Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
Tarix : 7-12-2015, 10:57
Bakı metrosunda qorxulu anlar


Bu gün Bakı metrosunda eskalator sərnişinləri qorxuya salıb.

Bu gün səhər saat 9:30 radələrində metronun "İçərişəhər" stansiyasında sərnişinlər platformadan yuxarı qalxarkən eskalatorda güclü cırıltı-cüyütlü səsləri eşidilib. Bu zaman eskalatorda olan sərnişinlər arasında qorxu və təşviş yaşanıb. Eskalatorun nasaz olduğunu düşünərək onun qırıla biləcəyindən qorxan insanlar eskalatoru tez tərk etməyə çalışıblar.

Milli.Az hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət edib. Müraciətdən dərhal sonra vəziyyəti "İçərişəhər" stansiyasında yerindəcə araşdıran Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, adıçəkilən stansiyadakı eskalatorla bağlı, həqiqətən, kiçik bir problem yaşanıb: "Stansiya rəhbərliyi mənə bildirdi ki, həqiqətən də, deyilən vaxtda 3 saylı eskalatorda müəyyən səslər eşidilib. Bundan dərhal sonra həmin eskalator dayandırılıb, sərnişinləri qaldırmaq üçün digəri qoşulub. Dərhal nasazlığın olduğu ehtimal edilən eskalatorda yoxlama aparılıb, lakin qəza yarada biləcək hər hansı nasazlıq qeydə alınmayıb. Məlum olub ki, eşidilən cırıltı səsi texniklərin dili ilə desək, "kənar səs" olub. Hazırda eskalatorların hamısı normal vəziyyətdə işləyir və heç birində də nasazlığı bildirən səs gəlmir. Sərnişinlərə də bildiririk ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Ona görə də qorxu və təşvişə düşməsinlər".

Xatırladaq ki, 10 il bundan əvvəl "İçərişəhər" stansiyasında eskalatorun nasazlığı ucbatından qəza baş verib. Belə ki, 8 iyun, 2005-ci il tarixdə o zaman "Bakı Soveti" adlanan stansiyada enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!