Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 4-04-2017, 19:08
Teatr Xadimləri İttifaqı aktyor Hikmət Rəhimovun ittihamlarına cavab verib

"Aktyor Hikmət Rəhimovun Azərbaycan Teatr Xadimləri İttifaqına qarşı irəli sürdüyü ittiham tam əsassızdır".

Butov.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə ittifaqın mətbuat xidmətinin açıqlamasında bildirib. Mətbuat xidmətindən qeyd ediblər ki, Hikmət Rəhimovun «Truppa müdiri aktyor və aktrisaları yığıb teatr rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir» cümləsi böhtan xarakterlidir və bu cür fakt, ümumiyyətlə, mövcud deyil:

"Azərbaycandakı bütün yaradıcı ittifaqlarda üzvlük haqqının ödənişi nəzərdə tutulub. Nizamnaməyə görə Teatr Xadimləri İttifaqına illik üzvlük haqqı bir aylıq maaşın beş faizi qədərdir. Məsələn, aktyorun maaşı 300 manatdırsa, bu məbləğin 5 faizi illik 15 manat təşkil edir. Bu məbləği 12 aya bölsək, ayda 1 manat 25 qəpiyə bərabər məbləğ alınır. İttifaqa könüllü üzv olan hər bir yaradıcı insan üzvlüyə qəbul olmaq üçün təqdim etdiyi ərizədə Nizamnamə ilə tanış olduğuna, onun bütün bəndlərini qəbul etdiyinə, o cümlədən üzvlük haqqını ödəməyə zəmanət verir. Ona görə də Hikmət Rəhimovun "40 manat illik pul köçürülmə" ittihamı tamamilə yanlışdır və biz aktyoru bu məsələdə həssas olmağa, ictimaiyyətdə yanlış fikir formalaşdırmamağa, İttifaqın sədrinə qarşı işlətdiyi ifadələrdə korrekt olmağa çağırırıq. İnanırıq ki, Hikmət Rəhimov gələcəkdə eşidib, dəqiqləşdirmədiyi və heç bir fakta əsaslanmayan bu kimi məsələlərdə diqqətli olacaq".

Qeyd edək ki, Akademik Milli Dram Teatrının sabiq əməkdaşı, aktyor Hikmət Rəhimov Akademik Milli Dram Teatrının truppa müdirinin aktyorlardan Teatr Xadimləri İttifaqı üçün pul yığıldığını bildirmişdi.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!