"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 11-09-2013, 11:35
Bu gündən rezidenturaya ixtisas seçimi başlayır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya ixtisas seçiminə başlayır. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün sentyabrın 9-da və 10-da keçirilən test imtahanının nəticələri açıqlanıb.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 821 namizəd müsabiqədə iştirak hüququ qazanıb.

İmtahanın hər iki mərhələsi üzrə onun məzmunu ilə əlaqədar müraciətlərə 11-13 sentyabr tarixlərində (hər gün saat 10-00-dan 17-00 dək) TQDK-nın əsas binasında Apelyasiya Komissiyası tərəfindən baxılacaq.

Rezidenturaya ixtisas seçimi bu gün saat 12:00-dan sentyabrın 16-sı saat 9:00-dək aparılacaq. Müsabiqə şərtlərini ödəyən namizədlər həmin müddətdə TQDK-nın internet saytının müvafiq səhifəsindəki ona aid ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisas seçimini yerinə yetirib təsdiqləməlidirlər.

Müsabiqəyə yalnız ixtisas seçimini yerinə yetirib təsdiqləyən namizədlər buraxılacaqlar.

TQDK-dan bildirilib ki, plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq 060935 Sosial gigiyena və səhiyyənin təşkili, 060936 Gigiyena, 060937 Mikrobiologiya, 060938 Laboratoriya işi, 060939 Genetika və 060940 Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilib, digər ixtisaslar üçün isə müsabiqə şərtləri, yəni baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!