TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 8-01-2016, 12:56
Gülşən Tanrıdaş;  Səfəvilər qorxusu....

Gülşən Tanrıdaş


Çağdaş dövrümüzün əski Səfəvilər qorxusu – yatan “Qızılbaşlıq”


Müstəqilliyimizi qazandığımız, tarixi irsimizə, milli dəyərlərimizə sahib çıxmağa qeyrət etdiyimiz dövrdən başlayaraq tariximizin ayrı- ayrı çağlarına, dövlətçilik tariximizə və millətimizin görkəmli şəxsiyyətlərinə qarşı sistemli şəkildə qarayaxma təbliğatı və gözdənsalma cəhdləri ilə müşayət olunan bir propaqandanın şahidiyik.
Və nədənsə bu əks təbliğat kompaniyasında hədəfə götürülən əsas dövr Səfəvilər dövrü, əsas dövlət Səfəvilər dövləti və əsas milli kimlik isə Səfəvilər deyərkən hər kəsin göz önünə gətirdiyi Şah İsmayıl Xətai şəxsiyyətidir. Zaman – zaman bu haqda müxtəlif fikirlər səsləndirilib, polemikalar təşkil olunub, əks təbliğat maşını tutarlı dəlillərlə bir çox təəssübkeş ziyalılarımız tərəfindən susdurulub. Ancaq, təəssüf ki, bu kompaniyalarla Azərbaycan gəncliyinin, milli ictimaiyyətinin beynində yaradılan viruslar müəyyən izlər qoyub və qoymaqda davam edir.
Mənim düşüncəmə görə bu viruslardan və şübhələrdən qurtulmağın bir yolu var. Heç bir hissə qapılmadan, soyuqqanlıqla hər kəs özünə sual versin ki, son illər nədən məhz tariximizin bu dövrü hədəflənib? O zaman, son illərdə Azərbaycana məqsədli şəkildə axın etdirilən bir neçə yad ideologiya ilə bu əks təbliğat kompaniyasının bir –birilə nə dərəcədə əlaqəli olduğunu dərk etmək o qədər də çətin olmayacaq.
Maraqlısı budur ki, Azərbaycanın türkçü gəncliyinə, millətçi kəsiminə Səfəviləri farslaşmış zehniyyətli , devşirmiş bir Azərbaycan dövləti olaraq təqdim edib onlarda öz tarixlərinə etimadsızlıq yaradaraq özgüvənsizlik aşılayanlar, əgər obyektiv və qərəzsizdirlərsə, nədən həmişə Səfəvilərə qarşı arqument gətirdikləri , digər qüdrətli türk dövləti sayılan Osmanlının yobazlaşmaqda pik həddə çatmış hökmdarlarını da bu tənqidlərinin və yanaşmalarının obyektində götürmürlər.
Əgər, söhbət tarixi türk kimliyini və Türkçülüyü , türk xəttini, türk ruhunu savunmaqdan gedirsə o zaman, eyni tənqidlər Osmanlı dövləti üçün də edilməli, hər iki türk xanədanında buraxılan səhvlərin və ya xəyanət adlandırıla biləcək addımların arxasında məlun və gizli bir qüvvənin dayandığı aşkarlanıb önə çəkilməlidir. Əgər yanaşma, əgər tənqid bu yöndə olarsa, biz bunu fikri , ideoloji bütünləşməyə xidmət edən müqəddəs bir yanaşma, müqəddəs bir tənqidi baxış adlandıra bilərik. Yox, əgər Azərbaycan tarixi dövlətçiliyinin gələcəyə uzanan onurğa sütunu adlandıra biləcəyimiz Səfəvilər dövləti gözdən düşürülüb, öz tarixi varislərinin etibarından salınırsa və buna qarşı türk ruhuna ayqırı olan yad məzmunlu fərqli bir ideoloji xəttə pərçimlənmiş digər türk dövlətinin şanı şişirdilib bütün dünya türklüyünə örnək göstərilirsə burda artıq bizim üçün ciddi siqnallar var.
Və sözsüz ki, bu gün də bu əks təbliğat və üz-üzə qoyma kompaniyasının arxasında vaxtilə hər iki qüdrətli türk dövlətinin bürokratiyası içinə sızıb ayrı- ayrı hökmdarları vasitəsilə, bu dövlətləri üzərində qurulduqları təməl ideoloji səmtdən yayındıran həmin görünməz qüvvənin barmaq izləri görünməkdədir. Lakin, burda diqqəti çəkən nüans ondan ibarətdir ki, Osmanlı dövlətinin Türkçülük istiqaməti baxımından tarixi mahiyyəti olduğundan qat-qat artıq şişirdilib, Türklüyə örnək şanlı bir dövlət imici yaradılarkən Səfəviləri tamamilə farslaşmış hətta, fars və qeyri- türk olan digər etniklərə aid sülalə və yaxud dövlət kimi təqdim edirlər. Bununla da, Azərbaycan dövlətçilik tarixində ən uzun dövrü əhatə etmiş bir sülaləni Azərbaycan türkündən uzaqda tutmaqla onun onsuzda , uzun illlər ərzində bəlli ideologiyaların zərərli təsirlərinin və təzyiqlərinin zərbəsindən zədələnmiş milli psixologiyasında sağalmayan yeni özgüvənsizlik travmalarının yaradılmasına cəhd edirlər. Bu işlərin arxasında görünənlərin kimlərdən təlimat aldıqlarını araşdırınca əsasını türkmən bəylərinin qoyduğu hər iki dövlətin həm tarixən mövcud olduqları dövrdə , həm də bu gün tarixi ideoloji müstəvidə üz- üzə qoyulmasının əsas səbəbini tapmaq üçün o qədər də baş sındırmağa ehtiyac qalmır. Əslində, bu tarixi qarşıdurmada ən öndə olan nə hökmdar eqosu, nə dövlət maraqları, nə də ki, akademik tarixşünaslığımızda göstərilmiş olan sonradan törəmiş digər səbəblərdir. Fikrimcə, burda əsas başlanğıc səbəb yarandığı vaxtdan iki əsr sonra bölünməyə məruz qalmış İslamın qəbulu prosesində fərqli qavrayış təzahürü göstərən türkmənlər arasında təməl olan ana xəttin sonradan parçalanması nəticəsində inanc - düşüncə sistemində yaranan fərqlilikdir ki, bu da Osmanlının ən ehtişamlı çağlarında onun qonşuluğunda yeni bir qüdrətli türkmən dövlətinin təşəkkülünə gətirib çıxardı. Təktanrıçı görüşlü, türk ruhu və ağlı ilə vücuda gələn müxtəlif türkmən təriqətlərinin Qızılbaşlıqda ümumiləşib, birləşib bir sistemə dönüşməsiylə ortaya çıxan Səfəvilər dövlətinin yaranması əslində Osmanlı dövlətini türk-türkmən ruhani düşüncə sistemindən aralı qoyub Əməvi teokratiyasının təsirinə salan məlum Osmanlı hökmdarlarına qarşı soydaş etirazından başqa bir şey deyildi. Təbii ki, türkmən ruhunda bir növ sifarişlə yaradılmış bu təzadın daha da dərinlənləşməsinə çalışan görünməz qüvvə sonradan müxtəlif tarixi təsir üsullarıyla , hələ daha əvvəllki çağlarda sınaqdan keçirdiyi taktikaları ilə bu təzadın münaqişə və müharibə vəziyyətinə qədər irəliləməsinə nail oldu. Bunun qırmızı cizgilərini Sultan Səlimin Şah İsmayıla qarşı münasibətlərində, diaoloqlarında aydın görə bilirik.

