Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - YENİLƏNİB .....                        Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi .....                        Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxunub .....                        Yaponiyada 126 ilin doğum antirekordu .....                        Ərdoğan İlham Əliyevə zəng etdi .....                        Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ .....                        İsrail Prezidenti İlham Əliyevə zəng etdi .....                        Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun .....                        Müsəddiq müəllimin medalı .....                       
Tarix : 30-11-2013, 20:58
Hərbçilərimiz NATO-nun tədbirlərində iştirak edəcək



Azərbaycanla NATO arasında imzalanmış “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı (FTP) əsasında və digər tədbirlər keçiriləcək.

Butov.az APA-ya istinad edərək bildirir ki, Müdafiə nazirliyi mətbuat xidmətinin məlumatına görə, 2-6 dekabr tarixlərində Oberammerqauda hərbi-mülki planlaşdırma və dəstək kursu keçiriləcək.

NATO əməliyyat planlaşdırılması prosesi mövzusunda seminar 2-6 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində, NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu və NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Silahlı münaqişə hüququ” mövzusunda təlim kursu 2-6 dekabrda Azərbaycan paytaxtı Bakıda olacaq.

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpurda 2 dekabr 2013-cü il tarixindən 10 yanvar 2014 il tarixinədək Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.

Dekabrın 3-dən 5-ə kimi Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyəti Gürcüstan Silahlı Qüvvələrinin təhsil sistemi ilə tanışlıq məqsədilə Tbilisidə səfərdə olacaq.

“Viking 2014” kompüter dəstəkli komanda-qərargah təliminin Yekun Planlaşdırma konfransı 3-5 dekabr tarixində İsveçin Balsta şəhərində baş tutacaq.

Belçikanın Brüssel şəhərində dekabrın 4-5-də tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.

Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən, Çexiyanın Praqa şəhərində dekabrın 9-dan 11-ə kimi Təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparılacaq.

Azərbaycan-ABŞ iş planına əsasən 9-13 dekabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində “Saber Gardian 2014” təliminin Əsas Planlaşdırma konfransı keçiriləcək.

Dekabrın 10-12-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, “STANAG Testlərinin təşkili və keçirilməsi üzrə təcrübə mübadiləsi” aparılacaq.

NATO-nun və tərəfdaş ölkələrin Arxa Cəbhə idarəsi ekspertlərinin daimi qrupunun işçi görüşü 10-12 dekabrda Finlandiyanın Tusula şəhərində, NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma İşçi görüşü 10-13 dekabr tarixində İstanbulda, “NATO-nun kommunikasiya çağırışları və tərəfdaş ölkələr” mövzusunda seminarı 11-12 dekabr tarixində Brüsseldə baş tutacaq.

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, dekabrın 18-20-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək.


Paylaş



Bölmə: Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!