Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 23-10-2014, 15:19

Bozkırların o tərəfindən doğacaq Günəş 

Bir neçə il öncə Moskvada dərc olunan "Hedelya" qəzetində A.Klyaçin adlı müxbirin Altay Respublikasından yazdığı reportajla rastlaşdım. Müxbir yazısına yerli müsəlman türklərinin anası sayılan Xatın çayının tərifi ilə başlamışdı: "Altay dağlarından düşən altın işıqları çevrəsinə saçmışdı zümrüd gözlü Xatın. Yerli xalq bu çayı müqəddəsləşdirərək "Xatın ana" adlandırır". Özünün altaylı olduğunu yazan müxbir bildirirdi ki, ora çatanda eşitdik müsəlmanların Qurban bayramını təbrik etmək üçün Türkiyədən bir qrup gəlibmiş. Burada yaşayan türk kökənli müsəlman aullarında olmuş, onlarla bir yerdə bayram keçirmiş, vilayət mərkəzinə gedərək müsəlman türklərinin ibadəti üçün məscid tikilməsini xahiş etmişlər:

 

"Yeremey dayının biliyi çox zəngindir, Qədim Altayları sinədən söyləyir. Nağıllardaki taxtaayaqlı, yaşlı adamı xatırladırdı mənə. Deyir ki, sonuncu dəfə buraya 1950-ci ilin sonlarında Nazim Hikmət gəlmişdi, sonralar o tərələrdən kimsə görünmədi buralarda". Yeremey dayı əlini boz dağların o tərəfinə uzadaraq, sizdən bir neçə gün əvvəl o tərəfdən, Türkiyədən heyət gəlmişdi, bizimlə, məktəblərdə uşaqlarla görüşdülər dedi: "Namaz qılmağa yer tapmadılar, Yegizar kişinin evində qıldılar, onun evi böyükdü. Bir də əllinci illərdə Nazim Hikməti görmüşdüm. Uşaq idim o zaman, buraların tarixini anladan muzeydəki at qoşunlarına, ahşap oymalara, altın bəzək əşyalarına, qılınc və xəncərlərə, xalı-xalçalara, keçə örtüklərinə, maral buynuzlarından hazırlanmış aksesuarlara maraqla baxırdı. Bir neçə gün Şankalada qaldı. Sonradan o muzey əşyalarını Dimitri adlı biri Ermitaja aparmağa gəlmişdi, aulun camaatı ayağa qalxdı, amma sonralar ahşap oymaları apardılar". Aulun oxumuş, ziyalı təbəqəsi olsa da, bu kişi ayrıca hörmət-izzət sahibidir. Kəndin problemlərindən, illərdən bəri bir xəstəxanaya ehtiyacı olduğundan danışdı, dedi ki, aulumuzdan Tolqanay adlı bir gənc Türkiyədə oxuyub gəlib, həm müəllim, həm də həkim kimi camaata yardım edir: "Oğlum, biz dədə-babadan maralçılıqla məşğuluq. İndi neft əraziləridir deyib şibyə çöllərini sürətlə qırıb qurtarırlar. Marallar da şibyədən başqa heç nə yemir. Əgər şibyənin kökünü kəssələr marallarımızı otarmağa yer tapmayacağıq, nəsilləri kəsiləcək". Yeremey dayı yenə də əlini uzadaraq, sanki Türkiyə qarşıdaki boz dağların o tərəfindəymiş kimi: "Türkiyədən gələn adamlara dedik ki, rəhbərləri Rusiya başçılarından xahiş etsinlər ki, marallarımızın otlağını məhv etməsinlər. Bizim tariximiz, kökümüz maralçılıqla bağlıdır..." Çox qısa bir hissəsini anlatdığım reportajda Altay türklərinin yaşamları, problemləri, ehtiyacları, ruhlarında heç öləziməyən türk sevdası hər sətirin başından anlaşılır. Minillərdir Altay dağlarının ətəklərində, Xatın, İrtış, Yenisey və Ussuri çayları boyunda yaşayan ən qədim türklərin içində kökünə-soyuna, türklüyünə bağlılıq yaşamaqdadır. Məqalədən anladığım o ki, bu qədim türklər bozkırların o tərəfindən nə zamansa Günəşin doğacağına inanırlar. Müxbirin dediyi kimi, Türkiyə adı çəkərkən, dağın o tərəfindəymiş kimi əllərini uzadıb göstərirlər. Bu reportajı türk dünyasına, Anadoluya çağırış kimi oxudum, həm də çox həyəcanla. Mədəniyyətləri və soy-kökləri eyni olan xalqların yaxınlaşması, inteqrasiyası tarixi zərurətdir demək. Türkiyə ilə türkdilli ölkələr arasında media körpüsü yaranmalıdır. Türklük təməlimizə qayıtmağın ən vacib şərtindən biri bu, ondan da önəmlisi iqtisadi inteqrasiya, Ortaq Türk Bazarı...