Burdan belə nəticəyə gələ bilərik ki, sonradan yarandığı təməl ideoloji düşüncəyə sadiq qalmayan, qala bilməyən, müəyyən mənada yobazlaşan bu iki türk dövlətindən Səfəvilərin varlığı türk düşmənləri üçün nisbətən daha qorxulu olmuşdur. Bunun tarixşünaslığımızda dilə gətirilmiş geo-siyasi, geo-iqtisadi səbəbləri varsa da , zənnimcə təməl səbəb Səfəvilərin əhatə etdiyi ərazilərin birbaşa türk genetik kodunun doğduğu Aslardan (As Ər , Azər) - Oğuzlara, Oğuzlardan -Türklüyə keçid alan prototürk coğrafiyasını tamamən qapsamış olmasıdır. Dünyanın həm qərbinə, həm şərqinə mədəniyyət daşımış türklərin ağıl və ruh kodunun bu coğrafiyada formalaşması artıq araşdırmaçıların müxtəlif sahələr üzrə sübut edib əsaslandırdığı tarixi həqiqət və qaçılmazlıqdır. Demək ki, Səfəvilər qorxusunun altında o dövr üçün də , bu dövr üçün də dəyərləndirilməyən mühüm bir səbəb - türk ağıl və ruh kodu üzərində Təktanrıçı türk ruhunu ucaldan, türk dinamizmini ayaqda saxlayan, onu dini cəhalət sxolastikasına qapılmaqdan qoruyub həmişə çağdaş saxlayan , doğadan ayrılmaz yerli ilahi türkmən düşüncəsi dayanır. Səfəvilərin tarix səhnəsinə çıxdığı dönəmdə bunu Qızılbaşlıq ifadə edirdi. Bəs görəsən Osmanlını semit düşüncəsinin girdabına salanlar Qızılbaşlıqdan niyə qorxurdular? Əlbəttə, qısa olaraq əvvəlki fikrimizin davamı kimi Qızılbaşlıq Tanrı əsgəri seçilmiş türkü-türkməni bu missiyasında bacarıqlı qılan və bu vəzifəni daima layiqilə icra etmək üçün onu özünü qeyb etməkdən qoruyan, bütün dinlərin ilahi əsaslarını birləşdirən əzəli Tək Tanrıçı sistemin davamı və Türkün haqq olan öz inancının təhrifə məruz qalmış İslam içində yenidən bərpası olduğuna görə, deyə bilərik. Bəs orta əsrlərdə təhrifsiz Təktanrıçı türk sisteminin məzhəb və inanc dağınıqlığına məruz qalan türk – müsəlman coğrafiyasında yenidən şaxələnməsi, yayılması nədən semit ruhunu qorxutdu sualının cavabını isə belə vermək mümkündür. Xalqların açıq yazılmamış , pərdələnmiş dini –siyasi tarixindən artıq bəllidir ki, itirdiyi məqamına qovuşmaq üçün əlində son iki əsrədək hiylədən başqa real bir gücü olmayan yəhudi xisləti tarixən qarşısında maneə bildiyi bütün qüvvələri hər hansı üsullarla parçalayıb bölməyə, zəif salmağa çalışmışdır . Onlar bu məqsədlə hər zaman ən təsirli silah kimi zehinsəl viruslar yayaraq vahid ilahi mənbəyə bağlı olan inanc sistemlərini din tüccarlığı ilə yobazlaşdırmağa və nəticədə hətta bir - birilə soydaş olan tayfalardan bir-birinə düşmən olan fərqli millətlər yaratmağa qədər eksprimentlər etməyə müvəffəq olmuşlar . Bunun örnəyini Oğuzxan dönəmindən tutmuş son orta əsrlərə qədər izləyə bilərik.

