TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 6-06-2014, 16:16
Fərəc Quliyev Afaq Süleymanovaya  cavab verdi

 

 

Millət vəkili Fərəc Quliyev Afaq Süleymanovanın iddiası ilə bağlı açıqlama verib: "Nəzərinizə çatdırım ki, 2012-ci ildə Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi.Onları müşayiət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrılmışdır.14 noyabr 2012-ci ildə Sülhməramlı taborda İdman rəisi kimi xidmət edən oğlum Türkel Fərəc oğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdir.(Türkel ali məktəb məzunu olduğundan bir il xidmət etməli olmasına baxmayaraq, kurs qəbul edərək bir il doqquz ay zabit kimi xidmət etməyi seçdi) NATO Zabitlərini axşam saatlarında müvafiq yerə qoyub, avtomobillər hərbi hissəyə qayıdan zaman svetofor olmayan, piyada keçidi olmayan bir yerdə piyada qəflətən oğlumun idarə etdiyi avtomobilin qarşısına çıxaraq qəzaya səbəb olmuşdur.F.Türkel dərhal xəsarət alana ilkin yardım göstərmiş, Respublika xəstəxanasına yerləşdirmişdir. Mən hadisə zamanı Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün Brusseldə idim. Bakı ilə əlaqə saxlayıb, səhlənkarlığı ucbatından xəsarət almış A.Süleymanovaya bütün tibbi köməkliklərin göstərilməsini tapşırdım. Xəsarət alanın kimliyi məlum olandan sonra da, ailənin vəziyyəti nəzərə alınaraq köməklik davam etdirildi. (A.Süleymanovanın vəkili də bunu mətbuat vasitəsi ilə etiraf edir) Prosedura uyğun olaraq təhqiqat aparıldı.Təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edildi ki, Türkel Fərəc oğlunun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Faktla bağlı  Türkel Fərəc oğlunun əməlində CİNAYƏT TƏRKİBİ OLMADIĞINDAN CİNAYƏT İŞİNİN BAŞLANMASI rədd edilmişdir. 2013-cü il Prezident seçkiləri dönəmində mən Azərbaycana qarşı formalaşdırılmış “5-ci kolon”-a qarşı ciddi ifşaedici çıxışlar etdiyim zaman “5-ci kolon” tərəfindən mövqeyimə təsir etmək üçün bəzən sosial şəbəkələrdə anonim ad altında hədələr, bəzən emissarları vasitəsilə xahişlərlə üzləşirdim.(adlar aidiyyatı olanlara məlumdur)Növbəti dəfə mənimlə görüşə cəhd edildi-oğlumun qəza məsələsinə şantaj predmeti kimi işarə olundu. Mən”qanuni araşdırma aparılıb , bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm” cavabı ilə görüş təklifini rədd etdim. Buna qədər xəsarət alan Süleymanova Afaqın atası İsa Süleymanov Fərəcoğlu Türkelin günahkar olmadığını, buna baxmayaraq qızına hər cür kömək etdiyimizi(bu köməkliklər yalnız humanizm xarakterli idi-borc deyildi) minnətdarlıqla qarşılayırdı,polis idarəsində şikayəti olmaması ilə bağlı ərizə vermişdi. Mən görüşü rədd etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaq başladıldı. Buna heç bir əsas olmasa da mən heç bir qaranlıq məqam qalmasın deyə bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim, həm də xəsarət alan tərəfin mümkün olan bütün təffərrüatla tanış olmasını arzuladım. Çünki ,bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim. İkinci araşdırma zamanı da CİNAYƏT TƏRKİBİ OLMADIĞINDAN CİNAYƏT İŞİNİN BAŞLANMASI rədd edildi. Nə qədər qəribə olsa da bu ərköyün “xəsarət alan tərəfin” şikayətləri ilə üçüncü dəfə hərbi prokurorluq tərəfindən yeni bir araşdırma başladıldı. Yeni araşdırmaya mənim etiraz etməməyimdən, araşdırmaçı qurumların belə mövqeyindən ruhlanan şantajçılar 100 000 (yüz min )manat mənəvi və.s təzminat istəyi ilə mülkü qaydada da Səbail məhkəməsinə müraciət etmiş, saytlarda bu istəklərini bəyan etmişlər.Bunu belə ictimailəşdirmək xəsarətalanlaramı lazım idi?-məncə yox, bu daha çox işin arxasında dayananlara lazım idi. Məhkəmə şikayətə baxıb və təbii ki,əsassız ,cəfəng iddianı rədd edib. Əminliklə bildirirəm ki, səhlənkarlığı ucbatından xəsarət almış bir insandan şantaj və siyasi şou düzəldilməsi cəhdi vardır. Hesab edirəm ki, haqlı mövqe və fəaliyyətimlə barışmayan,Vətənimizə qənim kəsilən, hər şeydən və hər kəsdən istifadə edənlər də anlamaq məcburiyyətindədirlər ki, ölkəmiz hüquq dövlətidir, qarşılarında maneə gördükləri hamını şantaj edən bir çetenin Azərbaycanın Hüquq –mühafizə orqanlarından da istifadə etmə cəhdi də nəticə verə bilməz. Şantaj və siyasi şou düzəldilməsində mətbuatdan da istifadə cəhdi var və artıq mətbuat nümayəndələrinin də istəyi ilə məsələyə aydınlıq gətirildikdən sonra qələm sahiblərinin də məsələyə münasibətinin dəyişəcəyinə tam əminəm”.

 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!