İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 26-10-2016, 18:16
Ankarada Türkiyə Elmlər Akademiyasının (TEA) təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası (BTA) və Türk Dünyası Beynəlxalq Akademiyaları Assosiasiyasının (TDBAA) iştirakı ilə, Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Butov.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, tədbirdə TEA-nın prezidenti, akademik Əhməd Cavad Açar qurultayın böyük tarixi əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətini qeyd edən akademik qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar, latın əlifbasına keçid proseslərindəki rolu barədə danışıb. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən İ.Həbibbəyli bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.

Sonra AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun dil problemlərinə həsr olunmuş “Birinci Türkoloji Qurultay və türk dünyası” mövzusunda məruzəsi dinlənilib.

Digər çıxış edənlər təmsil etdikləri ölkələrdə Türkoloji Qurultayla əlaqədar keçirilən tədbirlərdən danışıb, mövzu üzrə mülahizələrini və təkliflərini bildiriblər.

Tədbirdə, həmçinin TDEAA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Assosiasiyaya 2017-ci ilin oktyabrından AMEA-nın sədrlik edəcəyi barədə qərar qəbul edilib.

Birinci Türkoloji Qurultayın yekun yubiley tədbiri AMEA-nın təşkilatçılığı ilə noyabrın 13-dən 15-dək Bakıda keçiriləcək.

Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında diqqətəlayiq hadisələrdəndir
Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında diqqətəlayiq hadisələrdəndir


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!