Demək ki, yarandığı ilahi özül üzərindən sapdırılıb məzhəb bölünmələrinə məruz qalan İslam içində əzəli hənif türk xəttinin - yəni Qızılbaşlığın dirçəlməsi onların planlarını yarımçıq qoya bilərdi. Çünki, orta əsrlərdə yenidən parlamağa başlamış, sağlam Təktanrıçı bir özülə malik olan Qızılbaşlıq nəinki, mərkəzi Azərbaycan olmaqla Dunaydan Çinədək geniş coğrafiyada yaşayan - başda Quran olmaqla səmavi sayılan digər kitablara və kultlara etiqad edən çoxlu sayda türk uluslarını eyni ruh, eyni mədəniiyyət, eyni qayə altında birləşdirici xətt ola bilərdi, həm də o dövrün qeyri –türk, qeyri-müsəlmanları ilə sağlam ortamı saxlayan geniş dünyagörüşlü münasibətlər sistemi yarada bilərdi ki, bu da tarixin gedişatında yəhudinin işinə yaramayan bir dönüş olardı. Demək ki, o dövr üçün Qızılbaşlıq öz – özlüyündə adı qoyulmayan Turani, türkçü bir hərakat olub ki, bu da tarixşünaslığımızda nəinki öz qavramı ilə dilə gətirilib, əksinə əks ideologiyaların marağı və diktəsi ilə tam fərqli, azdırılmış bir mahiyyətdə təqdim olunub, məzhəb biçiminə sığdırılaraq üstündən keçilib. Ümumiləşdirərək onu deyə bilərik ki, deməli Səfəvilər qorxusunun altında yatan əsas səbəb əski türk ruhunun onun Təktanrıçı əqidəsilə iç içə girmiş, üstləşmiş, yaşam fəlsəfəsinə dönüşmüş, gələnəksəlləşmiş, Oğuzlarla rövnəqlənmiş Qızılbaşlıq inancıdır. Yəni, Səfəviləri gözdən salmaqla bir növ həmin yatan səbəbi ortaya çıxara bilən düzgün istiqamətin, tədqiqat marağının, tədqiqat zərurətinin elə beşiyindəcə söndürülməsidir məqsəd...
Əlbəttə, bu daha geniş araşdırma tələb edən müstəqil bir mövzunun obyektidir, qismət olsa , bu haqda gələcək yazılarımızda geniş dayanıb aydınlıq yaratmağa çalışacağıq. Lakin, Səfəvi -Osmanlı münasibətlərində, eləcə də hər iki dövlətin ayrı- ayrı daxili mövcudluq şəraitində bu hiylənin fəsadları daha ağır yüklü olduğuna və türk- türkmən ruhunda sağalmayan zədələr verdiyinə görə, həm Anadolu, həm Azərbaycan türkləri olaraq bu günə qədər həll edə bilmədiyimiz sorunların, sualların və bir çox ideoloji hücumların təkanverici səbəbi kimi bu zərbələr daima yenilənəcək, dırnaq arasında ifadə etsək, ruhumuzda iz salmış virusların həmişəyaşıl , həmişəyaşar olmasına xidmət edəcək.

