı IV İslam Həmrəyliyi Oyunlarını (2017) qəbul etmək üçün namizədliyini irəli sürüb. Bunlar ilk Avropa Oyunlarını ən yüksək təşkilati səviyyədə keçirmək üçün güclü zəmin yaradır. Bizim bərpa olunmuş müstəqilliyimizin yaşı 24 ildir, amma biz bu 24 ildə çox böyük uğurlara imza atdıq. Azərbaycanın bu 24 ildə iqtisadiyyatı da, mədəniyyəti də, incəsənəti də, musiqisi də, mədəni dəyərləri də, tarixi də inkişaf etdi. Azərbaycan bir ölkə kimi hər tərəfli inkişaf etdi. Azərbaycan daha zirvələrə ucalmaq üçün tərəqqi yolu ilə irəlilədi. Azərbaycan bu gün zirvədədir, sabah da zirvədə olacaq. Çünki Azərbaycana daim zirvələrdə olmaq yaraşır. Sənin uğurlarına da övladların sevinər və daim səninlə fəxr edər, Azərbaycan. Həmişə qürurla yalnız bu cümləni söyləyərək qürur duyuruq ki, biz Azərbaycanlıyıq.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!