ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 2-09-2013, 10:12
Qız qaçıran şəxs 12,6 il cəza aldı


Cəlilabad rayonun Ağdaş kəndində maraqlı qız qaçırtma hadisəsi baş verib.

ANS PRESS-in "Cənub xəbərləri"nə istinadən verdiyi xəbərə görə, qız qaçırdanın atası Söhbət Cavadov, ötən il, yay aylarında oğlu Sakit Cavadovun əvvəldən istədiyi, həmkəndlisi olan qızı qaçırmaq istədiyini bildirib.

Atasının dediyinə görə, bununla bağlı oğlu ilə həmin il orta məktəbi bitirən qız arasında razılaşma da olub. Beləliklə, qız sonuncu imtahandan çıxan zaman Sakit Cavadov digər 3 tanışı ilə qızı zorla maşına əyləşdirərək, qonşu Privolnye kəndinə aparıblar. Hadisədən xəbər tutan qızın valideynləri 2 saatdan sonra qızlarını evə qaytara bilib.

Olayla bağlı 4 nəfər həbs edilir. Sakitin atası bildirir ki, oğlu əvvəl qızı qaçırtmaq istəsə də, son anda tərəddüd edib. Lakin ona bu işdə ona kömək etməli olan Rüstəm qızı zorla maşına əyləşdirib və birlikdə qonşu kəndə gediblər. Onun dediyinə görə, öncə bütün şahid ifadələrində qızı Rüstəmin qaçırdığı bildirilib. Lakin sonda ifadələr dəyişdirilərək Sakit günahkar çıxarılıb.

Bu günlərdə Lənkəran Ağır Cinayətlər üzrə məhkəmədə bu işə baxılıb. Hadisə adam oğurluğu kimi. Sakit Cavadov 12,6 il, qızı öz maşınında 10 manata qaçırtmağa razılaşan, 2-ci qrup əlil Orxan Abdullayev 11 il, digər iştirakçı, Abdullayev Rüstəm 7 il müddətinə ciddi rejimli şəraitdə saxlanılmaqla həbs olunublar. İştirakçılardan biri, Məmmədov Pərviz anlaqsız olduğu üçün məsuliyyətə cəlb olunmayıb.

Sakit Cavadovun atası məhkəmənin qərarından narazı qalıb. Lakin onun maddi imkanı olmadığı üçün vəkil tutub Apelyasiya şikayəti vermək imkanı yoxdur. 8 uşaq atası, eləcə də şikəst övladlarının olduğunu bildirən ata belə hesab edir ki, kasıbçılığından istifadə edərək oğluna daha ağır cəza veriblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!