Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 9-11-2015, 16:02

Müdafiə Nazirliyindən Butov.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Şəmkir hərbi birliyində Dövlət Bayrağı Günü qeyd olunub
Şəmkir rayon olimpiya kompleksində Şəmkir hərbi birliyinin, rayon icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkil etdiyi Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəcə bayraq gününə həsr olunmuş video çarx təqdim olunub. Çıxış edən natiqlər ölkəmizdə dövlət rəmzlərinə, o cümlədən bayrağa böyük hörmət və sevgi bəslənildiyini xüsusi qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov hərbi xidmətdə fərqlənən əsgərlər və müharibə veteranlarını bayram münasibətilə təbrik edərək onları xüsusi hədiyyə ilə mükafatlandırıb.
Tədbirdə Azərbaycanın Xalq artisti Azərin, Zümrüd Tağıyeva, “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin finalçıları Sabir Əliyev, Rəşad İsmayıl və hərbi orkestrlə Elnur Abbasov konsert proqramı ilə çıxış ediblər. Gəncə Qarnizonu Zabitlər Evinin hərbi teatr kollektivinin hazırladığı “Ayağa dur Azərbaycan” adlı kompozisiya və “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun nümunəvi çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olb.
“Vətən uğrunda!” hərbi-vətənpərvərlik Şurasının İnternet orqanı və sosial şəbəkədə fəaliyyət göstərən “Vətən uğrunda!” səhifəsinin, eləcə də ümumi layihə haqqında hazırlanan video çarxda 2 ay ərzində görülən işlər haqqında ətraflı informasiya yayımlanıb.
Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri atəşfəşanlıqla sona çatıb.
***
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Rəhim Səmədov açıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni ifa olunub.
Sonra kursantlar Dövlət Bayrağı haqqında iştirakçılara geniş məlumat verib, bayraq haqqqında şeirlər səsləndirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi Xoşqədəm Bağırova Liseyin ictimai həyatında fəal iştiak edən və 2014-2015-ci tədris ilinin nəticələrinə görə tədrisdə və intizamda fərqlənən kursantlara diplom və qiymətli hədiyyələr təqdim edib.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin vətənpəvərlik ruhunda musiqi nömrələri ilə davam etdirilib.
***
Hərbi Polis İdarəsinin bir qrup əməkdaşı Dövlət Bayrağı Muzeyində olub
Bayram münasibətilə Hərbi Polis İdarəsinin bir qrup şəxsi heyəti də Dövlət Bayrağı Muzeyində olub. Hərbçiləri buradakı eksponatlarla muzeyin direktor müavini Samir Hüseynov tanış edib. Bildirilib ki, azərbaycanlı memarlar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bayraqları nümayiş olunur. Burada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları da vardır. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər nümayiş etdirilir.
Hərbi qulluqçular Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, müxtəlif qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri ilə tanış olublar.
Dünyanın nadir muzeylərindən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir.
Hərbi qulluqçular Dövlət Bayrağı Muzeyindən zəngin təəssüratlarla ayrılıblar.


Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur
Silahlı Qüvvələrdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!