Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-05-2014, 00:25

 Dünyamalı İmaməliyev: "Yolumuz böyük öndərlər-Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yoludur. Bu yolun daşıyıcıları kimi ideyamız, amalımız Millətləşmək, Dövlətləşmək və Bütövləşməkdir" 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ideoloji və təbliğat məsələləri üzrə katibi Dünyamalı İmaməliyevin partiyanın mətbuat xidmətinə müsahibəni təqdim edirik. 

- Dünyamalı bəy, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibə çox böyük səs-küyə səbəb oldu və birmənalı qəbul edilmədi. Qüdrət bəy əslində bu müsahibəsilə nələri demək istəyib və kimlərə hansı mesajları verib?

- Çox doğru buyurursunuz. Qüdrət bəyin bu müsahibəsi siyasi sferada və cəmiyyətdə böyük müzakirələrə səbəb oldu. Bu, özlüyündə Qüdrət bəyin necə vacib bir məsələyə diqqət yönəltdiyinin göstəricisidir və cəmiyyətin bu müzakirələrə cəlb olunması özlüyündə çox yaxşı haldır. Bizim partiyanın adından da göründüyü kimi, əsas ideoloji xəttimiz Bütöv Azərbaycançılıqdır. BAXCP yarandığı gündən Azərbaycanın bütövlüyünü öz adında və fəaliyyətində həmişə prioritet xətt olaraq tutub. Qüdrət Həsənquliyevə gəlincə, o bütün siyasi həyatını Azərbaycanın Müstəqilliyinə və

Bütövlüyünə həsr etmiş çox az saylı siyasətçilərdəndir. Əgər Qüdrət Həsənquliyev bu məsələni qaldırıbsa qaragüruhçuluq edib özlərinə xal yığmaqdansa, onun irəli sürdüyü arqumentləri soyuq başla analiz etsələr başa düşərlər ki, BAXCP sədri Azərbaycan dövlətçiliyinə necə canyanğısı ilə yanaşır. Qüdrət Həsənquliyev həmin müsahibəsində hazırkı dünya siyasətini, geosiyasi oyunları, Qərbin bu illər ərzində apardığı ikili standartı (əslində ikiüzlü riyakar siyasətini), Qərb liderlərinin cəsarətsizliyini və Azərbaycanın ərazisinin 20 faizinin hansı dövlət tərəfindən işğal olunduğunu, eyni zamanda, işğalçıya hansı dövlətin dəstək verdiyini tam açıqlığı ilə cəmiyyətə göstərir. Artıq ərazilərimizin işğal altında olması müddəti əsrin dörddə birinə çatıb. Ölkəmizdə işğal altında olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu görməyən bütöv bir nəsil yetişir. Qərbin və Avropanın siyasi dairələri, ATƏT-in Minsk qrupunun həmsədrləri prosesin illər boyu uzanması yönündə əllərindən gələni edirlər. Dəfələrlə onlar rəsmi və ya qeyri-rəsmi şəkildə Dağlıq Qarabağ probleminin həlli açarının Rusiyanın əlində olduğunu birbaşa və dolayısı ilə etiraf ediblər. İndi biz nəyə görə Dağlıq Qarabağın qaytarılmasını onun işğalında başlıca rol oynayan dövlətlə yox, ancaq öz əhalisinin rifahını, qışda qazla təchizatını düşünən Avropa və ABŞ ilə müzakirə etməliyik? Axı ABŞ və Avropa Birliyinin 2008-ci ildə Gürcüstanda, hazırda isə Ukraynada sərgilədikləri iradə və gücün hər birimiz şahidiyik. 1994-cü il dekabrın 5-də dövlətlər yığışıb Budapeşt sammitində Ukraynanın təhlükəzizliyinə qarant durdular və bu ölkəni nüvə silahından məhrum etdilər. İndi isə Ukraynanın ərazisinin yarısı əlindən gedir, bunlar Rusiyanın 20 məmuruna yasaq qoyurlar ki, ölkələrinə buraxmayacaqlar və bununla da dünya ictimaiyyətinin gözünə kül üfürürlər. Əslində, onlar özlərinin enerji və iqtisadi maraqlarını güdürlər. Qüdrət Həsənquliyev deyir ki, gəlin hər kəsi öz adı ilə çağıraq. Yəni işğalçını işğalçı, yalançını da yalançı deyib, çağıraq. Biz səhnədə pərdənin arxasındakı ayıya güvənən çaqqalla yox, elə ayının özü ilə razılaşsaq daha məntiqli olmazmı?

Axı illərdi ki, Avropa Birliyinin, ATƏT-in münaqişənin həllinə hansı "töhfələr" verdiyi göz önündədir.

Qüdrət Həsənquliyev Azərbaycanda marağı olan bütün güc mərkəzlərinə münaqişənin həllinin alternativi olduğunu və Azərbaycanın bundan heç nə itirməyəcəyini çatdırır. Amma bizim iyirmi ildən də artıq hakimiyyət uğrunda şeytanla belə razlığa gedən yalançı siyasətbazlara deyirəm ki, heç olmasa üç ay bundan əvvəlki fəaliyyətinizi yada salın, əgər sizlərdə xəcalət hissi vardırsa xəcalət çəkin.

