Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 21-09-2015, 10:06
Son 3 gündə Azərbasycanda 4 zəlzələ baş verib


Sentyabrda Azərbaycan ərazisində ümumilikdə 7 dəfə zəlzələ qeydə alınıb.
Ötən 3 gün ərzində Azərbaycanın müxtəlif yerlərində 4 yeraltı təkan qeydə alınıb. Butov.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, ilk zəlzələ sentyabrın 17-də Şirvan şəhərində baş verib. Yerli vaxtla səhər saat 03.54-də baş vermiş zəlzələnin şiddəti 3.1 bal gücündə olub. Gəncədən 11 km şərqdə baş vermiş zəlzələ yerin 17 km dərinliyində qeydə alınıb.

Növbəti zəlzələ Gəncə şəhərində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar sentyabrın 17-də saat 21.55-də qeydə alınıb. Gəncə şəhərindən 38 km cənub-qərbdə baş vermiş zəlzələnin şiddəti 3.4 bal gücündə olub. Zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.

Növbəti iki zəlzələ isə Xəzər dənizinin Azərvbaycan massivində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə zəlzələlərdən biri sentyabrın 19-da saat 23.30-da baş verib. 69 km dərinlikdə qeydə alınan zəlzələnin şiddəti 3.3 bal gücündə olub. Xəzər dənizində daha bir zəlzələ sentyabrın 20-də baş verib. Yerli vaxtla gündüz saat 11.38-də baş vermiş zəlzələnin şiddəti 3.0 bal gücündə olub. Yeraltı təkanlar 63 km dərinlikdə qeydə alınıb.

Zəlzələlər heç biri hiss olunmayıb.

Bundan əvvəl isə ikisi Oğuz rayonunda, biri Şəkidə olmaqla sentyabrın 4-də 3 zəlzələ baş vermişdi. Şəkidə baş verən və 5.9 bal gücündə qeydə alınan zəlzələ ətraf rayonlarda da hiss olunmuşdu. Zəlzələ nəticəsində Şəkidəki bəzitarixi tikililərdə dağıntı baş vermişdi. Göyçayda isə bir nəfər suquyusuna düşərək dünyasını dəyişmişdi.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!