TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 24-07-2017, 18:14
Sabir Rüstəmxanlının ev alan və almayan  jurnalistlərə sözü

Sabir Rütsəmxanlı
Xalq şairi

Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi, 255 qələm və söz sahibinin mənzil alması və ya mənzil şəraitini yaxşılaşdırması, köhnə jurnalist kimi, məni ürəkdən sevindirdi. Qələm əhli üçün yazılarını öz evində, öz işığı altında yazmaqdan, ailəsini öz peşəsiylə qazandığı halal guşəsində sevindirməkdən böyük rahatlıq və xoşbəxtlik yoxdur. Bu gözəl duyğunu yaşayan, yeni mənzil alan bütün jurnalistləri, həmkarlarımı, dostlarımı ürəkdən təbrik edir, “eviniz xeyirli-uğurlu olsun, bu mənzillərdə oğul evləndirib, qız köçürəsiniz, gözəl əsərlər yazasınız!” deyirəm.
Bakıda olmasam da sosial mediadakı bəzi narazılıqları da izləyirdim. Təbii ki, ehtiyacı olub mənzil ala bilməyənlər də var, onların arasında bəzi mənzil alanlardan daha ağır durumda yaşayanlar da tapılar, (onlardan bir neçəsini mən də tanıyıram), ancaq bu, bütövlükdə belə böyük tarixi hadisəni qaralamağa haq vermir. Birdən-birə hamının ehtiyacını ödəmək çətindir. Lakin nəzərə alaq ki, bu binalar tikilməyə də bilərdi. Cünki dünyada belə təcrübələr azdır. Amma nə yaxşı ki, Azərbaycan prezidenti jurnalistlərin vəziyyətini vaxtında gördü, onların mənzil şəraitinin yaxşılaşdırılması işinə start verdi və ölkənin tanınmış qələm sahiblərinin böyük bir hissəsi bu sıxıntıdan qurtardı. Radikal və tarixi bir addım atıldı. Çünki başqa yolla bu məsələni həll etmək olmazdı. ” Sayt çox, jurnalist çox!” deyənlər də var. Anlaşılandı. Amma hər sayt işlədən jurnalist sayılmaz. Jurnalistika son dərəcə çətin, məsuliyyətli, şərəfli sənətdir, İstedad istəyir, bir ömrü qurban vermək gərəkir, yoxsa bekarçılıqdan internetdə qurdalanan hər kəsə jurnalist deyilməz. Bu mənada jurnalistika ilə məşğul olan peşəkarları hamı tanıyır, bu iki ev onların çoxunun ehtiyaclarını ödəyib, sağlıq olsun, üçüncü evlə bu problem əsasən həll olunar.
Mənzil siyahısında həyatımızın bütün sahələrində görmək istədiyimiz dəyərli cəhətlərdən biri iqtidar-müxalifət mətbuatı arasında ciddi fərq qoyulmaması, tərəfsiz jurnalistlərin də kənarda qalmamasıdır. Jalə Mütəllimova, Aynur Muradxanlı, Aida Eyvazova, Flora Sadıqova kimi qadın jurnalistlərin, Zahid Səfəroğlu, Elşad Paşasoy, Xalid Kazımlı, Aqil Ələsgər, Hüseynbala Səlimov, Aqil Aslan və başqa gənc həmkarlarımın hansı əziyyətlə yaşayıb işlədiklərini xatırlayanda bu işin əhəmiyyəti gözümdə daha da böyüyür.
Dünyasını dəyişən jurnalistlərin ailələrinin ( şair-rəssam dostumuz, mərhum Adil Mirseyid, Mahir Nəbili və başqaları); eləcə də ,bu sahədə böyük zəhmətləri olan, hamımızın yaxşı tanıdığımız yaşlı jurnalıstlərin unudulmaması siyahının diqqətlə hazırlandığını göstərir.
Nəhayət, mətbuatda çalışan şair və yazarların adlarını mənzil siyahısında görəndə sanki özüm də sıxıntıdan, əziyyətdən qurtardım. İntiqam Mehtizadə. İlqar Əlfi, Qafar Çaxmaqlı, Tahir Talıblı, Səfər Alışarlı, Kənan Hacı, Qulu Ağsəs, Telli Pənahqızı, Əsəd Cahangir, Bəxtiyar Qaraca, Fəxri Uğurlu, Bəsti Əlibəyli, Aydın Xan, Sərvaz Hüseynoğlu, Fərid Hüseyn, Əbülfət Mədətoğlu kimi , həm də ciddi ədəbi xidmətləri olan adamlarin hər biri üçün gərək çoxdan mənzil problemi həll edilmiş olaydı. OnlarIn hər biri eyni haqla Yazarlar Birliyindən də mənzil gözləyə bilərdilər. Nə yaxşı ki bu yolla YB-nin də yükü yüngülləşdi.
Yaşadığımız mənziləri (şəxsi evlər istisna) dövlət verib, ancaq hədiyyə kimi yox, dövlətin qanunlarla tənzimlənən borcu kimi. niyə başqa vətəndaş mənzil alanda bu normal qəbul edildiyi halda jurnalistin mənzili hədiyyə sayilmalıdır. Mənzil heç bir qələm sahibinin boynuna özəl bir minnət, iqtidarın sözçüsü olmaq borcu qoymur. Prezidentin çıxışında da söhbət yalnız həqiqətdən, obyektivlikdən getdi. Yoxlanmamış məlumatı mətbuata çıxarmamaq, tənqidin əndazəsini bilmək, dövlətin və millətin mənafeyini yüksək tutmaq, xarici təsirə uymamaq,milli əxlaqa sayqı, onsuz da, jurnalistikanın əlifbasıdır və hər bir jurnalistin, hətta evsizlikdən əziyyət çəkənin də peşə borcudur.
Məncə, mətbuatın ölkənin taleyində oynadığı rol barədə ölkə başçısının sözləri bu gün həbsdə olan gənc jurnalistlərin taleyinə də təsirsiz qalmaz, yurnalistlərin işiylə məşğul olan hüquq-mühafizə, məhkəmə sistemi əməkdaşlarına da bir dərs olar.
Nəhayət, arzu edərdik ki, bu təcrübə davam etdirilsin. Bir neçə buna bənzər evlə Milli Elmlər Akademiyasının, yaradıcı təşkilatların da mənzil problemini həll etmək olar.
23.07.2017


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!