Ağrıdıcı olan isə budur ki, yalnız gənclərimiz , sıravi soydaşlarımız deyil, hətta özünü kifayət qədər bilikli, savadlı sayıb cild-cild kitab yazan müəlliflərimiz, ziyalılıarımız da bu virusun şübhə zədəsi qarşılığında zəif müdafiə instinktinə malikdirlər.Təbii ki, bunun da geniş nədənləri var. Əsas səbəblərindən biri tariximizin bu günə qədər başqaları tərəfindən yazılması , tarixşünaslığımızın bizə zidd , düşmən olan ideoloji müstəvilərdə biçimləndirlib şəkilləndirilməsi, yad ağızlardan gələn saçma- sapan avazların uzun illər ərzində türk insanına, Azərbaycan aydınına həqiqət kimi sırışdırılması , son ikiyüzildə hər sahədə olduğu kimi elmimizin də əsarətdə qalıb ixtisaslaşmamasıdırsa , digər mühüm səbəb isə bütün bunların nəticəsi olaraq Azərbaycan türkünün və ümümən Türklüyün öz ağıl kodundan, öz yerli ruhidüşüncəsindən aralı düşməsidir.
Anadolu və Azərbaycan türkü olaraq çıxış yolumuz isə bu gün inancımıza və mentallığımıza aid kimi görünən bütün elementləri təhlil və təfsir edərək hansının gerçək türk- türkmən ruhuna doğma, hansının yad olduğunu aşkar edib doğmalara sarılmağı, yadları kənarlaşdırmağı tərcih etmək olacaq. Bax, bu baş verərsə, təmin edilərsə o zaman dərindən nəfəs alıb Şeytanın 500 illik qələbəsindən sonra inancda və yolda bütünləşmiş ruhumuzla dünyaya nəhayət ki, yenidən Tanrı qələbəsi gətirə biləcəyimizdən əmin ola bilərik. Oğuzxan babamız kimi ...


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!