Bu gün tarixi reallıq ən prioritet məsələ kimi Türkiyə ilə digər türkdilli respublikalar arasında sürətlə iqtisadi birliyi diqtə edir. Güclü iqtisadi yaxınlaşma digər sahələrdə də birlik və bərabərliyin inkişafını sağlayar. 90-cı illərin əvvəllərində müstəqillik qazanmış türkdilli respublikalar Türkiyə ilə bir sıra inteqrasiya prosesi həyata keçirdi. İslam Konfransı Təşkilatında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və bir sıra beynəlxal qurumlarda birləşdilər. Lakin bu ölkələrin fərqli iqtisadi və siyasi quruluşa malik olmaları, iqtisadi baxımdan bir-birinə ehtiyatla yanaşması, həmçinin rabitə və informasiya sahəsində yaranan problemlər, media münasibətlərinin formalaşmaması qardaş respublikalar arasında sürətlə yaxınlaşmasını ləngitdi. Sonrlar türkdilli ölkələr arasında yaranan TÜRKSOY

və TÜRK PA kimi nüfuzlu qurumlar yarandı. Lakin eyni soy-kökə, oxşar dil və mədəniyyətlərə malik olmalarına baxmayaraq bu dəfə də arzulanan güclü əlaqələrin və birliyin yaranmasında uğurlu addım atılmadı.

 

