Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 16-11-2015, 13:32
BAXCP İdarə Heyəti irqçiliyi və terroru lənətləyir




“Azərbaycan türklərinin aşağılanması fars rejiminin siyasi dünyagörüşünün və mənəviyyatının məhz tualetdə formalaşdığından xəbər verir”


“Terrorizmə münasibətdə ikili standartların tətbiqinə son qoyulmalı və daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir”

Butov.az-a daxil olan məlumata görə, bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İranın dövlət televiziyasında Güney Azərbaycan türklərinin təhqir olunması və Fransada baş verən terror aksiyaları ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə BAXCP sədri Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Tunisdə keçirilən zirvə toplantısı və toplantı çərçivəsində partiyanın bu qurumun tamhüquqlu üzvlüyünə qəbul olunması ilə bağlı ətraflı məlumat verib.

Daha sonra İRİB TV-2 kanalında yayımlanan “Fitilieh” (fitil) komediya proqramında Azərbaycan türklərinin təhqir olunması və buna etiraz edən Güney Azərbaycan türklərinə qarşı öz şovinist mahiyyətini din pərdəsi altında gizlətməyə çalışan fars rejiminin həyata keçirdiyi repressiyalarla bağlı müzakirə aparılıb. BAXCP İdarə Heyəti beynəlxalq ictimaiyyəti İran adlanan dövlətdə çoxluq təşkil edən Azərbaycan türklərinə qarşı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən, rejimin murdar mahiyyətindən qaynaqlanan siyasətə diqqət yetirməyə, Güney Azərbaycan türklərinin milli-mədəni və konstitusuon hüquqlarının təmin edilməsi üçün rəsmi Tehrana təzyiq göstərməyə çağırıb: “Fars rejiminin ideoloji ruporu olan mətbuat orqanlarında və telekanallarda bütöv bir millətin təhqir olunması, aşağılanması, onların konstitusion hüquqlarının tapdalanması adi hala çevrilib. Azərbaycan türklərinin öncə bu ölkənin rəsmi dövlət qəzetində tualet böcəyi ilə müqayisə olunmaları, daha sonra isə İRİB TV-2 kanalında yayımlanan komediya proqramında onların diş fırçası ilə “tualet fırçası”nı səhv sala biləcək qədər gerilikçi bir toplum olduqlarına işarə edən səhnəciyin nümayiş etdirilməsi fars rejiminin siyasi dünyagörüşünün və mənəviyyatının məhz tualetdə formalaşdığından xəbər verir”.
BAXCP İdarə Heyəti hesab edir ki, İran adlanan dövlətin neonasist rejimi öz natamamlıq komplekslərini və iyrənc mənəviyyatını başqalarını məsxərəyə qoymaqla, aşağılamaqla unutdurmağa çalışır: “BAXCP fars rejiminin yürütdüyü əxlaqsız və anti-humanist siyasəti qətiyyətlə pisləyir, beynəlxalq birliyi Güney Azərbaycan türklərinin haqlı etirazlarına dəstək verməyə çağırır”.
BAXCP İdarə Heyəti Parişdə həyata keçirilən və çoxsaylı insan tələfatına səbəb olan terror aksiyalarına da münasibət bildirib. Bununla bağlı qəbul olunan açıqlamada Azərbaycan xalqının uzun illər boyu erməni terrorizmindən əziyyət çəkdiyi və bu səbəbdən də Fransa xalqının üzüntüsünü daha dərindən anladığı vurğulanır: “Terrorizmə münasibətdə ikili standartların tətbiqi bu gün bəşəriyyəti daha genişmiqyası faciələrlə qarşı-qarşıya qoyub. Erməni terrorçularının vaxtilə türk və fransız diplomatlarına qarşı gerçəkləşdirdikləri qanlı aksiyalara, daha sonra isə Azərbaycanda həyata keçirdikləri amansız terror aktlarına münasibətdə
susqunluq və laqeyidliyin nümayiş etdirilməsi bu anti-insani əməlin sərhədlərinin daha da genişlənməsinə imkan yaradıb.
BAXCP hesab edir ki, terrorizmə münasibətdə ikili standartların tətbiqinə son qoyulmalı və daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir: “Terrorizmi qətiyyətlə pisləyir, baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!