İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 18-10-2015, 12:12
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib


Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov Gürcüstanda keçirilən VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.

Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün dünyada ən nüfuzlu festivallardan hesab olunur. Festival 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib

Festivalın əsas proqramlarından olan Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir. Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, Hollandiya, Almaniya, İtaliya, Litva, Latviya, Rusiya, BƏƏ, İran, Yunanıstan, Norveç, İspaniya, Bolqariya, Türkiyə, Belçika, Polşa, Oman, İsrail, Rumıniya, Çexiya, Estoniya, Kanada, ABŞ, Böyük Britaniya, Belarusiya, Əlcəzair, Norveç, Macarıstan və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri işirak edib.

Showcase-in proqramına Ş.Rustaveli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram Teatrının, A.Qriboyedov adına Rus Dram Teatrının, N.Dumbadze adına Dövlət Gənclər Teatrının, Royal District Teatrının (Kral məhəlləsi teatrı), İlia Dövlət Universitetinin “İluanu” teatrının, İ.Çavçavazde adına
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib

Batumi Dövlət Teatrının, Hərəkət Teatrının, S.Axmeteli adına Dövlət Dram Teatrının, “Dəmir” teatrının (The IRON THEATRE), Suxumi teatrının, Tel-Avi Teatrının, Kutaisi Teatrının, Poti Teatrının, Azadlıq Teatrının (LIBERTY THEATRE) tamaşaları daxil olub. Gürcü dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər – seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Sheakspeare of Our Time and My Country” (Bizim dövrün Şekspiri və mənim ölkəm) adlı elmi konfransda çıxış edən Elçin Cəfərovun “İnterpretation of Sheakspeare’s drama in Psychosopy theatre conception” (Şekspir dramaturgiyasının “Psixosof” teatr poetikasında yozumu) adlı məruzəsi çap olunub.

Dünyanın müxtəlif ölkələrindən festivala qatılmış teatr mütəxəsisləri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə edilib. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!