Mədəniyyət və soy-kökyaxınlığı kifayət etmir

Dünya nizamı adlanan təkqütüblü iqtisadi nəzəriyyə son zamanlar regional iqtisadiyyatla əvəzlənməyə meyillidir. Yəni dünyada, xüsusən də türkdilli respublikaların əksəriyyətinin daxil olduğu Sovet İttifaqında mərkəzləşdirilmiş iqtisadi siyasət dağıldı. Belə bir durumda türkdilli respublikaların bir-birilə inteqrasiyası tarixi zərurətdən doğur, təbii və normaldır. Bir zamanlar aqrar ölkə sayılan Türkiyə tarixdə Turqut Özal möcüzəsi adlanan reformlar sayəsində turizm, sənaye, istehsal, idxal, ixrac və özəlləşdirmə sektorunda sürətlə inkişaf etməyə başladı. Balkan, Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya və Orta Doğu üzrə ən fəal şəkildə iştirak edən dövlətə çevrildi. Məsələ o ki, Türkiyənin iqtisadi özgürlüyü və dediyimiz kimi inkişafı istiqamətində göstərdiyimiz dəlillər türkdilli xalqlarla iqtisadi yaxınlaşma təşəbbüsünü daha da prioritetləşdirir. İngilətərəli alimlər P.Drusker və Kubiçek iqtisadi təhlillərində qeyd edirdilər ki, coğrafiyaları və mədəniyyətləri, eyni zamanda soy-kökləri yaxın olan ölkələr iqtisadiyyatlarını bir araya gətirərək regional bazar yarada bilərlər. Və misal olaraq Türkiyə ilə türkdilli respublikaları göstərirdilər: "Bu yaxınlaşma təbii və vacibdir" deyirdilər. XXI əsrin ilk illərində iqtisadçı alim Z.S.Ghuroe gələcəkdə Avropa, Orta Şərq və Mərkəzi Asya qovuşağında türkdilli dövlətlər arasında "Türk ortaq bazarı" yaradılmasının vacib olduğunu, hətta bunun gözlənildiyini söyləmişdi. Mütəxəssisə görə türk dünyasında öncüllüyü ilə seçilən Türkiyə başda olmaqla əgər türkdilli xalqların ortaq bazarı yaranarsa bu, yaxın gələcəkdə dünya iqtisadiyyatına böyük təsir edəcək, eyni zamanda türkdilli xalqlar arasında hər bir sahədə bağlılığı artıracaq. Z.S.Ghuroe yazırdı: "Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan türkdilli respublikalar bu təşəbbüsdə olacaqlar. Çünki iqtisadi inteqrasiya üçün mədəniyyət və soy-kök oxşarlığı əsas şərtlərdən biridir..." Bəli, mədəniyyət oxşarlığı və soy-kök yaxınlığı əsas şərtlərdən biri olsa da tarixi zərurətin doğurduğu reallığa - Türkdilli cümhuriyyətlərin birliyinə bunlar kifayət etmir. Bu prosesin uğurlu davamı üçün iqtisadi imkanların potensialından istifadə olunmalı, türkdilli ölkələrin bölgə iqtisadiyyatı qurulmalıdır. Təbii sərvətlərinə görə bu ölkələr çox zəngin potensiala malikdirlər. Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın zəngin neft-qaz ehtiyatları var. Bundan başqa Qazaxıstadaki daş-kömür ehtiyatları türkdilli cümhuriyyətlərin yüz illik ehtiyacını ödəyəcək qədərdir. Ermənistanın işğal etdiyi Qarabağ və ətraf bölgələr başda olmaqla Azərbaycanın hər daşının altı xəzinədir. Sovet dönəmində neft istehsalının 32 faizi, misin 78 faizi, civənin 100 faizi, qurğuşun və sinkin 86 faizi, xrom və uranın 100 faizi, fosforun isə 90 faizi türkdilli respublikaların ərzilərindən əldə edilirdi. Sovet İttifaqının pambıq planını əsasən Özbəkistan və Azərbaycan ödəyirdi. Bu o deməkdir ki, türkdilli cümhuriyyətlər arasında Ortaq Türk Bazarı və ya bölgə iqtisadiyyatı qurularsa bu, özlüyündən digər problemlərin də həlledilməsinə yardım göstərər, hər sahədə istehsalın artırılmasına Türkdilli dövlətlərin sürətlə inkişafına səbəb olar. Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri və digər türkdilli xalqlar bu gün tarixi missiyalarını anlamalıdır. Dünyada böyük siyasət o zaman güclüdür ki, regional güclərin vahid strateji hədəfi olur. Belə bir iqtisadi birliyin yaranması Türk dünyasına hava və su kimi lazım olmaqla bərabər tam ciddiyyətilə dünyaya sübut etməlidir ki, bu tarixi zərurətdir və mahiyyəti etibarı ilə heç bir xalqın, dövlətin və də heç bir ideologoyanın, quruluşun əleyhinə yönəlməyib. Türk dövlətlərinin müstəqilliyini, strateji birliyini, inkişafını nəzərdə tutan tendensiyadır. Türkiyə, eləcə də Azərbyacan güclü iqtisadiyyatı, insan haqlarına əsaslanan demokratik sistemi, qüvvətli ordusu olan ölkələrdir. Bunu ifadə etmənin yolu və əlaqələrin sağlam təməllər üzərində qurulması üçün dünyanın ən güclü silahı olan və insan zehninə sürətlə təsir edən mətbuat-media- televeziya yayımlarından geniş istifadə olunmalıdır. Güclü dövlətlər medianın inkişafına böyük xəzinələr ayırır. Qardaş türk xalqları arasında da bəzi addımlar atılır. Sağlam təməl üzərində yaranan TRT Avaz-da ortaq tariximizi, mədəniyyətimizi, ortaq dilimizi,

ənənələrimizi, dəyərlərimizi və ortaq dərdimizi, problemlərimizi aydınca görmək olur. Bu proqram türk aləminin gerçək mənzərəsidir.

 

