Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 8-05-2014, 18:56

 

 

 

 

Abşeron rayonununFatmayı kəndində yeni tibb ocağının təntənəli açılış mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kəndin əhalisinə yüksək səviyyəli səhiyyə xidməti göstərilməsi üçün geniş şəraiti olan poliknikanın açılışı münasibətilə kənd sakinlərini təbrik edib.Bildiribki,son səkkiz ildə Fatmayı kəndində yeni uşaq bağçası, kitabxana, poçt və avtomat telefon stansiyası, məktəbin yanında əlavə tədris korpusu tikilib.Ötən əsrin 30-cu illərində inşa olunmuş məktəb əsaslı təmir olunub.

 

 

Prezident İlham  Əliyevin sərəncamı ilə Fatmayı kəndindən keçməklə Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu tikilib istifadəyə verilib.

Əhalinin elektrik enerjisi,  qaz  və içməli su ilə təminatı yaxşılaşdırılıb, kanalizasiya şəbəkəsinin çəkilişinə başlanıb.

        Rayonda səhiyyə ili elan etdiyimiz  2007-ci ildən başladığımız quruculuq proqramı çərçivəsində bütün qəsəbə və kəndlərimizdə müasir layihələr əsasında poliklinika tipli səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi bu möhtəşəm səhiyyə müəssisəsinin açılışı ilə uğurla başa çatır. Bu münasibətlə fatmayılıları bir daha təbrik edir, tibb işçilərinə gözaydınlığı verirəm.

      Fatmayı həkim ambulatoriyasının baş həkimi Sucayət Zeynalova əhaliyə xidmət göstərmək üçün geniş şəraiti olan bu yaraşıqlı binada işləmək sevincini onlara bəxş edən rayon rəhbərliyinə, şəxsən Rayon İcra Hakimiyyətinin başçısı  Zakir Fərəcova başçılıq etdiyi kollektiv adından minnətdarlığını bildirib, bu qayğıya cavab olaraq bundan sonra da kənd camaatının sağlamlığı naminə əllərindən gələni əsirgəməyəcəklərini  bildirib.

 

Fatmayı kənd sakini Səyavuş Əliyev kəndin bütün ictimaiyyəti adından Zakir Fərəcova minnətdarlığını bildirib.

 Zakir Fərəcov yeni binanın girişinə çəkilmiş al lenti kəsərək ümumi sahəsi 495 kv.metr olan tibb ocağının müxtəlif təyinatlı 14 otağının hamısına baxıb, səhiyyə işçiləri ilə birlikdə xatirə şəkili çəkdirib.

Fotolar Qüdrətindir.

 

 



Paylaş



Bölmə: Xəbər / Sosial / Şəkilçarx / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!