Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
Tarix : 1-12-2015, 11:01
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib



29 Noyabr 2015-ci il tarixində “Hansamo” Azərbaycan koreyasevərlər qrupu tərəfindən "Dream Trading MMC" şirkətinin dəstəyi ilə Bakıda “K-Pop Festival” keçirilib. Tədbirin təşkilatçılarının sözlərinə görə festivalın məqsədi Azərbaycandakı K-Pop ( Koreya pop musiqisi ) həvəskarlarını bir araya toplamaq və Azərbaycanda kpop musiqisini tanıtmaqdır.

K-pop qruplarının musiqi nümunələri və rəqsləri festival iştirakçılarının zövqünü oxşayıb. Olduqca maraqlı məqamlarla yadda qalan tədbirə 300-dən çox gənc qatılıb. İştirakçılar, həmçinin, xüsusi hazırlanmış stendlər vasitəsilə Koreya məhsulları ilə tanış olmaq imkanı qazanıblar.

“Hansamo” 2011-ci oktyabrda Facebook sosial şəbəkəsində “Koreyasevərlər” adı altında qrup kimi Leyla Şəmsi tərəfindən yaradılıb. “Hansamo” Koreya dilində “한국을 사랑하는사람들의 모임인” “Koreyanı sevən insanların birliyi” sözünün qısaldılamasıdır. Qrupun yaranma səbəbi Koreya mədəniyyəti, musiqisi və filmlərini sevən azərbaycanlıları bir araya toplamaq idi. İlk yarandığı vaxtlar qrupda cəmi 10-15 üzv olsa da, hazırda üzvlərin sayı 1300-dən artıqdır. Qrup üzvlərinin sayı artıqca Azərbaycanda Koreya mədəniyyətinə təbliğ etmək üçün müxtəlif tədbirlər keçirməyə başlandı.

“Hansamo”nun hazırki menecerləri Simuzər Əliyeva və Leyla Kərimovadır. S.Əliyevanın sözlərinə görə təşkilat artıq rəsmi təşkilat olma yolunda addımlayır və Azərbaycanda Koreya mədəniyyətinin, eyni zamanda Koreyada Azərbaycan mədəniyyətinin tanıdılmasında rol oynayır.

Hansamo üzvləri və Azərbaycanda Koreya mədəniyyəti ilə maraqlanan hər kəs üçün davamlı olaraq görüşlər, film günləri, partylər keçirmək və s. kimi müxtəlif aktivitələr edir. Film günlərində nümayiş olunan Koreya filmləri Hansamonun “Tərcümə qrupu” tərəfindən Azərbaycan dilində altyazı ilə tərcümə olunur. Bugünə qədər tərcümə olunan filmlər: “Rockin' on heaven's door” , “ Runway Cop” , “Fahsion king” , “Only you” və s.

2014-cü il İyulun 15-ində Dünyada Koreya fanlar arasında ilk dəfə Happy Hansamo- videosu məhz azərbaycanlı fanlar tərəfindən hazırlanmışdır. ( https://www.youtube.com/watch?v=3SUTffiMTtU)

"Dream Trading MMC" 2013-cü ilin fevral ayından fəaliyyət göstərir. Şirkətin fəaliyyət areasına Koreya, Azərbaycan və Gürcüstan daxildir. Şirkət Koreya və Azərbaycan şirkətləri üçün xidmətlər, məhsulların ixrac və idxalını həyata keçirir.

"Dream Trading MMC" həmçinin, Koreya və Azərbaycan arası ikitərəfli münasibətlərin inkişafı, işgüzar və mədəni əlaqələrin qurulması, mədəniyyətlərarası mübadilə istiqamətində işlər aparır.

Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Əliyevin sözlərinə görə şirkət ölkələr arası əlaqələrin inkişafı və tələbə/gənclər təşkilatlarının aktiv fəaliyyətlərini dəstəkləməkdədir.


Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib
Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!