Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 7-02-2017, 18:17
Həsən Əliyev və Tofiq Quliyevin yubileyi keçiriləcək

Prezident İlham Əliyev Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və nailiyyətlərinin təbliği sahəsində mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan başqa Prezident İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan əlavə Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyi tamam olur. Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!