Azərbaycanla Ermənistan separatizmə qarşı birgə mübarizə aparacaq .....                        Azərbaycan-Ermənistan sülh sazişinin tam mətni .....                        İran Vaşinqton razılaşmalarına mane ola bilməyəcək .....                        Paşinyan Ərdoğanla sülh sazişini müzakirə etdi .....                        İngiltərə Superkubokunun qalibi bəlli o odu .....                        Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı .....                        Zəlzələdən sonra 10 bina çökdü .....                        Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir .....                        Ərdoğandan zəlzələ ilə bağlı paylaşım .....                       
Tarix : 4-09-2013, 14:55
Ağstafada yol qəzasında 1 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb


Bakı-Qazax magistralının 448-ci kilometrliyində, Ağstafa rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Qazax rayonu istiqamətdə hərəkətdə olan Ağstafa rayonu Düz Qışlaq kənd sakini, 32 yaşlı İlqar Musayevin idarə etdiyi “VAZ 21015” markalı avtomobil əks istiqamətdən gələn, Ağstafa rayonu Qırılı kənd sakini, 19 yaşlı Turxan Abbasovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ 21015”in sürücüsü İlqar Musayev dünyasını dəyişib, avtomobildə olan 4 sərnişin və “VAZ 2106”nın sürücüsü ağır bədən xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi sürət həddinin yüksək olması göstərilir. Faktla bağlı araşdırma aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!