Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 20-11-2014, 15:41

 

Yorğun ruhun çarəsi… 

Aytən Nazimqızı  

Qələmimi yorğunluq mövzusunda da sınamaq istədim. Məncə buna ehtiyac var. “Yorğun hiss edirəm” deyirik tez-tez. Görəsən bu zaman hansı yorğunluğu nəzərdə tutub işlədirik bu cümləni? Axı yorğunluq müxtəlif olur, fiziki, zehni, ruhi… Bir çoxumuz o cümləni işlədən zaman ətrafımızdakılar qəribə reaksiya verirlər bizə. Mən ətrafımızda olan insanları qınamıram, hətta haqlı sayıram. Çünki bir çox hadisələrin şahidi olmağım məni belə düşünmək qənaətinə gətirdi. 

Ruh yorğunluğu haqqında danışmaq istəyirəm. Çünki digər yorğunluqlar hamısı ötəri bir şeydir. Bəli, bəli düz oxudunuz. Digərləri ötəridir. Fiziki yorğunluq oturduğunuz zaman, zehni yorğunluq isə zehni işinizi dayandırıb fasilə etdiyiniz zaman keçəcək. Amma ruhi yorğunluq isə belə deyil. Ruhi yorğunluq getdikcə adət halını almış xroniki yorğunluğa çevrilir. Bu isə daha təhlükəlidir. Çünki xroniki yorğunluq daha ciddi xəstəliklərə gətirib çıxarır:xərçəng, qanazlığı, ürək xəstəlikləri və s…
            Əvvəlcə bir məsələyə toxunmaq istərdim. Ruhi yorğunluğu özümüzdə yaradan da elə biz özümüzük. Başqalarını günahlandırmaq lazım deyil, o başqalarına da bu şəraiti özümüz yaratmışıq. Babamın işlətdiyi bir cümlə yerinə düşər: “insan özü özünün həkimi olmağı bacarmalıdır”. Dərinliyə vardıqca bir çoxlarına örnək ola biləcək bir cümlədir. Cismimizi yaşadan ruhumuzdur. Ruhumuzu qorumaq lazımdır. Çünki ruhumuzda yaranan yorğunluq bizi bataqlığa sürükləyəcək, tənbəlləşdirəcək, hər şeydən məhrum edəcək, uğurlarımıza mane olacaq, sonda isə depressiyaya və ya digər xəstəliklərə düçar edəcək. Buna görə də ruhumuzu qoruyaq, hər xırda şeyləri (keçmişi, gələcəyi) düşünüb üzülməyi, mənasız mübahisələri, mənasız düşüncələri, başqalarının həyatını, uğursuzluqlarımızı,bir sözlə,  ruhumuzu yoran hər şeyi buraxaq. Bəli, ruhumuzu yoran hər şeydən uzaq duraq… Biz istəsək bacararıq,  əlbəttə bacararıq. Olanla, ölənə çarə yoxdur. Çox düşünməyiniz isə yalnız ruhunuzu yoracaq, hər şey olduğu kimi davam edəcək. Həyat davam edəcək, öz axarında, yaxşı və ya pis, amma davam edəcək… Bir daha deyirəm, mənasız olan hər şeyə son qoyub ruhumuzu qoruyaq…

            Bu yazını yazmağımla ən böyük köməyi özümə etmiş oldum. Həqiqətən birinin bunları mənə deməsi lazım idi. Özüm özümün həkimi olub bunları yazdım, özümə kömək etməklə kifayətlənmək istəməyərək sizinlə paylaşdım. Ümidvaram ki, siz də özünüzün həkimi olmağı bacararsınız. Bu qədər…

 

 



Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!