“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 1-12-2016, 18:35
Şeyx Ruhani və Xameneyi ilə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti İrana səfər edəcək.

Butov.az xəbər verir ki, idarədən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinə Ali Dini Şuranın üzvləri olan, Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin müftiləri, habelə Qafqaz Müsəlmanları İdarəsi Sədrinin 1-ci müavini, müfti Salman Musayev və digər əməkdaşlar daxildir.

Səfər zamanı Şeyxülislam həzrətləri və heyət üzvləri paytaxt Tehranda İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Parlament sədri Əli Laricani, İslam İşləri və İrşad məsələləri üzrə nazir Əbuzər Torkeman ilə yüksək səviyyədə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eləcə də Məşhəd və Qum şəhərlərinə səfər edəcək və orada İranın yüksək rütbəli dövlət və din xadimləri ilə körüşəcək.

Nümayəndə heyətinin İran İslam Respublikasının Ali Dini rəhbəri Ayətullah əl-Uzma Seyyid Əli Xameneyi ilə görüşü nəzərdə tutulub.

Səfər proqramının mühüm bəndlərindən biri dekabrın 1-də Bakıda keçirilən “Qafqazda Dini Tolerantlıq Ənənələri və Azərbaycanın Multikulturalizm Modeli” konfransının davamı olacaq. Konfransın İran hissəsi İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının dəstəyi ilə keçiriləcək.

Səfər proqramı çərçivəsində Qafqaz Xalqları Ali Dini Şura və Qafqaz Müsəlmanları İdarəsinin birgə nümayəndə heyəti Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında da olacaq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!