Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 15-01-2015, 16:22
Aqil Camalın Modern.az saytında yerlədirilmiş materialını oxucularımızın marağına səbəb olacağı düşüncəsilə təqdim edirik:
Ərdoğanın sarayında Səfəvi əsgəri…
Olsun, olmasın?
Ərdoğanın sarayında Səfəvi əsgəri…

Türkiyədə - Prezident Sarayında tətbiq edilən yeni protokol qaydası – fəxri qonaqların qarşılanma mərasimi geniş müzakirəyə səbəb olub.
Söhbət Türkiyə prezidentinin fəxri qonaq qəbul etmə protokolunda bir ilkə imza atılmasından gedir. Yeni protokol qaydasına görə, fəxri qonaqları tarixdə mövcud olmuş 16 türk imperatorluğunu təmsil edən, xüsusi qədim döyüşçü geyimində olan əsgərlər qarşılayır.
Bu dövlətlər aşağıdakılardır:
Hun dövləti;
Qərbi Hun İmperatorluğu;
Avropa Hun İmperatorluğu;
Ağ Hun İmperatorluğu;
Göytürk İmperatorluğu;
Uyğur Xaqanlığı;
Avar İmperatorluğu;
Xəzər İmperatorluğu;
Qaraxanlılar dövləti;
Qəznəlilər dövləti;
Böyük Səlcuklu İmperatorluğu;
Xarəzmşahlar dövləti;
Teymur İmperatorluğu;
Babur İmperatorluğu;
Qızıl Orda İmperatorluğu;

Osmanlı İmperatorluğu.Qeyd etdiyim kimi, yeni fəxri qaravul birmənalı qarşılanmayıb. Ənənəvi AKP və Ərdoğan əleyhdarları bu addımı Türkiyə prezidentinin sultanlıq səltənəti qurması, özünü sultan kimi hiss etməsi kimi qiymətləndiriblər. Bununla belə, həm Türkiyədə, həm Türk dünyasında, o cümlədən Azərbaycanda bu qayda daha çox alqışlanıb. Eyni zamanda məlum tərkiblə bağlı şikayətlər, umu-küsülər var.
Azərbaycanda bəziləri hesab edirlər ki, həmin “16-lıq”a Azərbaycan türklərini təmsil edən Səfəvi İmperatorluğunun da əsgəri daxil edilməli idi. Belə düşüncədə olanların fikrincə, bu addımı atmaqla Türkiyə dövləti bütövlükdə türk tarixinə sahib çıxa, onu birləşdirə bilərdi. Səfəvi əsgərinin məlum heyətdə təmsil olunmaması tarixi məzhəb ayrılığı, Osmanlı-Səfəvi münasibətlərindən doğan hal kimi və s. kimi xarakterizə olunur...
Atatürk “20 İmperatorluq” demişdi...
Buradaca qeyd edim ki, Türkiyə dövlətində qədim türk imperatorluqları kimi məhz 16 rəqəminin üzərində dayanılması bir ilk deyil. Türkiyə prezidentinin armasında (emblemində) də yuxarıdakı imperatorluqları təmsil edən məhz 16 ulduz yer alır.
Türkiyə mənbələrinə görə, hazırda qardaş ölkədə qüvvədə olan Prezident armasını 1922-ci ilin sentyabrında - Milli Mücadilənin son günlərində Qazi Mustafa Kamal İzmirə səyahəti əsnasında çəkib. Amma Atatürkün çəkdiyi armanın üzərində 16 yox, 20 ulduz vardı (Bəlkə də böyük Atatürk Səfəvilər də daxil olmaqla, digər türk imperatorluqlarını da bu rəsmdə əks etdirmişdi).
Cümhuriyyət elan edildikdən sonra sonra - 3 mart 1924-cü ildə Sultan Əbdülməcidin emblemi qaldırılır, 22 oktyabr 1925-ci ildə Prezident emblemi rəsmi qərarla qüvvəyə minir. Təlimata görə, qırmızı rəngli emblemin üzərində ay və 20 ulduz əks olunurdu. Ancaq 18 fevral 1978-ci ildə qəbul edilən yeni qərarla armada yer alan ulduzlaın sayı 20-dən 16-ya endirilir. Hazırda istifadə olunan prezident arması 25 yanvar 1985-ci il qanunları ilə indiki halında saxlanılır.
Ərdoğanın sarayında Səfəvi əsgəri…

Bəlkə də, belə yaxşıdır!
Qayıdaq Türkiyədəki yeni qayda ilə bağlı Azərbaycandan səslənən fikirlərə. Əlbəttə, könül istərdi ki, Azərbaycan türklərinin məskun olduğu coğrafiyadan - Səfəvi İmpertorluğunun “əsgəri” də öz tarixi geyimi ilə Türkiyə prezidentinin sarayında protokolda yer alsın. Bu addım, həm ümumtürk tarixinə sahib çıxma kimi qiymətləndirilər, həmçinin, zaman-zaman gündəmə gətirilən tarixi Səfəvi-Osmanlı mübahisəsinə müsbət təsirini göstərər, hər iki imperatorluğa sayğı duyğusunu gücləndirərdi.
Bununla belə, düşünürəm ki, Türkiyə prezidentinin protokolunda Səfəvi əsgərinin təmsil olunmaması bəlkə də, qanunauyğunluqdur. Və belə daha yaxşıdır. Çünki bu gün Səfəvi xanədanlığı üzərində bir Azərbaycan dövləti var. Dövlətdə varislik prinsipinə əsasən, simvolik də olsa, Səfəvi dövlətini təmsil edirik. Yəni, quzeyli və güneyli Azərbaycan olaraq biz Səfəvi İmperatorluğu üzərində varlığımızı davam etdiririk. Bu baxımdan, Səfəvilərlə bağlı bütün maddi və mənəvi miras da Azərbaycan xalqına, Azərbaycan dövlətinə məxsusdur.
Bu baxımdan, yaxşı olardı ki, Azərbaycanda da dövlət səviyyəsində belə bir protokol qaydası tətbiq olunsun. Tarixi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərinin əsgərlərindən ibarət fəxri qarovul formalaşdırılsın.


Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!