Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 23-05-2014, 17:00

 

“Bütün dünyada nizam son 20 ildə artıq dəyişib, ancaq prinsiplər qorunub saxlanılmalıdır. İkinci Dünya müharibəsi nəticəsində beynəlxalq hüququn prinsipləri müəyyənləşib. Münaqişələrin həllində bu prinsiplər əsas götürülməlidir”.

 

bütöv.az saytının məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxıışı zamanı xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov deyib. 

E. Məmmədyarov münaqişələrin həllində insanlar arasında təmasların artmasının da rol oynadığını bildirib: “Digər tərəfdən, iqtisadi inkişaf, sosial rifah da zəruridir. Ancaq münaqişələrin həlli üçün prinsiplərə sadiq qalmaq lazımdır”. Daha sonra nazir 2015-ci ildə  ilk avropa oyunlarının Azərbaycanda keçiriləcəyini də vurğulayaraq qeyd etdi ki, 6 ay ərzində  Bakıda 18 tədbir keçiriləcək. Komitə sədri  üç böyük dinin bir balaca ölkədə bu qədər qarşılıqlı hörmət  əsasında fəaliyyət göstərdiyini xüsusilə diqqətə çatdırdı.     

                      Sonda E. Məmmədyarov AŞPA sədri Anna Brassör və digər AŞPA üzvlərini Azərbaycana tez-tez səfər etməyə dəvət edib: “Siz dediniz ki, 2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, Azərbaycanda AŞPA-nın tədbirləri keçirilməyəcək, ancaq AŞPA üzvlərini və sizi  Azərbaycana dəvət edirəm”. 

 

A. Brassör isə bildirib ki, həbsdə olan şəxslərlə görüşməklə bağlı israrını davam etdirəcək: “Mən o şəxslərlə azadlıqla görüşmək istəyirəm”.

   Nuranə Nəcəfova



Paylaş



Bölmə: Xəbər / Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!