- Məlum müsahibədən sonra "BAXCP sədri Rusiyanı yenidən Azərbaycana dəvət edir" kimi, ifadələr səsləndi. Doğrudanmı belə bir təhlükə var?

- Qeyd etdiyim kimi, bu, illər boyu xalqın hissləri ilə oynayan, hakimiyyətə gəlmək naminə xarici dövlətlərin alətinə çevrilən qaragüruhun uydurmalarıdır. Qüdrət Həsənquliyev Rusiya ilə ikitərəfli siyasi və iqtisadi, hüquqi müqavilələr çərçivəsində torpaqlarımızın qaytarılması yollarını göstərir. Gəlin baxaq, iki il bundan əvvələdək Qəbələ RLS-də Rusiyanın 1500 nəfərlik hərbi kontingenti növbə çəkirdi. Bunun Azərbaycanın suverenliyinə hansı təhdidi vardı? Yaxud, biz əgər Dağlıq Qarabağ uğrunda Rusiyanın neytrallığına nail olarıqsa, nədən qazımızı dünya qiymətlərilə Rusiyaya satmayaq? Avropa bizim üçün digər dövlətlərdən biridir. Kim bizim dövlətimiz üçün daha üstün mövqe sərgiləyəcəksə, onunla da əlaqələrimizi gücləndirməliyik.

Qüdrət Həsənquliyev deyir ki, biz torpaqlarımızın azad olması üçün bütün vasitələrdən istifadə etməliyik. Əgər Azərbaycanın maraqları daxilində ikitərəfli razılaşma mümkün olmazsa, o zaman Azərbaycan dövləti siyasi və iqtisadi islahatları sürətləndirməli, ordu quruculuğunu daha da gücləndirməli və münasib zamanda torpaqlarını hərbi yolla azad etməlidir.

- Hətta ötən il prezident seçkilərində Rusiyanın layihəsində yer alanlar belə Qüdrət Həsənquliyevə çamur atmağa başladılar.

- Doğrusu onların nə dedikləri, nə atdıqları bizi o qədər də ilgiləndirmir. Çünki yel qayadan heç nə aparmaz. Bunlar 2013-cü il prezident seçkilərində pul, hakimiyyət naminə "Milyarderlər İttifaqının" emisarının ətrafında toplaşıb gözləri yolda, qulaqları səsdə idi ki, Rüstəm İbrahimbəyov nə zaman gəlir. Bir Rusiya vətəndaşını prezidentliyə namizəd etmək üçün gənc övladlarımızın beynini dumanlandırıb İbrahimbəyovun müdafiəsi üçün küçələrə çağırırdılar. Həmin vaxt BAXCP və onun lideri Qüdrət Həsənquliyev bütün cəmiyyətə səslənirdi ki, bunlara inanmayın. Bu, Rusiyanın proyektidir. Biz var gücümüzlə bu prosesin üstünə getdik. İndi nə oldu, bütün varlığı ilə Vətəninin bütövlüyü üğrunda çarpışan, daim parlamentdən və mətbuatdan işğalçını öz adı ilə çağıran Qüdrət Həsənquliyev Rusiyapərəst oldu, ancaq Rusiyanın yaratdığı Milli Şuranın oyunçuları vətənpərvər oldular? Həmin vaxt Pənah Hüseyn özü etiraf etdi ki, "biz rejissoru kənardan olan oyunun aktyorlarıyıq". Rauf Arifoğlu isə dedi ki, "Biz Milli Şuranı Rusiya proyektindən çıxarıb milliləşdirdik".

Bu ötən illər ərzində cəmiyyətdə intriqa yayan və hər fürsətdə dövlətin, millətin maraqlarını satanlar kimlərlə əməkdaşlıq etmədilər? Biri PKK militanı ilə görüşdü, müzakirələr apardı, sonra ABŞ-a sığınan Rəsul Quliyevlə birləşdi, gözü səmada qaldı ki, təyyarə nə vaxt gələcək? Daha sonradan bəyanat verdi ki, "mən Yeni Azərbaycan Partiyasının süpürgəçisi ilə də danışığa hazıram". Qənimət Zahidin isə Sakit Allahverdiyevin əli ilə Rusiyada kömək axtarması, əlaqələr qurmağa çalışması dünənin hadisələridir. İndi bir neçə ölkənin kəşfiyyatına işləyən birisi Qüdrət Həsənquliyevi qeyri-vətənpərvərlikdə suçlayır. Yazıqlar olsun. Bəsdirin, xalqın adından danışıb onun hissləri ilə oynadınız. Xalq sizləri çox yaxşı tanıyır. Bunun bariz nümunəsi ötən il prezidendt seçkilərində icazəli mitinqə 20 partiyanın 1500 nəfərdən çox iştirakçı gətirə bilməməsidir. Biz bu illər ərzində hansı yolu getmişiksə, həmin yolun yenə də yolçularıyıq. Yolumuz böyük öndərlər-Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yoludur. Bu yolun daşıyıcıları kimi ideyamız, amalımız Millətləşmək, Dövlətləşmək və Bütövləşməkdir!



Paylaş



Bölmə: Xəbər / Müsahibə / Şəkilçarx / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!