"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 5-10-2016, 12:31
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" 9 sentyabr 2016-cı il tarixli Sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında "Vətənə nümunəvi xidmətə görə sağ ol!" devizi altında keçirilən tədbirdə yüzlərlə rayon sakini, veteran, ictimaiyyət nümayəndələri və məktəblilər cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirərək ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunu təntənə ilə yola salıblar.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdıraraq Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki uğurlarından, aprel döyüşlərindəki qələbəmizdən, ordu ilə xalqın daha sıx birliyinin yaranmasından danışıb.
Qeyd olunub ki, mütəşəkkil ordunun yaranması əgər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdırsa, bu ordunun nəinki Cənubi Qafqazda, eləcə də dünyanın güclü orduları sırasında yer alması Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır.
Son illərdə ordumuzun maddi-texniki bazası daha da təkmilləşdirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınmış və düşməni susdurmaq üçün həm silah-texnika, həm də şəxsi heyət sarıdan kifayət qədər qüvvəmiz vardır. Hər şeydən öncə şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissinin yüksək olması və hamının bir amal uğrunda, bir bayraq altında birləşməsidir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdırlar və onlar doğmalarının yanına qalib kimi qayıdırlar.
Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb. Sonra döyüş növbəsinin, qəhrəmanlıq estafetinin rəmzi təhvili mərasimi başlanıb.
Ehtiyata buraxılan əsgər Altay Vəliyev "Bu gün mən və mənimlə bir vaxtda müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Biz artıq Vətən və xalq qarşısında müqəddəs əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirərək doğmalarımızın yanına alnıaçıq və üzüağ dönürük. Ancaq Vətən çağırarsa biz silaha sarılaraq yoluna-izinə yaxşı bələd olduğumuz, şəhidlərimizin qanı çilənmiş səngərlərimizə yenidən qayıdacaq və yenə də Vətənin sadiq əsgəri kimi xidmətimizi davam etdirəcəyik", - deyərək silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib.
Gənc əsgər Elmir Məmmədov isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızdan xalqımıza qələbə müjdəsi gətirəcəklərinə and içib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlığını çatdırıb, onlara xatirə hədiyyələri təqdim edib və ordudan mülki həyata həm fiziki, həm də mənəvi cəhətdən mükəmməl, hazırlıqlı gənc kimi dönən igid oğullara uğurlar arzulayıb.
Tərtər məktəbliləri öz bağçalarında becərdikləri gül-çiçəklərdən dəstə tutaraq Vətən oğullarına yaxşı yol diləyiblər.
General-mayor Hikmət Həsənov bu gün yola salınan igidlərlə fəxr etdiyini, onlarla bütün xalqımızın fəxr etdiyini bildirib. Belə vətənpərvər, qorxmaz, cəsarətli oğullar ordumuza bəxş etdikləri üçün onların valideynlərinə təşəkkür edib.
Ordu ilə xalqın birliyindən danışan general H.Həsənov diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi aprel döyüşlərində də Azərbaycan əsgərinə arxa-dayaq olmuş və qələbənin qazanılmasında səylərini əsirgəməmişlər. Yaşayış məntəqələri düşmən atəşlərinə məruz qalanda, mərmilər dolu kimi yağanda heç bir tərtərli od-ocağını tərk etməyib. Bu, əsil qəhrəmanlıqdır.
Daha sonra general şəhidlərin hörmət və ehtiramla ünvanlarına yola salınmasında göstərdiyi diqqətə görə şəxsən rayonun icra başçısına və bütün tərtərlilərə minnətdarlıq edib.
Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edən birlik komadiri onları bir-bir bağrına basıb, yaxşı yol arzulayıb. Əmin olduğunu bildirib ki, bu gün ehtiyata buraxılan gənclər əsgərlikdə olduqları kimi arxa cəbhədə, ictimai həyatda da ümidləri doğruldacaq xalqımıza, dövlətimizə layiqli övladlar olacaqlar.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon filialının sədri Suliddin Yusifov, Azərbaycan Bayrağı ordenli veteran döyüşçü Nizami Heydərov da Vətən qarşısında əsgəri borclarını yerinə yetirən oğullarla fəxr etdiklərini deyərək onlara uğurlar arzulayıblar.
Aprel döyüşlərinin iştirakçılarından olan gizir Raqif Qayıbov və müddətdən artır həqiqi hərbi xidmət hərbi qulluqçusu Niyazi İsgəndərov da ehtiyata buraxılan gənclərlə bir yerdə erməni işğalçılarına divan tutduqlarını, strateji yüksəklikləri azad etdiklərini, erməni əsgərlərinin silah-sursatlarını ataraq necə qaçdıqlarını xatırlayıb və bu gün ehtiyata buraxılan döyüşçüləri əvəz edəcək əsgərlərə bu barədə daha geniş söhbət açaçaqlarını, onları nümunə göstərəcəklərini deyiblər.
Tədbirə toplaşanlar milli musiqimizin sədaları altında əsgərlərlə bir yerdə rəqs edib, onları böyük qələbəliklə doğma el-obalarına yola salıblar.

Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR
Həqiqi hərbi xidmətdə olan aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!