İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 23-08-2013, 11:53
Bakıda avtobus yandı, ağır xəsarət alanlar var - YENİLƏNİB


11:35

Bu gün səhər saat 09:00 radələrində Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu yanıb. Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anspress-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobus qəfil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər 2 nəfəri alovun içindən çıxarıblar. 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb və söndürülüb.

Avtobusun yanması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Anspress-in məlumatına görə, avtobusun yanması nəticəsində 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımov xəsarət alıblar. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

10:55

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. İkimərtəbəli avtobusda baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!