Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 11-09-2015, 14:12
“Azadlıq” qəzeti 10 günə bağlana bilər


“Azadlıq” qəzeti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.

Butov.az“Azərbaycan” nəşriyyatından redaksiyaya daxil olan xəbərdarlıq məktubunda deyilir ki, qəzet növbəti 10 gün ərzində borcunu ödəməsə, sentyabrın 21-dən çapı dayandırılacaq. Bu barədə qəzet məlumat yayıb.

Nəşriyyatıdan qəzetə daxil olan məktubda bildirilir ki, “Azadlıq”ın nəşriyyata çap xərclərinə görə 19 min 220 manat, kommunal xərclərə görə isə 1065 manat borcu var.

Qəzet bildirir ki, borc redaksiyanın məsuliyyətsizliyi və ya məqsədli şəkildə ödəmədən yayınma nəticəsində yaranmayıb.

“Məsələ burasındadır ki, YAP Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq” qəzetinə olan 70 min manat borcunu ödəməkdən imtina edir. Yəni nəşriyyata olan borcumuzun 3 qatı qədər də “Qasid”in bizə borcu var. Qəzetin əməkdaşları aylardır ki, əməkhaqqı üzünə həsrətdir. Üstəlik, qəzet satışına yaradılan maneələr, digər yayım şirkətlərinin vaxtında ödəniş etməməsi də əlavə çətinliklər yaradıb. Beləliklə, “Azadlıq”ın özünü dolandırmasında, nəşriyyatın xərclərini ödəməsində ciddi çətinliklər yaranıb” - qəzetin yaydığı məlumatda deyilir.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!