“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 4-02-2016, 13:11
Emre Kınay Bakıda konsert verəcək


2016-cı il fevral ayının 14-də Türkiyənin teatr-kino aktyoru Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək. Konsertdə sənətçini Özgür Sevinçin dirijorluğu ilə “Sinema simfoni” müşayiət edəcək.

Emre Kınay 5 mart 1970-ci ildə İstanbulda sənətçi ailəsində anadan olmuşdur. Ata-anası teatrda işlədiyinə görə uşaq yaşlarından sənətin sehrinə düşmüşdür. Orta təhsilini İstanbulda alan Emre Kınay 1990-cı ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyasına daxil olur. İkinci kursda oxuyarkən, 1992-ci ildən müəllimi Zeliha Berksoy tərəfindən teatra dəvət edilir və orada çalışmağa başlayır. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Emre Kınay “İlan hekayəsi”, “İki ailə”, “Günəşi beklerken”, “Ah kalbim”, “Günəşin qızları” seriallarında baş rolları canlandırıb.
Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradır və elə həmin ildə dünyaya gələn qızına da Duru adını qoyur. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində “İlin ən yaxşı aktyoru” mükafatlarını qazanmışdır.
Emre Kınaya görə, sənət insanlığın yarandığı gündən başlayır və insanlıqla paralel şəkildə irəliləyir. Önəmli olan da sənətin insanlıqdan bəhs etməsidir. Bu səbəbdən də Konservatoriya məzunu olan Kınay təkcə filmlərdə, teleseriallarda, teatr səhnələrində yaratdığı obrazlarla kifayətlənmir, bir ifaçı kimi oxuduğu mahnılarla da tamaşaçıları heyran qoyur.

Könül oxşayan ifası ilə Türkiyədə olduqca çox sevilən və populyar olan aktyor Emre Kınay ölkəmizdə ilk konsertini verəcək. Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!