“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 4-12-2015, 11:57

Xalq artisti, bəstəkar Dadaş Dadaşovun 80 illiyinə həsr edilmiş festival

Butov.az Medeniyyet.az-a istinadən xəbər verir ki, dekabrın 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Dadaş Dadaşovun 80 illiyinə həsr edilmiş musiqi festivalının açılışı keçirildi.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova bəstəkarı yubileyi münasibətilə təbrik etdi, ömür yolundan və yaradıcılığından söz açdı. Bildirdi ki, müxtəlif janrlarda bir-birindən dəyərli əsərlər yaradan bəstəkar 1954-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində tanınmış musiqiçi və pedaqoq Adil Gərayın tar sinfini bitirib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib.
Yaradıcılığa 60-cı illərdə başlayıb. 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsinin xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib. 2005-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Bəstəkarın ilk irihəcmli əsəri diplom işi kimi bəstələdiyi “Azərbaycan” simfonik poemasıdır. Bu əsərdə vətənə, millətə olan böyük sevgidən bəhs edilir. Əsərin 1965-ci ildə “Zaqafqaziya musiqi baharı” festivalında səslənməsi müəllifə böyük uğur gətirir, yaradıcılığında yeni bir cığır açır. Simfonik poemanın uğurdan ruhlanan musiqiçi digər janrlarda da özünü sınayır, maraqlı əsərləri bir-birinin ardınca konsert salonlarında səslənir. 1999-2006-cı illərdə Türkiyədə pedaqoji fəaliyyət göstərən bəstəkar 2006-cı ildən Milli Konservatoriyada dərs deyir.
Bəstəkar “Rənglər” vokal silsiləsi, “Qanun və piano üçün poema”, “Simli kvartet üçün poema” instrumental əsərlərin, xalq çalğı alətləri orkestri üçün “5 saylı süita”, Böyük Vətən müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə ithaf etdiyi “1 saylı simfoniya”, simli orkestr üçün “2 saylı simfoniya”, nəfəsli orkestr üçün “Zəfər marşı”, “Təyyarəçilər marşı” və s. musiqi əsərlərinin müəllifidir.
Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Festivalın ilk günü Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında sənətkarın fortepiano üçün prelüd, rənglər vokal silsiləsi və skertso (“Çinarənin sevinci”) əsərləri səsləndi.
Qeyd edək ki, sənətkarın 80 illiyinə həsr olunmuş festival konsertləri dekabrın 5-dək davam edəcək.



Vətənə sevgidən yaranan musiqi əsərləri
Vətənə sevgidən yaranan musiqi əsərləri


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!