Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                       
Tarix : 20-04-2016, 17:32
Adil Əliyev: “Bir sıra layihələr həyata keçirəcəyik”


Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev bu yaxınlarda peşəkar yarışlarda qələbə qazanan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) üzvləri Nicat Vəliyev və Nicat Nəcəfzadəni qəbul edib.

AKF prezidenti, millət vəkili Adil Əliyev qalib idmançıları təbrik edib. “Azərbaycan Kikboksinq Federasiyasının üzvlərinin uğurlu qələbələri gənc idmançılara stimul verir. Bu kimi qalibiyyətlər böyük yarışlarda iştirak etmələri üçün mənəvi stimul rolunu oynayır. Görüşdə AKF vitse-prezidenti Güloğlan Cabbarov, AKF baş katibi Oruc Məmmədli, “Caspian” Kikboksinq Klubu direktoru Aydın Nəcəfzadə, AKF idarə heyətinin üzvü Famil İsmayılov,mətbuat katibi Elnur Eltürk iştirak edib. Xatırladaq ki, Nicat Nəcəfzadə AFSO versiyası üzrə gənclər arasında Dünya Çempionu kəmərinə sahib olub. Nicat Vəliyev Almaniyanın Heyger şəhərində WFMC Avropa Çempionu kəmərinə sahib çıxıb. “Bölgələrdə kikboksinqin inkişafına çalışırıq. Bu istiqamətdə tədbirlərimiz davam edəcək” Bu sözləri AKF prezidenti, deputat Adil Əliyev bildirib. “Artıq peşəkarlar yarışların keçirilməsini start vermişik. Bu ay Göygöldə keçirilən peşəkar kikboksinq yarışı da idman növünün inkişaf etdirilməsini xidmət edirdi. Üstəlik, gənclərimizin zərərli vərdişlərdən uzaq olması federasiyamızın əsas fəaliyyət prinsiplərindən birini təşkil edir. Həmçinin, vətənpərvər və milli ruhlu gənclərimizin yetişməsi üçün federasiya olaraq əlimizdən gəldiyi qədər çalışırıq və bu istiqamətdə bir sıra layihələr həyata keçirtməyi planlaşdırırıq.“ Xatırladaq ki, 20-24 aprel 1016-ci il tarixində İsmayıllı Olimpiya Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Yüzlərlə gənc və yeniyetmə kikboksçunun iştirakı gözlənilir.


Modern.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!