"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 3-05-2016, 12:04
Millət vəkilinin Qarabağ parkı və Azərbaycan küçəsi təşəbbüsü dəstəklənib



Milli Məclisin deputatı Qənirə Paşayevanın Trabzonda Qarabağ parkı, Şəhidlər abidəsi və Azərbaycan küçəsi təklifini bələdiyyə sədri müsbət qarşılayıb.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, Türkiyənin Trabzon vilayətində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Trabzon bələdiyyə başçısı Orhan Fevzi Gümrükçüoğlu ilə görüşüb.

Trabzon bələdiyyəsinin sədri son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib.

Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq.

Trabzon bələdiyyə başqanına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər.

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Trabzonun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda Trabzon mərkəzi parklardan birinə “Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Q.Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar. Azərbaycanı çox sevdiyini deyən Trabzon bələdiyyə başqanı Orhan Fevzi Gümrükçüoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Trabzon bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Trabzonda Azərbaycan küçəsi, Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Trabzon bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Trabzonun da yer alacağını bildirib: “Azərbaycan insanına Trabzonu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.

Trabzon bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Trabzon bələdiyyə başkanı Orhan Fevzi Gümrükçüoğlu dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına və bələdiyyə məclis üzvlərinə həmmüəllifi olduğu imzalı “Karabağ hikayeleri” kitabını hədiyyə edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!