Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 17-11-2015, 15:42
Noyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb.


Müdafiə Nazirliyindən Butov.az-a verilən məlumata görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Azərbaycanın Müdafiə naziri ilə Türkiyə Respublikasının Quru Qoşunları komandanı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səmərəli səfərini xatırladan Müdafiə naziri son illər ölkələrimizin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd edib.
“Fəaliyyətlərimiz dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq edilmiş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcək. Bu iş bütün sahələrdən olan mütəxəssislərin cəlb olunması ilə, Silahlı Qüvvələrin ehtiyac və tələbləri nəzərə alınmaqla mərhələli şəkildə davam edəcəkdir”, - deyə general-polkovnik Z.Həsənov bildirib.
Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb. “Tarixi dərindən öyrənərək bundan nəticə çıxarmalı, güclü olmaq üçün birlikdə olmalıyıq. Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”, - deyə S.Çolak bildirib.
Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər noyabrın 19-dək davam edəcək.



Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb
Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları komandanı ilə görüşüb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!