Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 20-08-2013, 12:23
Dünyanın bütün kompüterlərinin gücü bir smartfonda


Dünyanın bütün kompüterlərinin birləşdirilmiş gücünü tezliklə bir ovuca yerləşdirmək mümkün olacaq. ANS PRESS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, alimlər tezliklə interneti əvəz edəcək qrid-sistemi təkmilləşdirməyə başlayıblar. “Worldwide LHC Computing Grid” adlı qrid Avropa Nüvə Tədqiqatları Mərkəzinin (СERN) mütəxəssisləri tərəfindən hazırlanır. Sistem əvvəlcədən “СERN” tərəfindən Böyük Adron Kollayderindən daxil olan böyük həcmli məlumatların emalı üçün nəzərdə tutulub. Hazırda sistemə dünya üzrə 200 min fizikin kompüteri qoşulub. Bu, hər il Böyük Adron Kollayderindən əldə edilən 20 milyon qiqabayt informasiyanı emal etməyə imkan verir.

Son vaxtlar mütəxəssislər sistemin səmərəliliyinin artırılması üzərində iş aparır, eləcə də geniş istifadədə onu daha sadə və rahat etməyə çalışırlar. Xüsusilə “СERN” fizikləri artıq qridə “iPhone” və “iPad” vasitəsilə qoşulmağa çalışaraq buna müəyyən qədər nail olublar. Lakin bu qurğuların gücü bütöv iş üçün hələ ki kifayət etmir. Bununla yanaşı, alimlər optimistdirlər, çünki hazırkı “iPhone” smartfon modeli gücünə görə əvvəlki superkompüterləri üstələyir.

“World Community Grid” adlı daha bir nəhəng layihə “IBM” korporasiyası tərəfindən Berkli Universiteti ilə birlikdə hazırlanır. Burada da alimlər sistemin işinin mobil qurğular əsasında qurulmasına çalışmaqla diqqəti “Android” əməliyyat sisteminə yönəldirlər. Bu qridə artıq 500 min fərdi kompüterlə yanaşı, 20 min smartfon da qoşulub.

Hazırda dünyada müxtəlif tədqiqat qrupları tərəfindən Yerdənkənar həyatın və ya potensial yeni dərmanların axtarışı üzrə qeyri-standart layihələr üzərində iş üçün istifadə olunan bir sıra avtonom qrid sistemləri mövcuddur. Bütün kompüterlər bir qrid sisteminə qoşulsa, bir düyməni basmaqla inanılmaz dərəcədə hamının yararlana biləcəyi resurslar bazası yaradılacaq.

Qeyd edək ki, “GRID” şəbəkəsi ABŞ alimləri Yan Foster və Karl Kesselman tərəfindən kəşf edilib. Şəbəkənin əsas vəzifəsi elm və texnologiyanın ciddi məsələlərinin həlli üçün paylayıcı hesablamaların təşkilidir.


Paylaş



Bölmə: Xəbər / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!