Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
Tarix : 31-03-2014, 16:24

 

 

Krım tatarları milli-ərazi muxtariyyətinin yaradılmasını elan ediblər

 

Baxçasaray şəhərində növbədənkənar sessiyaya toplaşan Krım-tatar xalqının Qurultayı milli-ərazi muxtariyyətinin yaradılması haqqında qərar edib.

“Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyətinin yaradılması istiqamətində siyasi və hüquqi prosedura başlanılması haqqında elan olunsun. Krım-Tatar Məclisinə tapşırılsın ki, Krım-tatar xalqının tarixi vətənində milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnun təmin olunması ilə bağlı BMT, Avropa Şurası, AB, ATƏT və İƏT kimi beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri və hökumətləri ilə bütün məsələlər üzrə münasibətlər qurulsun”, deyə qərarda bildirilir.

Qurultay, həmçinin, Avropa Şurası, AB, ATƏT və İƏT-ə, xalqlara, dövlətlərin parlament və hökumətlərinə müraciət edərək, Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnu dəstəkləməyə çağırıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Krım-Tatar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bildirib ki, qeyd olunan sənəd Krımın işğal olunmasını və yarımadanın bir hissəsinin Ukrayna tərəfindən itirildiyini tanımır.

Çubarov, həmçinin, Krım tatarları muxtariyyətə meylli olduqlarını təsdiq etmək üçün milli referendum keçirəcəklərini istisna etməyib. Qeyd edək ki, Qurultayın növbədənkənar sessiyasında Məclisin bütün heyəti, Krımın müftisi Əmirəli Ablayev, Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak edib.



Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!