Ortaq Türk keçmişimizdən

ortaq Türk gələcəyimizə

gedən ən doğru yol - Vahid Türk dili, Türk əlifbası

Azərbaycanda mədəni türkçülük XIX əsrin ortalarında Mirzə Fətəli Axundovdan başladı. O, həyatı və yaradıcılığı boyu sadə və anlaşılan türkcənin yaranmasına cəhd edirdi. Həsən bəy Zərdabi Axundovun ideyalarını "Əkinci" də yaşartdı. Kırımda yaşayan türk dünyasının aydını İsmayıl bəy Qaspıralı isə ibtidai şəkildə də olsa "Tərcüman"la türk xalqlarının mediya birliyini yaratdı. "Əkinçi" Orta Asya və Krıma qədər yayılırkən "Tərcüman" da Rusiya, Orta Asya və Azərbaycan türklərinin millətçilik duyğularının tərcümanı oldu. İbtidai şəkildə olsa da Orta Asiya, Qafqaz və Rusiya türkləri arasında mətbuat körpüsü yarandı. Azərbaycanda inkişaf edən mədəni türkçülük XX əsrin ilk onilliyində Osmanlı universitetində təhsil almış Əli bəy Hüseynzadənin və Hüseyn Cavidin simasında siyasi türkçülük müstəvisinə qalxdı. Çox keçmədən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Heseyn Cavid, Ziya Göyalp, Abadulla Cövdət, Yusif Akçuraoğlu, Kırımdan İsmayıl bəy Qaspıralı kimi irfan sevdalıları TURAN adlı işığın pərvanəsi oldular. Çox qəribədir, XX əsrin əvvəlində, elmin, tərəqqinin inkişaf etmədiyi, rabitə və elektron informasiyanın ilkin formada olmasına baxmayaraq, köksündə türklük məfkurəsi döyünən bütün sevdalılar birgə mücadilə edir, bir-biri ilə sıx əlaqə yaradırdılar. Onlar Türk düşüncəsini müsəlman ümməti fəlsəfəsindən millət müstəvisinə qaldırdılar. Bu vəsilə ilə mədəni və siyasi türklüyün Azərbaycanda oyanışı sürətlə baş verdi. Demək ki, fəaliyyətdən öncə o düşüncədə olmaq, o ruha köklənmək, onun üçün mücadilə etmək gərəkdir, sözlə deyil. XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının həyatı bahasına başa gələn milli özünüdərk prosesinin güclü gedişi əsrin sonunda yenidən canlandı. İndi qarşıda daha böyük vəzifə dayanıb. Vahid ortaq türkcəmizin, əlifbamızın, təhsilimizin, eyni zamanda türkdilli ölkələrin və toplumların mediasının yaranması və inkişafı. Zamanla olacaq bu vahidlik bizi ortaq Türk keçmişimizdən ortaq Türk gələcəyimizə aparan ən doğru yoldur. Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, prof.dr. Mehmet Ali Beyhan və Türkiyənin bir qurup tarixçi alimləri 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı razılaşma imzaladılar. Anlaşmaya əsasən bundan sonra Türk tarixi bərabər araşdırılacaq və bərabər yazılacaq. Mehmet Ali Beyhan: "Tariximiz, taleyimiz və inancımız birdir. O səbəbdən ortaq problemlərimiz üzərinə tarix yazmağı düşünürük. Arxiv sənədlərin mübadiləsini, doktorantura və öyrənci mübadilələrini düşünürük. Azərbaycan Akademiyası ilə Türk tarixini birgə yazmağı qərara aldıq. Fikrimcə bu türkdilli ölkələrin gələcək birliyinə, bərabərliyinə hesablanıb" dedi. AMEA Türix İnstitutunun direktoru, prof. Yaqub Mahmudov da ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə Mərkəzi Asiyanın türk xalqları da bizə qoşulacaq: "İstəyimiz odur ki, bütün türkdilli cümhuriyyətləri təhsilində türk dövlətlərinin tarixi eyni şəkildə tədris olunsun. İlk cığırı Türkiyə və Azərbaycan açdı".

Türk dünyasının saysız problemlərindən biri Qarabağ, qondarma erməni soyqırımı, PKK və sairdir. Bu istiqamətdə hələ ki türk coğrafiyasında istənilən media birliyinə nail olunmayıb. Qarşıdan 2015-ci il, qondarma erməni soyqırımının ortaya atılmasının yüzüncü ili yaxınlaşır. Türk topluluqları elə bir informasiya məkanına, media quruluşlarına malik olmalıdırlar ki, həqiqətləri dünyanın hər nöqtəsində səsləndirə bilsinlər. Vaxtilə "Pravda", "İzvestiya" qəzetləri sabah erkəndən Moskva ilə bərabər on beş respublikanın hər birinin qəzet köşklərində satılırdı, bizim də sabah erkəndən hər bir türk respublikanın köşkündə satılacaq ortaq qəzetə, həmçinin TV və elektron mediaya ehtiyacımız çox. Təməlimizə qayıdışın tək yolu budur. Türkdilli xalqlar arasında iqtisadi, mədəni əlaqələrin qurulmasına, dünya informasiya məkanına sıx inteqrasiya məqsədilə yaranan Türkdilli Ölkələrin və Toplumların Media Forumunun sağlam təməllər üzərində qurulduğundan, məqsədinə çatacağına heç şübhəmiz yoxdur. Ümid edirik ki, türk coğrafiyasının tutduğu xalqların insanları çox keçmədən Yeremey dayı kimi bozkırların o tərəfindən doğan Günəşə gülümsəyərək əl uzadacaqlar.

Rəsmiyyə RZALI

 

Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasının və TİKA-nın Bakı nümayəndəliyinin "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.



Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!