TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 7-08-2014, 13:11

 

 

 

 

Hərbçi Jurnalistlər Birliyinin sədri: “Bəzi jurnalistlər bilmədən düşmən kəşfiyyatına xidmət edir”

 

Avqustun gəlməsi ilə start götürən və ikinci Qarabağ savaşının ilk cücərtiləri olan məlum hadisələr zamanı media bir çox qüsurlarla yadda qaldı. İnformasiya mübarizəsində rəqibinə uduzmamaq, operativlik xətrinə  ilkin cəhd etmək və s. səbəblərdən media orqanları cəbhə boyu yaşanan gərginlik barədə dezinformasiyalar yaymaqdan çəkinmədi. Modern.az bu istiqamətdə yeni yaradılan Azərbaycan Hərbçi Jurnalistlər Birliyinin sədri, hərbi-jurnalist Tamxil Ziyəddinoğlu ilə həm bu istiqamətdə həm də yeni yaradılan , bu gün üçün vacib olan QHT-si barədə etdiyi söhbəti sizlərə təqdim edir:

- Müharibə şəraitində qeyri- peşəkar,  təcrübəsiz jurnalistlərin sayı gündən günə artır. Belələrinin səbatsızlığından yararlananlar  Müdafiə Nazirliyi və digər güc qurumlarının mətbuat xidmətlərinin jurnalistlərlə  işi düzgün qura bilməməsindən istifadə edib bəzi məqamlarda ifrata vardı, ordu quruculuğuna qara yaxdı. Bir çox məsələlərlə bağlı saysız- hesabsız dezinformasiyalar yayırlar. Cəbhədə baş verən son hadisələr bunu bir daha sübut elədi.

- Sizin təşkilat da bu zərurətdən yarandı?

- Amma bu ideyanın doğma səbəbi konkret bir faktla əlaqəlidir. Deməli bir gün Daxili Qoşunların “N” saylı hərbi hissəsinə çəkilişə getmişdik. O vaxtkı komandan indi bizim müdafiə nazirimiz olan general-polkovnik Zakir Həsənov idi. Hərbi hissədə müəyyən məqamlarla tanışlıqdan sonra yeməkxanadan görüntü alanda müxbirlərin biri aşpaza belə bir sual verdi: Gündə neçə “pors” yemək bişirirsən. “Pors” da adam başına verilən yemək idi. Bunu deməklə şəxsi heyətin sayını da deyə bilərdilər. Aşpaz-gizir təcrübəsiz olduğundan rəqəmi demək istəyirdi. Amma ona imkan vermədim.  Dedim, gizir, hərbi sirri deyirsən. Məhz bu fakt mənə belə bir ideya verdi ki, hərb aləmində təcrübəsiz olan jurnalistlər üçün belə bir təşkilat yaradaq . Çünki jurnalistika fakültələrinin heç birində hərbi jurnalistikaya dair dərs keçilmir. O sahədə az-çox təcrübəsi olanlar da vaxtilə könüllü cəbhəyə, müharibəyə gedib orda təcrübə qazananlardır. Odur ki biz düşündük ki, təşkilatın xətti ilə treninqlər, görüşlər keçirib bu sahədəki boşluğu imkanımız çatan qədər dolduraq. 

- Nə zaman qeydiyyatdan keçdi və hazırda neçə üzvü var?

- Təsis yığıncağımız 2012-ci ildə keçdi. Qeydiyyat məsələsinə gəldikcə isə bir müddət bundan əvvəl Mətbuat Şurasında hərbi məsələlərə aid bir kitabın təqdimatı keçirilirdi. Mən də məqamında durub təşkilat haqqında məlumat verdim. Təşkilatımızı dövlət qeydiyyatından keçirtmək istəyimi eşidən Əflatun Amaşov, sağ olsun, məsələyə çox operativ yanaşdı. Elə orada Ədliyyə Nazirliyinə zəmanət məktubu yazdı. Hazırda nazirlikdə sənədlərin araşdırılması gedir , ondan sonra rəsmən qeydiyyatdan keçəcək. İdarə heyətimizdə tanınmış jurnalist, ehtiyatda olan polkovnik Elşad Qoca, ordu qəzetində işləyənlər, Əbülfət Qasımov, Vahid Məhərrəmli, Arif  Pənahlı, Əlisəftər Hüseynov var. Sıralarımıza qatılanlar çoxdur.  Hamısının adını çəkmək mümkün  deyil.  Qeydiyyata alınma məsələsi ortaya çıxandan sonra üzvlük üçün müraciət edənlərin sayı çoxdur. Amma bura başqa QHT-dən  istiqamətinə görə fərqlidir. Çünki bir xeyli dövlət strukturları ilə əlaqələr qurulacaq, ortada hərbi sirlər, milli təhlükəsizlik məsələləri, səmimi vətəndaşlıq mövqeyi olacaq. Odur ki, biz  tanımadığımız jurnalistlər barədə müəyyən tanışlıq araşdırması aparandan sonra üzvlüyə daxil edəcəyik.

