Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 8-10-2014, 11:33

<p">

Butov.az saytı Modern.az-a istinadla xəbər verir ki, Qənirə Paşayeva Boluda Türk Dünyasının hər tərəfindən gəlmiş türkləri Xocalı Soyqırımı həqiqətlərini yaymağa çağırıb:

“Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkilstan,Kuzey Kıbris, Balkanlardan, Rusiya daxilindəki türk kökənli xalqlar, bir sözlə dünyanın hər yerindən gəlmiş və bu gün burada olan qardaş-bacılarımıza səslənirəm - birimizin sevincimiz hamımızım sevinci, birimizin acısı hamımızın acısı olmalıdır. Əgər belə bir düşüncə ilə addımlasaq daha da güclü olarıq və  haqsızlıqlarla dolu olan dünyada bizə qarşı haqsızlıqlara və ədalətsizliklərə qarşı daha güclü müqavimət göstərərik və eyni zamanda  daha çox inkişaf edər və daha da güclü olarıq”.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib. Deputat vurğulayıb ki, bu gün Azərbaycanın ən böyük problemi olan Qarabağ problemi, Ermənistanın  Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması, törətdiyi vandalizm aktları,  Xocalı Soyqırımı bizlərə qarşı edilmiş ən böyük haqsızlıqdır." “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır”.

“Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, – deyən millət vəkili çıxışının sonunda tədbirdə iştirak edən bir sıra türk xalqları təmsilçilərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər hədiyyə edib. Tədbir çərçivəsində millət vəkili həmçinin Türkmənistanın, Qazaxıstandan gəlmiş heyət və onların Türkiyədəki səfirləri, eyni zamanda Qırğısıztandan, Rusiyadan gəlmiş bir sıra tük xalqlarının təmsilçiləri  ilə ayrılıqda da görüşərək ətraflı fikir mübadiləsi aparıb. 

 

 

 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!