Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                        İranda etirazçılar geri çəkilmirlər .....                       
Tarix : 2-10-2015, 15:55
Leyla Əliyevanın əl işi hərraca çıxarıldı - Foto


Londonda məşhur rəssam və dizaynerlər tərəfindən göy qurşağının bütün rəngləri ilə çəkilmiş ikimetrlik DNT spiralları şəklində 21 heykəl xeyriyyə hərracında satışa çıxarılıb.

Butov.az buro247.az-a istinadən xəbər verir ki, heykəlləri onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı üçün "SomeOne" dizayner firması yaradıb. Heykəllərin tərtibatında Zaha Hadid, Tyerri Nuar və Edmund de Vaal kimi memar, dizayner və rəssamlar iştirak edib.

İctimai hərraclarda təqdim edilən heykəllərin sırasında Leyla Əliyevanın "Portağal ağacı" adlı işi də var. Onun yaradılmasına müəllifi mayesindən məşhur cemin hazırlandığı ispan portağal ağaclarının rəng qamması ilhamlandırıb. Leyla Əliyevanın sözlərinə görə, ağacın titrəyişi və onun narıncı barı hər və ümidi simvolizə edir. Hər yaz oyanan qədim ağac həyat davamlılığını və əbədi enerjini nümayiş edir.

Art-obyektlərin satışından əldə edilən gəlir Frants Krik İnstitutunun elmi araşdırmalar fonduna və onkoloji xəstəliklərlə mübarizə proqramına 100 milyon funtun tələb olunduğu Cancer Research Uk xeyriyyə mərkəzinə köçürüləcək.

Məşhur Zaha Hadid hərraca DNT spiralının qeyri-adi versiyasını - növbəti memarlıq layihəsinin hissəsi olmağa layiq olan tünd-göy spiral təqdim edib.

Xeyriyyə hərracının saytında ən bahalı işin müəllifi - ən tanınmış ingilis rəssam-keramikaçılarından biri, Britaniya imperiyasının kavaleri Edmund de Vaaldır. DNT spiralı yerinə rəssam ağ kövrək keramikadan ibarət installyasiya təqdim edir. Onun ilkin qiyməti 10 min funt sterlinqdir.


Leyla Əliyevanın əl işi hərraca çıxarıldı - Foto


Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!