- Birinci Qarabağ savaşında bir çox hərbi jurnalistlərimiz iştirak edib. Onlara təşkilata qoşulmaq üçün müraciət edəcəksinizmi?

- Biz təbii ki müəyyən döyüş təcrübəsi keçmiş, savaşda iştirak edən o yolları artıq geridə qoyan təcrübəli döyüşçü jurnalistlərimizi sıralarımıza qatacağıq. Onlarla ideoloji istiqamətdə iş görmək bizə də maraqlıdır. Məsələn, Mahir Süleymanov kimi təcrübəli döyüşçü jurnalistlərdən ideoloji təbliğat məqsədilə çox yaxşı istifadə etmək olar.

- Təşkilatın adına da diqqət edək. Biz həmişə hərbi jurnalist birləşməsini işlətmişik. Amma yeni təşkilatınızın adı hərbçi jurnalistlər adlanır. Bu barədə daha ətraflı danışa bilərikmi?

- Hərbi sözü geniş mənada işlənir. Yaradıcı çəxslərə hərbi sözünü şamil etmək o qədər də düzgün deyil. Amma hərbçi jurnalist deyərkən onun birbaşa peşə ixtisasını deyirsən. Məncə bu variantdaha doğrudur. İdman jurnalisti deyirlər amma idmançı jurnalist demirlər. Amma biz bir çox adamlarla məsləhət etdik, onlar da təcrübələrinə güvənib məsləhət gördülər ki. Hərbi yox hərbçi jurnalistlər  deyilməsi daha düzgün olar.

- Təşkilata üzv olmaq üçün hansı kriteriyalara riayət etmək lazımdır?

- Yeganə kriteriyamız vətənpərvərlikdir. Jurnalist də qələmi ilə, əqidəsi ilə döyüşür. O bunlarla döyüşən əsgərləri mübarizələrə səsləyir.

- Son hadisələr zamanı cəbhə xəttindən dezinformasiyaların yayılmasını nə ilə əlaqələndirirsiniz?

- Mən bunu ora gedən jurnalistlərin bəlkə də vaxtından qabaq sevincək olmaları ilə əlaqələndirirəm. Görürsən ki təmas nöqtəsində texnikanın yerini dəyişirlər bu da yazır ki, ordu düşmən üzərinə hücuma keçdi. Təbii ki, burada təcrübəsizlik də var. Başqaları da səhv  informasiyanı olduğu kimi tirajlayırlar. Foto, audio-video görüntülərin yayılması yolverilməzdir. Amma bizimkilər sosial şəbəkələrdə bunları edirlər. Amma bilmirlər ki sosial şəbəkələrdə  azərbaycanlı adları ilə maskalanmış düşmənlər var ki, sakit-sakit öz işlərini görürlər. Azərbaycanın əleyhinə kəşfiyyat fəaliyyətlərini həyata keçirirlər.

Bir məsələ də var ki, təcrübəsiz gənc bir əsgər qohumlarının yanında nəyisə danışır, onlar da bunu başqalarına danışır,  belə-belə sosial şəbəkələrə yol açır. Amma bunların hamısı düşmən kəşfiyyatının xeyrinə işləyən faktlardır. Maşın karvanlarını çəkirlər, az qala maşının seriya nömrəsi də orada görsənir. Belə çıxır ki,  biz könüllü olaraq düşmən kəşfiyyatına xidmət edirik. Olmaz belə!

- Təşkilat cəbhə xəttində treninq keçirəcəkmi?

- Özümüz hələ bu təşkilat yaranmamışdan qabaq 2000-ci ildən bu yana cəbhə xəttində, təmas nöqtələrində olmuşuq. Bu sahədə yetərincə təcrübəm var. İnşallah digər vətənsevərlərimizlə birgə görəcəyimiz işlər çoxdur.

Elmin Nuri

 



Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!