İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 8-10-2013, 16:55

 İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başlayır


İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublu və İlqar Məmmədovun bu günlərdə məhkəməsinə başlanılacaq. Vəkillərin dediyinə görə, müvəkkillərinin aylardır həbsdə saxlanılmasına baxmayaraq, heç bir dəlil ortaya qoyulmayıb.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun vəkili Əsabəli Mustafayev gələn həftə müvəkkilinin məhkəməsinin olacağını dedi: “ İstintaq başa çatıb. İş materialları ilə də tanış olduq. Bundan sonra istintaq qrupunun rəhbərinə vəsatət verdik. Vəsatətimiz cinayət işinə xitam verilməsi ilə bağlı idi. Təbii ki, həmişəki kimi vəsatətimiz təmin olunmadı. Tofiq Yaqublu 9 aydır ki, qanunsuz olaraq təcridxanada saxlanılır. Bu müddət ərzində cəmi 2-3 dəfə istintaq hərəkəti aparılıb. Demək olar ki, heç bir sübut tapa bilməyiblər. Digər məhbusların da işi yekunlaşandan sonra protokolu yekunlaşdırıb məhkəməyə göndərəcəklər. Yəqin ki, gələn həftə məhkəmə başlayacaq.”
Vəkil Əsabəli Mustafayev Tofiq Yaqublu və eləcə də təcridxanada olan digər məhbusların 9 oktyabr seçkilərində iştirak edə biləcəklərini dedi.
REAL hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev müvəkkilinin iş materiallarının ilə tanışlığının başa çatdığını dedi: “İş materialları ilə tanış olunması prosesi demək olar ki, başa çatır. Bundan sonra istintaq qrupunun rəhbərinə İlqar Məmmədova açılan cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verəcəyik. Məhkəmənin nə vaxt olacağını isə dəqiq bilmirəm.”
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. T.Yaqublu və İ.Məmmədov artıq 9 aydır ki, həbsdədirlər (musavat.com).


Paylaş



Bölmə: Xəbər / Siyasət / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!